Əbdür-Rəzzaq əs-Sənani "əl-Müsənnəf" kitabında yazır:
>عبد الرزاق ، عن معمر ، عن الزهري قال : أخبرني عبد الله بن عامر بن ربيعة وكان أبوه شهد بدرا إن عمر بن الخطاب استعمل قدامة بن مظعون على البحرين وهو خال حفصة وعبد الله بن عمر ، فقدم الجارود سيد عبد القيس على عمر من البحرين فقال : يا أمير المؤمنين ، إن قدامة شرب فسكر ، ولقد رأيت حدا من حدود الله حقا علي أن أرفعه إليك ، فقال عمر : " من يشهد معك " قال أبو هريرة : فدعا أبا هريرة فقال : بم أشهد ؟ قال : لم أره يشرب ولكني رأيته سكران فقال عمر : " لقد تنطعت في الشهادة " قال : ثم كتب إلى قدامة أن يقدم إليه من البحرين فقال الجارود لعمر : أقم على هذا كتاب الله عز وجل ، فقال عمر : " أخصم أنت أم شهيد ؟ " قال : بل شهيد " قال : " فقد أديت شهادتك " قال : فقد صمت الجارود حتى غدا على عمر فقال : أقم على هذا حد الله ، فقال عمر : " ما أراك إلا خصما ، وما شهد معك إلا رجل " فقال الجارود : إني أنشدك الله ، فقال عمر : " لتمسكن لسانك أو لأسوءنك " فقال الجارود : أما والله ما ذاك بالحق أن شرب ابن عمك وتسوءني ، فقال أبو هريرة : إن كنت تشك في شهادتنا فأرسل إلى ابنة الوليد فسلها ، وهي امرأة قدامة فأرسل عمر إلى هند ابنة الوليد ينشدها فأقامت الشهادة على زوجها فقال عمر لقدامة : " إني حادك " فقال : لو شربت كما يقولون ما كان لكم أن تجلدوني ، فقال عمر: " لم ؟ " قال قدامة : قال الله تعالى : ليس على الذين آمنوا وعملوا الصالحات جناح فيما طعموا إذا ما اتقوا وآمنوا الآية
فقال عمر : " أخطأت التأويل إنك إذا اتقيت اجتنبت ما حرم الله عليك " قال : ثم أقبل عمر على الناس فقال : " ماذا ترون في جلد قدامة ؟ " قالوا : لا نرى أن تجلده ما كان مريضا ، فسكت عن ذلك أياما وأصبح يوما وقد عزم على جلده فقال لأصحابه : " ماذا ترون في جلد قدامة ؟ " قالوا : لا نرى أن تجلده ما كان ضعيفا فقال عمر : " لأن يلقى الله تحت السياط أحب إلي من أن يلقاه وهو في عنقي ، ائتوني بسوط تام " فأمر بقدامة فجلد ، فغاضب عمر قدامة وهجره ، فحج وقدامة معه مغاضبا له ، فلما قفلا من حجهما ونزل عمر بالسقيا نام ، ثم استيقظ من نومه قال : " عجلوا علي بقدامة فائتوني به فوالله إني لأرى آت أتاني " فقال : سالم قدامة فإنه أخوك ، فعجلوا إلي به . فلما أتوه أبى أن يأتي ، فأمر به عمر إن أبى إن يجروه إليه ، فكلمه عمر واستغفر له ، فكان ذلك أول صلحهما
Əbdür-Rəzzaq, Mamərdən, o da Zuhridən onun belə dediyini rəvayət etdi: mənə Abdullah b. Amir b. Rəbah xəbər verdi - onun atası Bədr döyüşündə iştirak edib - dedi: Ömər Qudamə b. Mazunu Bəhreynə vali təyin etmişdi. Qudamə Həfsə və Abdullah b. Ömərin dayısı idi. Bir gün Əbdül-Qeys qəbiləsinin başçısı olan Carud Bəhreyndən Ömərin yanına gəldi və dedi: "Ey möminlərin əmiri! Qudamə şərab içdi və sərxoş oldu. Allahın qadağalarından birinin çeynəndiyini gördüncə, bunu sizə çatdırmağı özümə borc bildim." Ömər soruşdu: "Buna şahidin var?" (Carud) cavab verdi: "Bəli, Əbu Hureyrə." Ömər Əbu Hureyrəni çağırtdırdı və soruşdu: "Necə şahidlik edirsən?" (Əbu Hureyrə) dedi: Mən onu şərab içəndə görməmişəm, ancaq sərxoş halda görmüşəm." (Ömər) dedi: "İndi şahidlik tamamlandı." və bir məktub yazaraq Qudamənin