Məndən sonra hidayət olanlar sənin əlinlə hidayət olacaqlar

Əbu Cəfər Muhəmməd b. Cərir ət-Təbəri "Cəmi əl-Bəyan ən təvil ay əl-Quran" kitabında yazır:

حدثنا أحمد بن يحيى الصوفي قال : حدثنا الحسن بن الحسين الأنصاري قال : حدثنا معاذ بن مسلم ، بياع الهروي ، عن عطاء بن السائب ، عن سعيد بن جبير ، عن ابن عباس قال : لما نزلت ( إنما أنت منذر ولكل قوم هاد ) ، وضع صلى الله عليه وسلم يده على صدره فقال : أنا المنذر ( ولكل قوم هاد ) ، وأومأ بيده إلى منكب علي ، فقال : أنت الهادي يا علي ، بك يهتدي المهتدون بعدي

Bizə Əhməd b. Yəhya əs-Sufi rəvayət etdi və dedi: bizə əl-Həsən b. əl-Hüseyn əl-Ənsari rəvayət etdi və dedi: bizə Muaz b. Müslim Baya əl-Hərəvi, Ata b. əs-Saibdən, o da Səid b. Cubeyrdən İbn Abbasın belə dediyini rəvayət etdi: "İnnəma əntə munziru və li-kulli qavmin had" ayəsi nazil olduqdan sonra Rəsulullah (s) öz mübarək əlini öz sinəsinə qoyaraq belə buyurdu: "Munzir mənəm, "hər bir qövmün isə hidayət edəni vardır"", bu halda əlini Əlinin (ə) çiyninə qoyaraq ona işarə etdi və buyurdu: "Hidayət edən sənsən, ey Əli! Məndən sonra hidayət olanlar sənin əlinlə hidayət olacaqlar".

 

Fotoşəkil: Əbu Cəfər Muhəmməd b. Cərir ət-Təbəri, Cəmi əl-Bəyan ən təvil ay əl-Quran, c.16, s.357, №20161; Məktəbə İbn Teymiyyə, Qahirə; təhqiq: Əhməd Muhəmməd Şakir

İbn Həcər əl-Əsqəlani bu rəvayətin sənədinin həsən dərəcəsində olduğunu bildirmişdir.

والمستغرب ما أخرجه الطبري بإسناد حسن من طريق سعيد بن جبير عن ابن عباس قال لما نزلت هذه الآية وضع رسول الله - صلى الله عليه وسلم - يده على صدره وقال : أنا المنذر . وأومأ إلى علي وقال أنت الهادي بك يهتدي المهتدون بعدي فإن ثبت هذا فالمراد بالقوم أخص من الذي قبله أي بني هاشم مثلا . وأخرج ابن أبي حاتم وعبد الله بن أحمد في زيادات المسند وابن مردويه من طريق السدي عن عبد خير عن علي قال : الهادي رجل من بني هاشم . قال بعض رواته : هو علي . وكأنه أخذه من الحديث الذي قبله . وفي إسناد كل منهما بعض الشيعة . ولو كان ذلك ثابتا ما تخالفت رواته

Qəribə olan Təbərinin həsən sənədlə Səid ibn Cubeyr təriqi ilə İbn Abbasdan nəql etdiyi hədisdir. İbn Abbas deyir: “Bu ayə nazil olan zaman Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) əlini sinəsinə qoyaraq dedi: “Munzir (qorxudan) mənəm.” Sonra Əliyə işarə edərək dedi: “Hadi (hidayət edən) də sənsən. Məndən sonra hidayət olanlar səninlə hidayət olacaqlar.”

