Vəhhabi fətvası: "Dini cizgi filmlər haramdır!"

Səudiyyə Ərəbistanının Elmi araşdırmalar və fətva Daimi Komitəsi aşağıdakı fətvaya imza atmışdır:

س: ما حكم مشاهدة وشراء أفلام الكارتون الإسلامية (الرسوم المتحركة) ، فهي تعرض قصصًا هادفة ونافعة للأطفال، مثل حثهم على بر الوالدين والصدق والأمانة وأهمية الصلاة ونحو ذلك، والمراد منها أن تكون بديلاً عن جهاز التلفاز الذي عمَّت به البلوى. والإشكال أنها تعرض صورًا لآدميين ولحيوانات مرسومة باليد. فهل يجوز مشاهدتها؟ أفتونا مأجورين.
ج: لا يجوز بيع ولا شراء ولا استعمال أفلام الكرتون؛ لما تشتمل عليه من الصورة المحرمة، وتربية الأطفال تكون بالطرق الشرعية من التعليم والتأديب والأمر بالصلاة والرعاية الكريمة.

Sual: İslami cizgi filmlərinə baxmağın və almağın hökmü nədir? Bu filmlər uşaqları valideynlərə hörmət, doğrudanışmaq, əmanətdar olmaq, namazın əhəmiyyəti və s. bu kimi uşaqlara faydalı olan şeylərə təşviq edir. Bu filmlərə baxmaq və ya onları almaqdan məqsəd uşaqları hər tərəfini fəsad bürümüş televizordan uzaq tutmaqdır. Lakin problem ondadır ki, bu filmlərdə əl ilə çəkilmiş insan və heyvan şəkilləri göstərilir. Buna əsasən, bu filimlərə baxmaq olarmı?

Cavab: Cizgi filmlərində haram şəkillər olduğu üçün, onların alqısı, satqısı və izlənilməsi icazəli deyildir. Uşaqlara qanuni yollarla tərbiyə verilməlidir.

 

Elmi araşdırmalar və fətva Daimi Komitəsi

Üzv: Bəkr Əbu Zeyd

Üzv: Saleh əl-Fozan

Rəis müavini: Əbdüləziz Ali-Şeyx

Rəis: Əbdüləziz ibn Abdullah ibn Baz