Əhli-sünnənin dörd məzhəb imamlarından biri olan Əhməd ibn Hənbəl özünün "əl-Müsnəd" əsərində belə yazır:
حدثنا عبد الله حدثني أبي ثنا زيد بن الحباب حدثني حسين ثنا عبد الله بن بريدة قال : دخلت أنا وأبي على معاوية فأجلسنا على الفرش ثم أتينا بالطعام فأكلنا ثم أتينا بالشراب فشرب معاوية ثم ناول أبي ثم قال ما شربته منذ حرمه رسول الله صلى الله عليه و سلم ثم قال معاوية كنت أجمل شباب قريش وأجوده ثغرا وما شيء كنت أجد له لذة كما كنت أجده وأنا شاب غير اللبن أو إنسان حسن الحديث يحدثني
“Zeyd ibn Hübab Hüseyndən, o da Abdullah ibn Büreydədən belə nəql edir: “Mən və atam Müaviyənin yanına gəldik. Bizi xalçanın üstündə əyləşdirdi. Sonra yemək gətirdilər, yedik. Sonra şərab gətirdilər. Müaviyə şərab içdi, sonra atama verdi və dedi: “Rəsulullah (s) haram etdiyindən bəri heç içməmişəm”. Daha sonra Müaviyə dedi: “Qüreyşin ən gözəl və ən təbəssümlüsü mən idim. Süd içmək və ya gözəl söhbət edən insanla danışmaq kimi ləzzət aldığım bir şey yox idi”.
Şueyb əl-Arnəut hədisin sənədi barədə belə yazır:
إسناده قوي
"Sənədi güclüdür"
Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, cild 38, səhifə 25-26, hədis: 22941, əl-Risalə, təhqiq Şueyb əl-Arnəut
Online mənbə: islamport (c.5, s.347)
Fotoşəkil: Əhməd ibn Hənbəl, “əl-Müsnəd”, cild 38, səhifə 25-26, hədis: 22941, əl-Risalə, təhqiq Şueyb əl-Arnəut
Hədis hafizlərindən olan Nuruddin əl-Heysəmi bu rəvayəti öz kitabında qeyd etdikdən sonra yazır:
رواه أحمد ورجاله رجال الصحيح وفي كلام معاوية شيء تركته
“Bu hədisi Əhməd nəql etmişdir. Raviləri səhih hədis raviləridir. Müaviyənin sözlərində bir şey (deyiləcək sözlər) var idi, tərk etdim”
əl-Heysəmi, "Məcməuz-Zəvaid və mənbəul-fəvaid", cild 5, səhifə 43, hədis: 8022
Online mənbə: islamweb (c.5, s 43)
Fotoşəkil (Türk çapı): əl-Heysəmi, "Məcməuz-Zəvaid və mənbəul-fəvaid", cild 8, səhifə 158, hədis: 8022
Müaviyənin davamçıları hədisin sənədini rədd edə bilmədikləri üçün bir sıra təvillərə baş vurmuşlar. Belə ki, onlar rəvayətdə gələn şərabın haram içki olmadığı iddiasını irəli sürərək dayılarını müdafiə etmək istəmişlər. Bəziləri isə rəvayətin tamam ziddinə gedərək Müaviyənin şərab əvəzinə məhz süd və ya ayran içdiyinə iddia etmişlər.
Fəqət rəvayətin özü bu iddiaları darmadağın etməkdədir. Rəvayətdə oxuduq ki, şərab gətirdilər. Müaviyə şərab içdi, sonra atama verdi və dedi: “Rəsulullah (s) haram etdiyindən bəri heç içməmişəm”. Müaviyənin Abdullah ibn Bureydənin dilindən nəql olunan “Rəsulullah (s) haram etdiyindən bəri heç içməmişəm” sözləri heç bir açıqlamaya ehtiyac qalmadan açıq-aydın dəlildir ki, burada qəsd edilən şərab, Peyğəmbərin (s) sünnəsində haram edilən şərabdır.
Allah Rəsulu (s) şərab içən şəxslər barədə belə buyurur:
حدثنا عثمان بن أبي شيبة قال ثنا وكيع بن الجراح عن عبد العزيز بن عمر عن أبي علقمة مولاهم وعبد الرحمن بن عبد الله الغافقي أنهما سمعا ابن عمر يقول
: قال رسول الله صلى الله عليه و سلم " لعن الله الخمر وشاربها وساقيها وبايعها ومبتاعها وعاصرها ومعتصرها وحاملها والمحولة إليه
İbn Ömərdən rəvayət olunur ki, Allah Rəsulu (s) demişdir: “Şəraba, onu içənə, süzənə, satana, alana, (şirəsini sıxaraq) hazırlayana, hazırlanmasını tələb edənə, daşıyana və daşınmasını tələb edənə Allah lənət etsin!”
Nasiruddin əl-Albani hədisin sənədi barədə belə yazır:
صحيح
"Səhihdir"
Sünəni-Əbu Davud", cild 2, səhifə 350, hədis 3674, Darul-Fikr, təhqiq Nasiruddin əl-Əlbani
Online mənbə: islamport (c.2, s.350)
Fotoşəkil (Azərbaycan çapı): Rafael Heydərov, "Səhih Sünən Əbu Davud", İçkilər kitabı, 2-ci fəsil, hədis 6
Deməli, Müaviyə şərab içdiyinə görə Allahın lənətinə düçar olmuşdur. Allah Quranda lənət etdiyi şəxslər barəsində belə buyurur:
أُولَٰئِكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ ۖ وَمَنْ يَلْعَنِ اللَّهُ فَلَنْ تَجِدَ لَهُ نَصِيرًا
"Onlardır Allahın lənət etdiyi kəslər! Allahın lənət etdiyi şəxsə əsla bir yardımçı tapa bilməzsən". (Nisa-52)