Bəhreyndən geri qayıtmasını əmr etdi. Qudamə gəldikdə Carud Ömərə dedi: "İndi buna Allahın Kitabı ilə hökm et." Ömər dedi: "Sən bunun düşmənisən yoxsa şahidsən?" (Carud) cavab verdi: "Mən şahidəm." (Ömər) dedi: "Elədirsə, sən şahidliyini tamamladın." Bundan sonra Carud susdu, sabah yenidən Ömərin yanına gələrək: "Bu adama Allahın təyin etdiyi həddi vur" - dedi. Ömər dedi: "Mən səni düşmən kimi görürəm. Halbuki, onun əleyhinə sadəcə bir nəfər şahidlik edib." Carud dedi: "Mən bunu səndən Allah üçün istədim." Ömər dedi: "Ya dilinə yiyəlik et, ya da səni birtəhər edəcəm." Carud dedi: "Sənin əmioğlun içki içir, cəzanı isə mən çəkirəm. Bu haqqdırmı?" (Bu vaxt orada olan) Əbu Hureyrə dedi: "Əgər bizim şahidliyimizə şübhə edirsənsə, bir nəfəri Qudamənin həyat yoldaşından soruşması üçün göndər." Bundan sonra Ömər bir nəfəri Qudamənin xanımı Hind binti Vəlidin fikrini öyrənməsi üçün göndərdi. O, ərinin əleyhinə (yəni, içki içməsinin doğru olduğuna) şahidlik etdi. Ömər Qudaməyə dedi: “Sənə Allahın təyin etdiyi hədd cəzasını vuracağam.” O (Qudamə) dedi: “Əgər mən onların dedikləri kimi içsəm də, mənə hədd cəzası vura bilmərsən.” Ömər dedi: “Niyə ki?” Qudamə dedi: Çünki Allah buyurub: “İman gətirib saleh işlər görənlər üçün daddıqlarından ötrü qorxu yoxdur, əgər təqva və iman əhli olsalar, saleh işlər görsələr, sonra (haramlardan) pəhriz etsələr, (Onun qadağasına) iman gətirsələr və o vaxt (yenə haramdan) çəkinsələr, yaxşı iş görsələr. Allah yaxşı əməl sahiblərini sevir.” Ömər dedi: “Sən səhv təvil edirsən. Əgər Allahdan qorxsaydın, Onun haram buyurduğundan uzaq durardın.” Sonra Ömər insanlara tərəf çevrilərək soruşdu: “Qudaməyə hədd vurulması barədə siz nə düşünürsünüz?” Onlar dedilər: “Xəstə olduğu müddətdə cəza verilməsini doğru hesab etmirik.” O, bir neçə gün bu barədə danışmadı. Bu müddət ərzində Qudaməyə mütləq hədd cəzasının verilməsi qənaətinə gəlmişdi və yenidən səhabələrdən soruşdu: “Qudaməyə hədd vurulması barədə siz nə düşünürsünüz?” Onlar dedilər: “O zəifdir, ona görə cəza verilməsini doğru hesab etmirik.” Ömər dedi: “Onun qırmaclar altında can verərək Allaha qovuşması, cəzasının boynumda qalmış vəziyyətdə Allaha qovuşmağımdan daha yaxşıdır. Mənə yaxşı bir qırmac gətirin.” Beləliklə, Qudaməyə hədd vuruldu. Ömər və Qudamə bir-birlərinə acıqlı idilər. Bir yerdə Həccə getdilər, lakin yenə də bir-birlərini danışdırmırdılar. Həccdən qayıdarkən Ömər Sukya deyilən yerdə karvanı saxlatdırmış və özü də orada yatmışdı. Yuxudan durar-durmaz “Qudaməni tez tapıb yanıma gətirin.” - əmri verdi və dedi: “Vallahi yuxumda bir nəfər mənə dedi ki, Qudamə ilə barış, o, sənin qardaşındı.” Qudaməyə xəbər çatdırıldıqda, o, gəlməyəcəyini bildirdi. Ömər isə: “Sürüyərək olsa da bura gətirin.” - əmrini verdi. Nəhayət Qudamə gəldi və Ömər onunla danışdı və üzr istədi. Beləliklə, bu, onların ilk sülhü oldu.
