BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ
Əhli sünnə və nasibilərin öz mənbələrindən, ən böyük və məşhur alimlərindən həqiqətləri sənədli bir şəkildə paylaşmağa davam edirik. Bu işimizdə sizlərə bir əhli sünnət alimi olan İbni Həcər əl-Əsqəlaninin “Təthir ayəsi” dediyimiz Əhzab surəsinin 33-cü ayəsi haqqındakı bəyanını sizlərlə paylaşacağıq.
Şəkildə əhli sünnət alimi İbni Həcər Əsqəlaninin “Fəthul Bari” adlı kitabıdır, işarələnmiş yerdə bu ifadələr var :
وفي ذكر البيت معنى اخر لان مرجع أهل بيت النبي صلى الله عليه و سلم إليها لما ثبت في تفسير قوله تعالى انما يريد الله ليذهب عنكم الرجس أهل البيت قالت أم سلمة لما نزلت دعا النبي صلى الله عليه و سلم فاطمة وعليا والحسن والحسين فجللهم بكساء فقال اللهم هؤلاء أهل بيتي الحديث أخرجه الترمذي وغيره ومرجع أهل البيت هؤلاء إلى خديجة لان الحسنين من فاطمة وفاطمة بنتها وعلي نشا في بيت خديجة وهو صغير ثم تزوج بنتها بعدها فظهر رجوع أهل البيت النبوي إلى خديجة دون غيرها
“Beyt” ləfzinin zikr edilməsinin bir başqa mənası da var. Çünki Nəbinin (s) Əhli-Beytinin çatdığı yer odur (Hz. Xədicədir). Necə ki, uca Allahın : “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (Əhzab, 33) buyuruğunun təfsiri ilə əlaqədar olaraq sabit olduğuna görə Ümmü Sələmə belə demişdir : “Bu ayə nazil olanda Nəbi (s) Fatiməni, Əlini, Həsəni və Hüseyni çağırdı. Onların üstünü bir əba ilə örtərək : Allahım, bunlar mənim Əhli Beytimdir, demişdir.” Bu hədisi Tirmizi və başqaları rəvayət etmişdir. Bütün bu Əhli Beytin çatdığı yer Xədicədir (r.a.). Çünki, Həsən ilə Hüseyn Fatimədəndir. Fatimə də onun qızıdır. Əli də Xədicənin evində kiçik yaşdan bəri böyümüş, onun vəfatından sonra da qızı ilə evlənmişdir. Beləliklə Beyti Nəbəvinin əhlinin başqasına deyil, yalnız Xədicəyə aid olduğu da ortaya çıxmaqdadır.
İbni Həcər əl-Əsqəlani, “Fəthul Bari”, 7/138
(c) saqaleyn.wordpress.com