BİSMİLLAHİR RƏHMANİR RƏHİM
HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ
VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ
Məlum olduğu kimi Şiə ilə Əhli sünnənin ixtilaflarından biri də mutə nigahı haqqındadır. Şiə ilə Əhli sünnə bu nigahın Rəsulullah (s.a.a) zamanında olduğu mövzusunda ittifaq etmişdir. İxtilaf nöqtəsi isə bu nigahın qadağan olunub olunmamasındadır. Belə ki, əhli sünnə bu nigahı Rəsulullahın (s.a.a) nəhy etdiyini söyləyir, Şiə isə bu nigahı Rəsulullahın (s.a.a) deyil 2-ci ərəb kralı Ömər b. Xəttabın qadağan etdiyini, onun qadağasının isə bir mənası olmadığı, halalı haram edə bilməyəcəyi üçün bu nigahın halal və caiz olduğunu söyləyir. Şiə mutə nigahı haqqında həm Qurandan və həm də hədislərdən dəlillər təqdim edir. Qurandan təqdim etdiyimiz dəlil “mutə ayəsi” dediyimiz Nisa surəsinin 24-cü ayəsidir. Biz bu ayə ilə mutə nikahının qəsd edildiyini söyləyirik, əhli sünnədən bəziləri isə buna etiraz edirlər. Biz bu yazımızda bu etirazları ələ almayacağıq və ya bunlara cavab verməyəcəyik. Bu yazımızda yalnız əhli sünnənin öz təfsirçilərindən birinin bu ayənin təfsirində söylədiklərini köçürəcəyik.
Şəkildə gördüyünüz əhli sünnə alimi Qurtubinin “əl-Camiul Əhkam” adlı kitabıdır. İşarələnmiş yerdə bu ifadələr var:
وقال الجمهور : المراد نكاح المتعة الذي كان في صدر الإسلام . وقرأ ابن عباس وأبي وابن جبير فما استمتعتم به منهن إلى أجل مسمى فآتوهن أجورهن
Cumhur deyir ki: Bundan qəsd İslamın ilk dövrlərində tətbiq olunan mütə nigahıdır. İbni Abbas, Ubey və İbni Cübeyr isə ayənin bu hissəsini beləcə oxumuşlar: “O halda onlardan hansı ilə müəyyən bir vaxta qədər faydalandınızsa, ondan ötəri onlara mehrlərini verin.”
Qurtubi, “əl-Camiul Əhkam”, 6/215, Nisa surəsinin təfsiri
Gördüyümüz kimi Qurtubi bu ayə ilə qəsd edilənin mutə nigahı olduğunu söyləmək ilə qalmır, bu mövzuda icma olduğunu söyləyir. Yəni bu ayədən muradın mutə nigahı olduğunu söyləyən yalnız Şiə deyil, əksinə Əhli Sünnənin öz cumhuru belə bunu söyləyir.
(c) saqaleyn.wordpress.com