Əbu Əyyub əl-Ənsarinin Peyğəmbər (s) qəbrini ziyarəti (Həmzə Zeyn və əs-Səmhudi)

Əhməd bin Hənbəl "Musnəd" kitabında qeyd edir:

حدثنا : ‏ ‏عبد الملك بن عمرو ‏ ‏، حدثنا : ‏ ‏كثير بن زيد ‏ ‏، عن ‏ ‏داود بن أبي صالح ‏ ‏قال : أقبل مروان يوماً فوجد رجلاً واضعاً وجهه على القبر فقال : أتدري ما تصنع فاقبل عليه فإذا هو أبو أيوب فقال : نعم جئت رسول الله (ص) ولم آت الحجر سمعت رسول الله (ص) يقول لا تبكوا على الدين إذا وليه أهله ولكن إبكوا عليه إذا وليه غير أهله.

Bizə Əbd əl-Məlik bin Amr rəvayət etdi: Kəsir bin Ziyad bizə Davud bin Əbi Salehdən belə dediyini rəvayət etdi: «Bir gün Mərvan bin Həkəm bir nəfərin üzünü Peyğəmbərin qəbrinə qoyduğunu müşahidə etdi. Mərvan: «Nə etdiyini bilirsənmi?» – deyə səsləndi. Yaxına gəldikdə onun Əbu Əyyub əl-Ənsari olduğunu gördü. O dedi: «Bəli, mən daşın yanına yox, Peyğəmbərin yanına gəlmişəm.» Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: «Dinə din əhli rəhbərlik etdiyi zaman onun üçün ağlamayın. Dinə din əhli olmayanlar rəhbərlik etdiyi zaman ağlayın.»

Əhməd bin Hənbəl, əl-Musnəd, c.17, s.42-43, h.23476; Dar əl-hədis, Qahirə, 1416/1995; təhqiq: Əhməd Şakir və Həmzə Zeyn

Şeyx Həmzə Zeyn bu rəvayət haqqında deyir: «sənədi səhihdir.»

 

Kitabı yükləmək üçün: ÜNVAN

Həmçinin Əli bin Abdullah əs-Səmhudi deyir: «Əhməd bin Hənbəl həsən sənədlə rəvayət etmişdir.»

Əli bin Abdullah əs-Səmhudi, Xulasat əl-vəfa bi-əxbar Dar əl-Mustəfa, c.1, s.457; təhqiq: Dr. Muhəmməd əl-Əmin əl-Cəkini

 

Kitabı yükləmək üçün: ÜNVAN

 

Qeyd: Gördüyünüz kimi, bu gün qəbir ziyarətinə qarşı çıxıb qəbirlərə ehtiram göstərənlərə müşrik deyən şəxslər eynilə zalım və qaniçən Mərvan bin Həkəmin əqidəsinin daşıyıcılarıdır. Bu şəxslər anlamır ki, Peyğəmbəri (s) ziyarət edənlər daşa, qəbrə ibadət etmirlər. Əbu Əyyub əl-Ənsari də məhz bunu çatdırmaq istəmişdir.

В этом разделе