Əz-Zəhəbi: Peyğəmbər və saleh şəxslərin qəbrləri yanında edilən dua qəbul olar.

Əhli-sünnənin böyük alimlərindən olan Şəmsuddin əz-Zəhəbi Nəfisə bint Həsənin tərcümeyi-halında yazır:

وَقِيلَ : كَانَتْ مِنَ الصَّالِحَاتِ الْعَوَابِدِ ، وَالدُّعَاءُ مُسْتَجَابٌ عِنْدَ قَبْرِهَا ، بَلْ وَعِنْدَ قُبُورِ الْأَنْبِيَاءِ وَالصَّالِحِينَ وَفِي الْمَسَاجِدِ ، وَعَرَفَةَ وَمُزْدَلِفَةَ ، وَفِي السَّفَرِ الْمُبَاحِ ، وَفِي الصَّلَاةِ ، وَفِي السَّحَرِ ، وَمِنَ الْأَبَوَيْنِ ، وَمِنَ الْغَائِبِ لِأَخِيهِ ، وَمِنَ الْمُضْطَرِّ ، وَعِنْدَ قُبُورِ الْمُعَذَّبِينَ وَفِي كُلِّ وَقْتٍ وَحِينٍ ، لِقَوْلِهِ تَعَالَى : وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ.

Demişlər ki, saleh və abid qadınlardan olmuşdur. Onun qəbrinin yanında edilən dua qəbul olur. Nəinki təkcə onun qəbri yanında, həmçinin peyğəmbər və salehlərin qəbrləri yanında, məscidlərdə, Ərəfə və Müzdəlifədə, mübah səfərdə, namazda və səhər vaxtında edilən dualar, o cümlədən ata-ananın duası, bir şəxsin (müsəlman) qardaşı üçün etdiyi dua, çətinlikdə olanın duası, əzab görənlərin qəbri başında edilən dua, istənilən vaxtda edilən dua qəbul edilir. Çünki Allah-taala buyurmuşdur: “Məni (dua edərək) çağırın, Mən də çağırışınıza cavab verim”.

 

Fotoşəkil: Şəmsuddin əz-Zəhəbi, Siyəru-əlamin-nubəla, c.3, s.4037; "Beuytul-əfkar", ər-Riyad, Səudiyyə Ərəbistanı

Şiələrə tənə vurub bidətçi adlandıran şəxslər öz imamları Zəhəbiyə də tənə vuracaqlar?