Peyğəmbər (s.ə.a) faiz ayəsini açıqlamadan dünyadan köçüb

Nasiruddin əl-Albani, "Səhih sunən İbn Macə", cild 2, səhifə 241, hədis 1860:

عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ، قَالَ: «إِنَّ آخِرَ مَا نَزَلَتْ آيَةُ الرِّبَا، وَإِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قُبِضَ وَلَمْ يُفَسِّرْهَا لَنَا، فَدَعُوا الرِّبَا وَالرِّيبَةَ»

Ömər ibn əl-Xəttabdan belə nəql edilir: “(Quranda) ən son nazil olan ayə “riba” (faiz) ayəsidir. Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) onu bizim üçün təfsir etmədən (açıqlamadan) vəfat etdi! Elə isə ribanı və şübhə(li alverləri) tərk edin.”

 

Fotoşəkil: Nasiruddin əl-Albani, Səhih sunən İbn Macə, c.2, s.241, h.1860; Məktəbə əl-Məarif, Beyrut, 1417/1997

Deməli, Allah Quranda ayə nazil edir, amma Peyğəmbər (s.ə.a) onu açıqlamadan və təfsir etmədən dünyadan köçür...

Sələfi şeyxi Nasiruddin əl-Albaniyə görə hədis səhihdir.