Əgər bu hədis sübuta yetərsə, o zaman “hər bir qövmün...” sözünün mənası daha öncəki (hədisdə qeyd olunandan) daha xüsusi olacaq; yəni, (hər bir qövmdən) məqsəd məsələn, Bəni-Haşim olacaq.1 İbn Əbi Hatəm (öz kitabında), Abdullah ibn Əhməd “Ziyadat əl-Müsnəd” də və İbn Mərdəveyh (də öz kitabında) Sudey təriqi ilə Əbdü-Xeyrdən, o da Əlidən nəql etmişdir ki: “Hadi (hidayət edən) Bəni-Haşimdən olan bir şəxsdir.” Bu hədisin ravilərindən biri demişdir ki: “Həmin şəxs Əlidir.” Sanki, o bunu öncəki hədisdən götürmüşdür. Bu rəvayətlərin hər ikisinin sənədində şiə vardır. Əgər bu (məsələ) sabit olasaydı, o zaman bunu nəql edən şəxslər fərqli sözlər deməzdilər.2


1 Əlbəttə, bu, İbn Həcərin şəxsi fikridir. İbn Həcər demək istəyir ki, ayənin mənası bu şəkildədir ki, “Ey Peyğəmbər, sən yalnızca bir qorxudansan, hər bir qövmün isə, bir hidayət edicisi var. Bəni-Ümməyyənin bir, Bəni-Haşimin bir, Bəni-Məxzumun bir, Bəni-Əsədin və s.-nin bir hidayət edicisi var...” Lakin, İbn Həcərə sual vermək lazımdır ki, hansı əsasla “hər bir qövm” sözünü məhz xüsusi bir qəbilə ilə məhdudlaşdırmışdır? Hədisin ardı ki, bu mənanı vermir. Hədisin ardında “məndən sonra hidayət olanlar səninlə hidayət olacaqlar” deyilir. Görəsən, bu cümlə ümumilik bildirir, yoxsa, xüsusilik? Görəsən, bu cümlə İbn Həcərin sözü ilə uyğun gəlirmi? Hökm hörmətli oxucunundur. Red.

2 İbn Həcərin rəvayətin sənədinin həsən olmasını etiraf etdikdən sonra dediyi bu sözlərin heç bir dəyəri yoxdur. Belə ki, oxucunun da gördüyü kimi, ilk öncə heç bir əsas olmadan hədisin mətnini yozmağa çalışmış, ardıyca isə demişdir ki, əgər məsələ sabit olsaydı, o zaman ravilər ixtilaf etməzdilər. Halbuki, ortada ixtilaf deyə bir şey mövcud deyil. Birinci rəvayətdə “hidayət edici” şəxsin adı çəkilir, ikinci rəvayətdə isə, ona işarə edilir. Üstəlik, ardınca da hədisin ravilərindən biri bu şəxsin Əli ibn Əbi Talib (əleyhis-səlam) olduğunu vurğulayır. Görəsən, bu, ixtilafdırmı? Hakimiyyətin Əhli-Beyt düşmənlərinin əlində olduğu bir mühitdə, Əmirəl-möminin Əli ibn Əbi Talibin (əleyhis-səlam) barəsində fəzilət nəql edir deyə Nəsai kimi bir alimin döyə-döyə öldürüldüyü bir mühitdə hansısa bir ravi İmam Əli barədə rahat şəkildə rəvayət nəql edə bilərdimi, onun adını rahat şəkildə çəkə bilərdimi? Görəsən, İbn Həcər bunları bilmirdi, yoxsa, özünü bilməzliyə vurmuşdu? Bundan başqa, biz İbn Həcərin bu sözünə elə onun özünün bir neçə sətir yuxarıda qeyd etdiyi rəvayətlərlə də rədd verə bilərik. Belə ki, onun qeyd etdiyi rəvayətlər içərisində “hidayət edici” şəxsin gah “başçı”, gah “peyğəmbər”, gah “Muhəmməd” olduğu deyilib. Görəsən, İbn Həcər bu yerdə də “əgər “hidayət edici” şəxsdən məqsəd “Muhəmməd” olsaydı, o zaman ravilər ixtilaf etməzdi” deyə bilərmi? İbn Həcər kimi bir alimin belə üsullara əl atmasını yalnız və yalnız onun təsiri altında olduğu düşüncənin əhatəsindən çıxa bilməməsiylə əlaqələndirə bilərik.

 

Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, Fəth əl-Bari Şərh Səhih əl-Buxari, Təfsir kitabı, İbrahim surəsinin təfsiri babı, c.8, s.376; Məktəbə əs-Sələfiyyə; təhqiq: Əbdül-Əziz b. Abdullah b. Baz və Muhəmməd Fuad Əbdül-Baqi

В этом разделе