Əbdür-Rəzzaq əs-Sənani, əl-Müsənnəf, c.9, s.240-243, №17076; əl-Məktəbətul-İslami, Beyrut, 1403/1983; təhqiq: Həbib ər-Rəhman əl-Azami
Onlayn mənbə 1: islamweb
Onlayn mənbə 2: islamport, 9/240-243
Onlayn mənbə 3: kl28.com
Əbdür-Rəzzaq əs-Sənani, əl-Müsənnəf, c.9, s.240-243, №17076; əl-Məktəbətul-İslami, Beyrut, 1403/1983; təhqiq: Həbib ər-Rəhman əl-Azami
Kitabı yükləmək üçün: ÜNVAN
İbn Həcər əl-Əsqəlani özünün "Fəthul-bari" kitabında bu rəvayətin sənədinin səhih olduğunu qeyd etmişdir.
Onlayn mənbə 1: shamela, 13/141
Onlayn mənbə 2: islamweb, 13/151
Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, Fəthul-Bari Şərh Səhihul-Buxari, Əhkam kitabı, c.13, s.141; Məktəbətus-Sələfiyyə; təhqiq: Əbdül-Əziz b. Abdullah b. Baz və Muhəmməd Fuad Əbdül-Baqi
Kitabı yükləmək üçün: ÜNVAN
Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, Fəthul-Bari Şərh Səhihul-Buxari, Əhkam kitabı, c.16, s.657; Dar Teybə, ər-Riyad, 1426/2005; təhqiq: Nədr Muhəmməd əl-Fəryabi
Kitabı yükləmək üçün: ÜNVAN 1, ÜNVAN 2
Sələfi hədsişünas Şeyx Şueyb əl-Arnaut "Siyər əlamun-nubəla" kitabının haşiyəsində bu rəvayəti Əbdür-Rəzzaqın sənədi ilə rəvayət edir və deyir: raviləri siqadırlar.
Onlayn mənbə 1: shamela, 1/161-162
Fotoşəkil: Şəmsuddin əz-Zəhəbi, Siyər əlamun-nubəla, c.1, s.161-162; Muəssisətur-Risalə, Beyrut, 1417/1996; təhqiq: Şueyb əl-Arnaut
Kitabı yükləmək üçün: ÜNVAN 1, ÜNVAN 2, ÜNVAN 3
Qudamə b. Mazun Bədr, Uhud, Xəndək döyüşlərinin iştirakçısı olub.
İbn Həcər əl-Əsqəlani onun adını "əl-İsabə fi təmyizis-səhabə" kitabında zikr etmiş və ətraflı məlumat vermişdir.
Onlayn mənbə 1: shamela, 5/423
Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, əl-İsabə fi təmyiz əs-səhabə, c.9, s.38-39, №7161; Qahirə, 1469/2008; təhqiq: Abdullah b. Əbdül-Muhsin ət-Turki
Kitabı yükləmək üçün: ÜNVAN
Həmçinin Muhəmməd əl-Buxari "Tarixul-kəbir" kitabında onun adını qeyd etmiş və səhabə olduğunu bildirmişdir.
Onlayn mənbə 1: kl28.com
Onlayn mənbə 2: al-eman.com
Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, Tarixul-kəbir, c.7, s.178, №794; Darul-Kutubil-İlmiyyə, Beyrut
Kitabı yükləmək üçün: ÜNVAN
Qudamə b. Mazun haqqında əlavə məlumat üçün: BURADAN