Əbu Bəkr: Kaş Fatimənin evini açmazdım... (Ziya əl-Məqdisi)

Əbu Abdullah Muhəmməd b. Əbdül-Vahid b. Əhməd əl-Məqdisi "əl-Əhədisul-Muxtarə" kitabında yazır:

... فَأَمَّا الثَّلاثُ اللَّاتِي وَدِدْتُ أَنِّي لَمْ أَفْعَلْهُنَّ : فَوَدِدْتُ أَنِّي لَمْ أَكُنْ كَشَفْتُ بَيْتَ فَاطِمَةَ أَوْ تَرَكْتُهُ ، وَأَنْ أُعَلِّقَ عَلَى الْحَرْبِ

Etməməyi arzuladığım üç şeydən birinci iş budur ki, kaş Fatimənin evini açmazdım, hətta müharibə niyyəti ilə qapını bağlamış olsaydı belə!...

Rəvayətin sonunda yazır:

قلت: وهذا حديث حسن عن أبي بكر إلا أنه ليس فيه شيء من قول النبي ص

Mən deyirəm: Əbu Bəkrdən rəvayət edilən bu hədis həsəndir, lakin burada Peyğəbərdən (s) bir söz yoxdur.

Əbu Abdullah Muhəmməd b. Əbdül-Vahid b. Əhməd əl-Məqdisi, əl-Əhədisul-Muxtarə, c.1, s.90, təhqiq: Əbdül-Malik b. Abdullah b. Duhəyş, nəşr: Dar Xədr lil-Tiba və lil-Nəşr - Beyrut, 1421/2001

Onlayn mənbə 1: rewayat, 1/9-11, №12
Onlayn mənbə 2: islamweb

 

Fotoşəkil: Əbu Abdullah Muhəmməd b. Əbdül-Vahid b. Əhməd əl-Məqdisi, əl-Əhədisul-Muxtarə, c.1, s.90, təhqiq: Əbdül-Malik b. Abdullah b. Duhəyş, nəşr: Dar Xədr lil-Tiba və lil-Nəşr - Beyrut, 1421/2001

Kitabı yükləmək üçün: ÜNVAN


Ziya əl-Məqdisi kimdir?

Şəmsuddin əz-Zəhəbi onun barəsində yazır:

الإمام العالم الحافظ الحجة محدث الشام شيخ السنة ضياء الدين أبو عبد الله محمد بن عبد الواحد بن أحمد بن عبد الرحمن السعدي المقدسي ثم الدمشقي الصالحي الحنبلي صاحب التصانيف النافعة
قال تلميذه عمر بن الحاجب شيخنا أبو عبد الله شيخ وقته ونسيج وحده علما وحفظا وثقة ودينا من العلماء الربانيين وهو أكبر من أن يدل عليه مثلي كان شديد التحري في الرواية مجتهدا في العبادة كثير الذكر منقطعا متواضعا سهل العارية
رأيت جماعة من المحدثين ذكروه فأطنبوا في حقه ومدحوه بالحفظ والزهد سألت الزكى البرزالى عنه فقال: ثقة جبل حافظ دين قال بن النجار: حافظ متقن حجة عالم بالرجال ورع تقي ما رأيت مثله في نزاهته وعفته وحسن طريقته وقال الشرف بن النابلسي: ما رأيت مثل شيخنا الضياء

İmamdır, alimdir, hafizdir, höccətdir, Şamın mühəddisidir, sünnilərin imamıdır. Ziyauddin Əbu Abdullah Muhəmməd b. Əbdül-Vahid b. Əhməd b. Əbdür-Rəhman b. əs-Sadi əl-Məqdisi əl-Hənbəli. ... Faydalı kitablar müəllifidir...
Onun tələbəsi olan Ömər b. əl-Həcib dedi: Mənim şeyxim böyük alim idi, hafiz, siqə, Rəbbani alimlərdən idi. O mənim təsvir etdiyimdən daha böyük alim idi... Hədislərin çox dərindən araşdıran, ibadətdə müctehid idi. Çoxlu zikr edər, təvazökar və sadə biri idi.
Mən onun barəsində xoş danışan, hafizəsini və zahidliyini tərfləyən bir çox mühəddis görmüşəm. Mən Zəki Bərzəlidən onun barəsində soruşdum, o cavab verdi: siqadır, hafizdir. İbn Nəccar dedi: hafiz, müttəqi, höccət, rical alimidir. Onun kimi düzgün, təvazökar və gözəl əxlaqlı şəxs görmədim. Şərif b. Nəblusi dedi: Mən onun kimi birisini görmədim.

Şəmsuddin əz-Zəhəbi, Təzkirə əl-Huffaz, c.4, s.133; Dar əl-Kutub əl-İlmiyyə - Beyrut, 1419/1998; dirasə və təhqiq: Zəkəriyya Umeyra

Onlayn mənbə 1: shamela, 4/133

 


Kitabı yükləmək üçün: ÜNVAN


Ziya əl-Məqdisinin "əl-Əhədisul-Muxtarə" kitabı nə dərəcədə etibarlıdır?

Cəlaluddin əs-Suyuti yazır:

ومنهم الحافظ ضياء الدين محمد بن الواحد المقدسي جمع كتاباً سمّاه المختارة التزم فيه الصحة، وذكر فيه أحاديث لم يسبق إلى تصحيحها

Onların arasında Ziyauddin Muhəmməd b. əl-Vahid əl-Məqdisi də var. O, səhih hədisləri topladığı "əl-Muxtarə" kitabını yazmışdır və yalnız səhih hədisləri zikr etmişdir.

Cəlaluddin əs-Suyuti, Tədrib ər-ravi, c.1, s.144; Məktəbə ər-Riyad əl-Hədisa - Səudiyyə Ərəbistanı; təhqiq: Əbdül-Vahhab Əbdül-Lətif

Onlayn mənbə: islamport, 1/144

 

Fotoşəkil: Cəlaluddin əs-Suyuti, Tədrib ər-ravi, c.1, s.72; Dar əl-Kutub əl-İlmiyyə - Beyrut, 1417/1996; təhqiq: Əbu Əbdur-Rəhman Salih b. Muhəmməd Əvazi

Kitabı yükləmək üçün: ÜNVAN

В этом разделе