Əhli-sünnə alimi əl-Qurtubinin Yezid barədə sözləri

Əhli-sünnə alimi Əhməd ibn Ömər əl-Qurtubi yazır:

وأمّا خلافة ابنه فهي أول الشرّ الثالث، فيزيدُ وأكثر ولاته، ومن بعده من خلفاء بني أمية هم الذين يصدق عليهم أنهم دعاة على أبواب جنهم من أجابهم إليها قذفوه فيها، فأنهم لم يسيروا بالسواء ولا عدلوا في القضاء يدل على ذلك تصفح أخبارهم ومطالعة سيرهم.

(Peyğəmbərin bir hədisinə əsasən) üç “şər” baş verəcəkdir. (Həmin hədisdə deyilən) üçüncü şər Müaviyənin oğlu Yezidin xilafəti dövrü ilə başlamışdır. Yezid, onun əksər valiləri və ondan sonra gələn Bəni-Üməyyə (Əməvi) xəlifələri (Peyğəmbərin buyurduğu) “Onlar Cəhənnəm qapılarına çağıran şəxslərdirlər. Kim onların çağırışlarına cavab versə, onlar o şəxsi Cəhənnəmə atarlar” kəlamının tam məzhəridirlər. Onlar doğru yolla addımlamamış, ədalətli qəzavət etməmişlər. Onların həyat yollarına nəzər salıb əhvalatlarını oxumaqla buna əmin olmaq olar.

 

Əhməd ibn Ömər əl-Qurtubi, əl-Mufhim limə Əşkələ min Təlxisi Kitabi Muslim, c.4, s.56; “Darul-kəlimit-təyyib”, “Dar İbn Kəsir” – Beyrut/Dəməşq, 1417/1996

В этом разделе