Rəsulullah (s.ə.a.s): «Bu ümmət məndən sonra sənə qarşı haqsızlıq edəcək» (əl-Hakim və əz-Zəhəbi)

Hakim Nisaburi "Müstədrək əla əs-Səhiheyn" kitabında nəql edir:

حدثنا أبو حفص عمر بن أحمد الجمحي بمكة ، ثنا علي بن عبد العزيز ، ثنا عمرو بن عون ، ثنا هشيم ، عن إسماعيل بن سالم ، عن أبي إدريس الأودي عن علي رضي الله عنه قال : إن مما عهد إليّ النبي صلى الله عليه - وآله - وسلم أن الأمة ستغدر بي بعده.
هذا حديث صحيح الإسناد ولم يخرجاه .
تعليق الذهبي قي التلخيص : صحيح.

Bizə Məkkədə Əbu Həfs Ömər b. Əhməd əl-Cəmhi rəvayət etdi (və dedi ki), bizə Əli b. Əbdül-Əziz rəvayət etdi (və dedi ki), bizə Amr b. Aun rəvayət etdi (və dedi ki), Huşeym mənə İsmayıl b. Salimdən, o da Əbu İdris əl-Əvdidən, o da Əli (r.a)-dan belə dediyini rəvayət etdi: Peyğəmbər (s.ə.s) mənə əhd etmişdi ki: «Məndən sonra bu ümmət sənə qarşı haqsızlıq edəcək.»

əl-Hakim dedi: Bu hədisin sənədi səhihdir, lakin onlar (əl-Buxari və Müslim kitablarında) yazmamışdırlar.
əz-Zəhəbi
«ət-Təlxis»də dedi: Səhihdir.

əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.3, s.150, h.4676; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1411/1990

Onlayn link 1: islamport.com
Onlayn link 2: kl28.net

 

Fotoşəkil: əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.3, s.150, h.4676; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1422/2002; təhqiq: Mustafa Əbdül-Qadir Ata

Kitabı yükləmək üçün: ÜNVAN


أخبرنا أحمد بن سهل الفقيه ببخارى ، ثنا سهل بن المتوكل ، ثنا أحمد بن يونس ، ثنا محمد بن فضيل ، عن أبي حيان التيمي ، عن سعيد بن جبير ، عن ابن عباس رضي الله عنهما قال : قال النبي صلى الله عليه - وآله - وسلّم لعلي : " أما أنك ستلقى بعدي جهداً " قال : في سلامة من ديني ؟ قال : " في سلامة من دينك " .
هذا حديث صحيح على شرط الشيخين ولم يخرجاه.
تعليق الذهبي قي التلخيص : على شرط البخاري ومسلم.

Bizə Buxarada Əhməd b. Səhl əl-Fəqih rəvayət etdi (və dedi: ), bizə Səhl b. əl-Mütəvəkkil rəvayət etdi (və dedi: ), Muhəmməd b. Fuzeyl bizə Əbi Həyyan ət-Teymidən, o da Səid b. Cubeyrdən, o da İbn Abbas (r.a)-dan onun belə dediyini rəvayət etdi: Peyğəmbər (s.ə.s) Əliyə dedi: «Məndən sonra ümmətin əziyyətinə düçar olacaqsan.» (Əli) dedi: «Mənim dinim (imanım) salamat qalacaq?» (Peyğəmbər) dedi: «Bəli, dinin (imanın) salamat qalacaq.»

əl-Hakim dedi: Bu hədis əl-Buxari və Müslimin şərtlərinə əsasən səhihdir, lakin onlar (öz kitablarında) yazmayıblar.
əz-Zəhəbi «ət-Təlxis»də dedi: əl-Buxari və Müslimin şərtlərinə əsasən (səhihdir).

əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.3, s.151, h.4677; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1411/1990

Onlayn link 1: islamport.com
Onlayn link 2: kl28.net

 

Fotoşəkil: əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.3, s.151, h.4677; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1422/2002; təhqiq: Mustafa Əbdül-Qadir Ata

Kitabı yükləmək üçün: ÜNVAN


عن حيّان الأسدي سمعت علياً يقول : قال لي رسول الله صلى الله عليه وسلّم : " إن الأمة ستغدر بك بعدي وأنت تعيش على ملتي وتقتل على سنتي ، من أحبّك أحبّني ومن أبغضك أبغضني ، وإن هذه ستخضب من هذا يعني لحيته من رأسه " .
صحيح.
تعليق الذهبي قي التلخيص : صحيح.

Həyyan əl-Əsədidən nəql edilir ki, (dedi:) Əlinin belə dediyini eşitdim: Rəsulullah (s.ə.s) buyurdu: «Məndən sonra ümmətim sənə qarşı haqsızlıq edəcək. Lakin sən yenə də mənim dinim üzərində yaşayıb, sünnətim üzərində öldürüləcəksən. Səni sevən məni sevmiş, sənə nifrət edən mənə nifrət etmişdir. Bir gün saqqalın başından axan qanla qırmızıya boyanacaq.»

əl-Hakim dedi: Səhihdir.
əz-Zəhəbi «ət-Təlxis»də dedi: Səhihdir.

əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.3, s.153, h.4686; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1411/1990

Onlayn link 1: islamport.com
Onlayn link 2: kl28.net

 

Fotoşəkil: əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.3, s.153, h.4686; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1422/2002; təhqiq: Mustafa Əbdül-Qadir Ata

Kitabı yükləmək üçün: ÜNVAN

В этом разделе