Müslim b. əl-Həccac "əl-Müsnəd əs-səhih bi nəqlil ədli", "Səhabələrin fəziəlti" kitabı, "Ömər r.a-nın fəzilətləri" babı
حدثنا منصور بن أبي مزاحم. حدثنا إبراهيم (يعني ابن سعد). ح وحدثنا حسن الحلواني وعبد بن حميد (قال عبد: أخبرني. وقال حسن: حدثنا) يعقوب – وهو ابن إبراهيم ابن سعد – حدثنا أبي عن صالح، عن ابن شهاب. أخبرني عبدالحميد بن عبدالرحمن بن زيد؛ أن محمد بن سعد بن أبي وقاص أخبره؛ أن أباه سعدا قال:
استأذن عمر على رسول الله صلى الله عليه وسلم. وعنده نساء من قريش يكلمنه ويستكثرنه. عالية أصواتهن. فلما استأذن عمر قمن يبتدرن الحجاب. فأذن له رسول الله صلى الله عليه وسلم. ورسول الله صلى الله عليه وسلم يضحك. فقال عمر: أضحك الله سنك. يا رسول الله! فقال رسول الله صلى الله عليه وسلم "عجبت من هؤلاء اللاتي كن عندي. فلما سمعن صوتك ابتدرن الحجاب" قال عمر: فأنت، يا رسول الله! أحق أن يهبن. ثم قال عمر: أي عدوات أنفسهن! أتهبنني ولا تهبن رسول الله صلى الله عليه وسلم؟ قلن: نعم. أنت أغلظ وأفظ من رسول الله صلى الله عليه وسلم. قال رسول الله صلى الله عليه وسلم "والذي نفسي بيده! ما لقيك الشيطان قط سالكا فجا إلا سلك فجا غير فجك".
Bize Mənsur b. Əbi Müzahim rəvayət etti, (və dedi ki) : bize İbrahim (yəni îbn Səd) rəvayət etdi. Bizə Həsən əl-Hulvani və Əbd b. Humeyd də rəvayət etdilər (Əbd "axbərani", Həsən isə "haddəsəna" təbirlərini işlətdilər), (və dedilər ki,) bizə Yaqub - bu şəxs ibn İbrahim b. Səddir - rəvayət etdi, (dedi ki), bizə atam, Salihdən, o da İbn Şihabdab nəqlən rəvayət etdi. (Demişdir ki), Mənə Əbdül-Həmid b. Əbdür-Rəhman b. Zeyd xəbər verdi. Ona da Muhəmməd b. Səd b. Əbi Vəqqas xəbər vermişdir ki, atası Səd belə deyib:
Ömər Rəsulullahın (s) yanına daxil olmaq üçün icazə istədi. Onun yanında Qureyşdən bir neçə qadın var idi. Onlar Rəsulullahla (s) danışırdılar və bu zaman səslərini yüksəldirdilər. Ömər icazə istəyən zaman qadınlar qalxıb tələsik hicaba büründülər. Rəsulullah (s) da ona icazə verdi. Rəsulullah (s) gülürdü.
Ömər: "Allah yaşını güldürsün, ya Rəsulullah!" - dedi.
Rəsulullah (s) buyurdu: "Bayaq mənim yanmda olanların hərəkətinə təəccüb etdim. Sənin səsini eşidincə hicaba büründülər."
Ömər: "Ya Rəsulullah, onların çəkinməsinə sən daha layiqsən." - dedi.
Sonra qadınlara tərəf dönərək: "Ey nəfslərinin düşmənləri, Rəsulullah (s)-dan çəkinmirsiniz, amma məndən çəkinirsiniz?"
Qadınlar: "Bəli, sən Rəsulullahdan (s) daha sərt və daha zabitəlisən." - dedilər.
Rəsulullah (s) buyurdu: Nəfsim əlində olana and olsun ki, şeytan sənə bir küçədə rast gəlsə, mütləq getdiyi küçəni dəyişərdi.
Müslim b. əl-Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, "Səhabələrin fəziəlti" kitabı, "Ömər r.a-nın fəzilətləri" babı, s.1864, №2397; Dar İhya əl-Kutub əl-Ərəbiyyə
Onlayn mənbə 1: islamweb, №2397
Onlayn mənbə 2: hadith.al-islam.com, №2397
Onlayn mənbə 3: www.imamu.edu.sa, №2396
Fotoşəkil: Müslim b. əl-Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, "Səhabələrin fəziəlti" kitabı, "Ömər r.a-nın fəzilətləri" babı, s.1124, №2397; Dar Teybə - Riyad, 1427/2006; təhqiq: Nəzər b. Muhəmməd əl-Qurtubi
Kitaba yükləmək üçün: ÜNVAN
Fotoşəkil: Müslim b. əl-Həccac, əl-Müsnəd əs-səhih bi nəqlil ədli, "Səhabələrin fəziəlti" kitabı, "Ömər r.a-nın fəzilətləri" babı, s.1863-1864, №2397; Dar İhya əl-Kutub əl-Ərəbiyyə - Riyad, 1412/1991; təhqiq: Muhəmməd Fuad Əbdül-Baqi
Kitaba yükləmək üçün: ÜNVAN