Allah Rəsulu (s.ə.a): "Ya Bəni-Vəliə (etdiyi) işdən əl çəkəcək, ya da özüm kimi olan bir şəxsi onlara tərəf göndərəcəyəm."

Nəsai özünün “Xəsais” kitabında belə nəql etmişdir:

(اخبرنا) العباس بن محمد الدوري ، قال : حدثنا الاحوص بن جواب ، قال : حدثنا يونس بن اسحاق ، عن ابي اسحاق السبيعي عن زيد بن يثيغ ، عن ابي رضي الله عنه قال : قال رسول الله صلى الله عليه وسلم : لينتهين بنو وليعة أو لابعثن عليهم رجلا كنفسي ينفذ فيهم أمري فيقتل المقاتلة ويسبي الذرية.
فما راعني إلا وكف عمر في حجزتى من خلفي وقال : من يعني ؟ قلت : إياك يعني وصاحبك. قال : فمن يعني ؟ قلت : خاصف النعل. قال : وعلي يخصف النعل.

Bizə Abbas ibn Muhəmməd əd-Duri xəbər verib dedi: bizə əl-Əhvas ibn Cəvvab nəql edib dedi: bizə Yunis ibn Əbu İshaq Əbu İshaqdan, o Zeyd ibn Yuseydən, o da Əbu Zərdən nəql edib dedi:

“Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) dedi: “Ya Bəni-Vəliə (etdiyi) işdən əl çəkəcək, ya da özüm kimi olan bir şəxsi onlara tərəf göndərəcəyəm ki, mənim əmrimi onlara arasında icra etsin. Döyüşəni öldürsün, qadınları əsir etsin.”

Bu zaman qəflətən Ömər arxadan mənim kəmərimi tutub dedi: “Kimi nəzərdə tutur?” Mən dedim: “Nə səni nəzərdə tutur, nə də sənin yoldaşını.” Ömər dedi: “Bəs kimi nəzərdə tutur?” Dedim: “Başmaq yamayan şəxsi”. Həmin vaxt Əli başmaq yamayırdı.”

Kitabın mühəqqiqi Əhməd Mirin əl-Bəluşi haşiyədə demişdir:

“Səhihdir. Raviləri Müslimin raviləridir. Təkcə Duridən başqa, o da siqədir.”

 

Fotoşəkil: Xəsaisu əmirilmuminin Əli ibn Əbi Talib, səh.89, hədis 72; Məktəbə əl-Məla, Kuveyt, 1406/1986; təhqiq: Əhməd Mirin əl-Baluşi