"Kaş Fatimənin evini açmazdım, hətta müharibə niyyəti ilə qapını bağlamış olsaydı belə!..." hədisindən sonra əs-Suyuti yazır:
أَبو عبيد في كتاب الأَمْوَالِ، عق وخيثمة بن سليمان الطرابلسي في فضائل الصحابة، طب، كر، ص، وقال: إِنَّه حديث حسن إِلاَّ أَنَّهُ ليس فيه شيءٌ عن النبي.
Bu rəvayəti Əbu Ubeyd “Kitabul-Əmval”da, Aqili və Xeysəmə b. Süleyman ət-Tərabolsi “Fəzailus-Səhabə”də, Təbərani “Mucəmul-Kəbir”də, İbn Əsakir “Tarix Mədinəti Diməşq”də və Səid b. Mənsur “Sünnə”də qeyd etmişdirlər. Səid dedi: hədis “həsən”dir, lakin burada Peyğəmbərdən (s) bir şey yoxdur.
Cəmaluddin əs-Suyuti, Cami əl-əhədis, c.13, s.101; Dar əl-Fikr - Beyrut, 1414/1993
Fotoşəkil: Cəmaluddin əs-Suyuti, Cami əl-əhədis, c.13, s.101; Dar əl-Fikr - Beyrut, 1414/1993
Kitabı yükləmək üçün: ÜNVAN
Həmçinin əs-Suyuti özünün "Müsnədi Fatimə" kitabında da bu sözləri qeyd etmişdir. Göründüyü kimi, ص hərfi Səid b. Mənsurun "Sünnə" kitabına işarədir.
Fotoşəkil: Cəmaluddin əs-Suyuti, Müsnədi Fatimə, s.34-35; Müəssisə əl-Kütub əs-Səqəfiyə - Beyrut, 1-ci çap
Kitabı yükləmək üçün: ÜNVAN
SƏİD B. MƏNSUR KİMDİR?
Şəmsuddin əz-Zəhəbi yazır:
ع سعيد بن منصور بن شعبة الحافظ الامام الحجة أبو عثمان المروزي
Kutubi-Sittədə rəvayətləri var. Səid b. Mənsur b. Şöbə Əbu Osman əl-Mərvəzi, hafizdir, imamdr, höccətdir.
Şəmsuddin əz-Zəhəbi, Təzkirə əl-Huffaz, c.2, s.5, r.422; Dar əl-Kutub əl-İlmiyyə - Beyrut, 1419/1998; dirasə və təhqiq: Zəkəriyya Umeyra
Onlayn mənbə 1: shamela, 2/5, №422
Onlayn mənbə 2: kl28.com
Fotoşəkil: Şəmsuddin əz-Zəhəbi, Təzkirə əl-Huffaz, c.2, s.416; Dairə əl-Marif əl-Osmaniyyə - Hindistan, 1377/1958
Kitabı yükləmək üçün: ÜNVAN