Sələfilərin Tanrsının baldırı var - Səhih Buxari

Vəhhabi “tövhidi”: Allahın baldırı var.. (Nəuzubilləh!)

Vəhhabilər (sələfilər) bu cür ayələri təvil etmədən zahiri mənada başa düşərək Allaha əl, ayaq, göz kimi üzvlər nisbət verirlər. Beləliklə Allahı cismə, məxluqa bənzətmiş və Onu yaratdıqlarının sifətləri ilə vəsf edərək “təşbih” (oxşatma) və “təcsim” (cismləşdirmə) xətasına düşmüş olurlar. Halbuki, pak və uca olan Allah bütün bu xüsusiyyətlərdən münəzzəhdir və heç bir məxluqa bənzəməz! 

Sözü gedən həmin “hədis”i təqdim edirik:

عن أبي سعيد الخدري قال: قلنا: يا رسول الله، هل نرى ربنا يوم القيامة؟ ... قال: فيأتيهم الجبار في صورة غير صورته التي رأوه فيها أول مرة، فيقول: أنا ربكم، فيقولون: أنت ربنا، فلا يكلمه إلا الأنبياء، فيقول: هل بينكم وبينه آية تعرفونه، فيقولون: الساق، فيكشف عن ساقه، فيسجد له كل مؤمن

Əbu Səid əl-Xudri dedi: “Biz dedik: “Ey Allahın Rəsulu! Qiyamət günü Rəbbimizi görəcəyikmi?” .... O dedi: “Sonra Cəbbar (Allah) onlara ilk dəfə gördükləri surətdən fərqli bir surətdə gələr və deyər: “Mən sizin Rəbbinizəm”. Onlar deyərlər: “Sən bizim Rəbbimizsən”. Peyğəmbərlərdən başqa heç kim Onunla danışmaz. Sonra (Allah) deyər: “Sizinlə Onun arasında Onu tanıdığınız bir əlamət varmı?” Onlar deyərlər: “Baldır”. Sonra O, baldırını açar və hər bir mömin Ona səcdə edər..”

Əhli-sünnə mənbəsi:

Muhəmməd ibn İsmayıl, “Səhih Buxari”, səhifə 1836, hədis 7439. Nəşriyyat: Dar İbn Kəsir, Beytur/Diməşq, 1423/2002.


İradlar və suallar:

1. Bu hansı Allahdır ki, bir surətdən başqa bir surətə düşür?

2. Məhşər yerində olan şəxslər Allahı əsl forması ilə necə tanıyırlar? Görəsən onlar Allahı əsl formasında harada görüblər ki, Onu bu forma ilə tanıyırlar? 

3. Məhşər yerində olan şəxslər Allahın baldırını haradan tanıyırlar? Onlar bu ayağı harada görüblər ki, onun Allahın ayağı olduğunu bilirlər? 

4. Allahın ayağının həcmi nə qədərdir? Sonsuzdurmu? Əgər sonsuzdursa, o zaman məhdud gözlər bu sonsuzluğu necə görür? Məhduddurmu? Əgər məhduddursa, o zaman Allahın məhdud cismdən təşkil olunduğunu necə deyə bilirsiniz?!

Deyəcəksiniz ki, “Bu, Allahın öz əzəmətinə və şəninə layiqdir, Onun tayı, bərabəri, bənzəri yoxdur”. Lakin biz elə bəhsi burada aparırıq ki, bu iddia özü artıq Allahı məxluqa bənzətmək deməkdir. Çünki insan sürətindən söhbət düşür ki, gəlir, şalvarını çəkir və baldırı görünür. Onlara görə isə, bütün bunlar Allaha keyfiyyət vermək deyil və Allahı məxluqa bənzətmə sayılmır. Amma onların “məntiq”incə, əsl bənzətmə yalnız “bu insandakı kimidir” deyildiyi zaman baş verə bilər. Bu hansı dindir? Bu hansı ağıla, məntiqə sığır?!

Nə yaman “tövhid” imiş. Tövhidin həqiqi mənbəyi olan Peyğəmbərin (s) pak Əhli-Beytini (ə) qoyub, şirkin, təcsimin (cismləşdirmənin) və təşbihin (bənzətmənin) mənbəyi olan xaxam və keşişlərə üz tutmaq, şübhəsiz ki, bu cür ağır sonluqla nəticələnməli idi...

 

 

@imamrza_xadimi