Əhli-sünnə aliminin fikrincə Əbu Bəkr və Ömər məsumdurlar

Əbu Bəkr əl-Xəllal “əs-Sunnə” kitabında belə nəql edir:

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَمْرِو بْنِ مُكْرَمٍ، قَالَ: ثَنَا إِبْرَاهِيمُ بْنُ هَانِئٍ، قَالَ: سَمِعْتُ بِشْرَ بْنَ الْحَارِثَ، يَقُولُ: «رُفِعَ الْخَطَأُ عَنْ أَبِي بَكْرٍ، وَعُمَرَ»

Mənə Muhəmməd ibn Əmr ibn Mukrəm xəbər verib dedi: bizə İbrahim ibn Hani nəql edib dedi: Bişr ibn əl-Harisin belə dediyini eşitdim: “Əbu Bəkr və Ömərdən xəta qaldırılmışdır”.

Mühəqqiq Ətiyyə əz-Zəhrani haşiyədə deyir: “Sənədi səhihdir”. Lakin, Dr. Ətiyyə fikrin özü ilə razılaşmır.

 

Fotoşəkil: Əbu Bəkr Əhməd ibn Muhəmməd əl-Xəllal, əs-Sunnə,  c. 2, səh.307, hədis 378; Dar ər-Rəya, Riyad, Səudiyyə Ərəbistanı, 1410/1989; təhqiq: Ətiyyə əz-Zəhrani

Yəni, Bişr ibn əl-Harisin fikrincə, Əbu Bəkr və Ömər xətadan məsumdurlar. Görəsən, İmamların məsumluğuna etiqad edən şiələri ğüluvda ittiham edənlərin gözləri öz içlərində olub iki xəlifənin məsumluğa etiqad edənləri də görürmü?

В этом разделе