İsmayıl əl-Buxaridən ağlasığmaz fətva! (əs-Sərəxsi)

Şəmsuddin əs-Sərəxsi "əl-Məbsut" kitabında nəql edir:

ولو أرضع الصبيان من بهيمة لم يكن ذلك رضاعا وكان بمنزلة طعام أكلاه من إناء واحد ومحمد بن إسماعيل صاحب الإخبار رحمه الله تعالى يقول يثبت به حرمة الرضاع فإنه دخل بخارى في زمن الشيخ الإمام أبي حفص رحمه الله تعالى وجعل يفتي فقال له الشيخ رحمه الله تعالى لا تفعل فلست هنالك فأبى أن يقبل نصحه حتى استفتى عن هذه المسألة إذا أرضع صبيان بلبن شاة فأفتى بثبوت الحرمة فاجتمعوا وأخرجوه من بخارى بسبب هذه الفتوى

Əgər iki uşaq bir heyvandan süd içərsə riza (süd içmənin kamil şəkli) hasil olmur. Bu sadəcə bir qabdan süd içmək kimi bir şeydir. Lakin, rəvayətlər sahibi olan Muhəmməd b. İsmayıl əl-Buxari - rəhiməhullah - deyib: “Bu əməl  süd vermənin yaratdığı məhrəmiyyəti yaradır.” Buxari əş-Şeyx əl-İmam Əbu Həfsin - rəhiməhullah - dövründə Buxaraya gəlir və fətva kürsüsü qurur. (Onun bu niyyətindən xəbər tutan) Şeyx (Əbu Həfs) ona dedi: ”Bu işi görmə! Çünki sən fətva vermək səviyyəsində deyilsən.” Lakin Buxari nəsihət dinləmədən “iki uşağın eyni qoyunun südündən içməsi məhrəmiyyət yaradır”  fətvasını verdi. Odur ki, camaat yığışıb bu fətvanı verdiyi üçün onu Buxaradan qovdular.

Şəmsuddin əs-Sərəxsi, əl-Məbsut, c.5, s.139; Dar əl-Marifə, Beyrut

Onlayn mənbə 1: islamweb, 5/139-140

Onlayn mənbə 2: kl28.com, 5/139-140

 

Fotoşəkil: Şəmsuddin əs-Sərəxsi, əl-Məbsut, c.5, s.139; Dar əl-Marifə, Beyrut

Kitabı yükləmək üçün: ÜNVAN 1 ÜNVAN 2

 

Digər bir yerdə yazır:

ولو أن صبيين شربا من لبن شاة أو بقرة لم تثبت به حرمة الرضاع لأن الرضاع معتبر بالنسب وكما لا يتحقق النسب بين آدمي وبين البهائم فكذلك لا تثبت حرمة الرضاع بشرب لبن البهائم وكان محمد بن إسماعيل البخاري صاحب التاريخ رضي الله عنه يقول تثبت الحرمة وهذه المسألة كانت سبب اخراجه من بخارا فإنه قدم بخارا في زمن أبي حفص الكبير رحمه الله وجعل يفتي فنهاه أبو حفص رحمه الله وقال لست بأهل له فلم ينته حتى سأل عن هذه المسألة فأفتى بالحرمة فاجتمع الناس وأخرجوه

Əgər iki uşaq eyni qoyun və ya inəkdən süd içərsə riza (süd içmənin kamil şəkli) hasil olmur. Çünki, kamil süd içmədə mötəbər olan nəsəbdir. İnsanlar ilə də heyvanların nəsəb fərqləri olduğundan, kamil süd içmənin yaratdığı məhrəmiyyəti heyvan südü içməklə yaratmaq olmaz. Lakin "ət-Tarix" sahibi Muhəmməd b. İsmayıl əl-Buxari r.a. deyib: “Bu əməl süd vermənin yaratdığı məhrəmiyyəti yaradır.” Elə bu fətva da Muhəmməd b. İsmayil əl-Buxarinin Buxaradan qovulmasına səbəb oldu. Çünki, o, Əbu Həfs - rəhiməhullah - dövründə Buxaraya daxil olmağından məqsədi fətva vermək olub. Şeyx də ona bu işi qadağan edib və deyib: “Sən bu işin əhli deyilsən”. Lakin əl-Buxari isə nəsihət dinləmədi. Odur ki, günlərin birində ondan bu haqda soruşulanda məhrəmiyyətə fətva verdi. Elə bu səbəbdən camaat yığışıb onu (Buxaradan) qovdular.

Şəmsuddin əs-Sərəxsi, əl-Məbsut, c.30, s.297; Dar əl-Marifə, Beyrut

Onlayn mənbə 1: islamweb, 30/297

Onlayn mənbə 2: kl28.com, 30/297

Onlayn mənbə 3: islamport, 30/297

 

Fotoşəkil: Şəmsuddin əs-Sərəxsi, əl-Məbsut, c.30, s.297; Dar əl-Marifə, Beyrut

Kitabı yükləmək üçün: ÜNVAN 1 ÜNVAN 2