Əli ibn Muhəmməd əl-Mədaini: "Qətliamlar nəticəsində İraqda şiə kimi tanınan kimsə qalmadı"

Fiqhdə hənəfi (bəzi mənbələrə görə şafei), əqidədə mötəzili olan məşhur alim İbn Əbil-Hədid "Nəhcül-Bəlağə"yə yazdığı şərhində deyir:

روى أبو الحسن علي بن محمد بن أبي سيف المدائني في كتاب الأحداث، قال:
كتب معاوية نسخة واحدة إلى عُمَّاله بعد عام الجماعة: (أن برئت الذمّة ممن روى شيئا من فضل أبي تراب وأهل بيته). فقامت الخطباء في كل كُورة وعلى كل منبر يلعنون عليًّا ويبرأون منه، ويقعون فيه وفي أهل بيته، وكان أشد الناس بلاءا حينئذ أهل الكوفة لكثرة ما بها من شيعة علي عليه السلام، فاستعمل عليهم زياد بن سُميّة، وضم إليه البصرة، فكان يتتبّع الشيعة وهو بهم عارف، لأنه كان منهم أيام علي عليه السلام، فقتلهم تحت كل حَجَر ومَدَر وأخافهم، وقطع الأيدي والأرجل، وسَمَل العيون وصلبهم على جذوع النخل، وطردهم وشرّدهم عن العراق، فلم يبق بها معروف منهم
.


Əbul Həsən Əli b. Məhəmməd b. Əbu Seyf əl-Mədaini “Hadisələr” kitabında belə rəvayət etmişdir:

Müaviyə “Camaat ilindən” (661-ci ildən) sonra məmurlarından birinə bir məktub yazdı: “Kim Əbu Turab (yəni, Əli) və onun ailəsinin fəzilətlərindən hər hansı bir şey rəvayət etsə, qanı halaldır”. Bundan sonra bütün məntəqələrdə və bütün minbərlərdə xətiblər Əliyə lənət etməyə, ondan təbərra edərək Onu və Əhli-beytini söyməyə başladılar. Bu vaxt ən çətin vəziyyətdə olan insanlar Kufə xalqı idi, çünki aralarında çoxlu Əli (ə.s) şiələri var idi. Müaviyə, Ziyad ibn Sümeyyəni Kufə valisi təyin etdi və eyni zamanda Bəsrə şəhərini də onun ixtiyarına verdi. O da şiələri təqib etməyə başladı. O, vaxtikən Əlinin (ə) xilafəti dövründə Əlinin tərəfdarlarından olduğu üçün şiələrin hamısını tanıyırdı. Buna görə də onları deşikdə belə olsalar tapıb qətlə yetirir və ya ölümlə təhdid edir, əl və ayaqlarını kəsir, gözlərini kor edir, xurma budaqlarından asır, ya da İraqdan sürgün edirdi. Bütün bunların nəticəsində İraqda şiə kimi tanınan kimsə qalmadı.”

 

İbn Əbil-Hədid, Şərhu-Nəhcil-Bəlağə, c.11, s.44; “Darul-Cil” – Beyrut, 1416/1996; təhqiq: Muhəmməd Əbül-Fəzl İbrahim

В этом разделе