Əhli-sünnə alimi Cəfər əl-Xuldinin şəfa tapması

əl-Mubarək b. Əbdül-Cabbar ət-Tuyuri "ət-Tuyuriyat" kitabında yazır:

سمعت أحمد يقول: سمعت أبا بكر يقول: سمعت الخلدي يقول: كان في جرب عظيم كثير، قال: فمسحت بتراب قبر الحسين، قال: فغفوت فانتبهت، وليس علي منه شيء

Əhmədin belə dediyini eşitdim: eşitdim ki, Əbi Bəkr dedi: əl-Xuldinin belə dediyini eşitdim: "Bədənimdə çox sayda böyük yaralar var idi. Həmin nahiyəni Hüseynin qəbrinin torpağına sürtdüm və yatdım, ayıldığımda həmin yerdə heç bir yaranın izinin qalmadığını gördüm."

əl-Mubarək b. Əbdül-Cabbar ət-Tuyuri, ət-Tuyuriyat, c.3, s.912, №847; "Adva əs-Sələf" nəşriyyatı - 1425/2004; təhqiq: Dəsman Yəhya əl-Maali və Abbas Saxr əl-Həsən

Onlayn mənbə 1: islamport, 10/47, #847

Kitabın mühəqqiqləri bu rəvayətin sənədindəki ravilərinin hamısının etibarlı olduğunu qeyd ediblər.

 

Fotoşəkil: əl-Mubarək b. Əbdül-Cabbar ət-Tuyuri, ət-Tuyuriyat, c.3, s.912, №847; "Adva əs-Sələf" nəşriyyatı - 1425/2004; təhqiq: Dəsman Yəhya əl-Maali və Abbas Saxr əl-Həsən

Kitabı yükləmək üçün: ÜNVAN

Biz hər ehtimala qarşı ravilərlə və kitabın müəllifi ilə sizləri tanış etmək qərarıına gəldik.

1. Əbul-Hüseyn əl-Mubarək b. Əbdül-Cabbar əs-Seyrəfi əl-Bağdadi ət-Tuyuri - sözügedən kitabın müəllifidir.

əz-Zəhəbi onu bu cür vəsf etmişdir: "Şeyx, imam, mühəddis və faydalı şəxsiyyətdir." (Siyər əlam ən-nubəla, c.19, s.214)

2. Əhməd: O, Əhməd b. Muhəmməd b. Əhməd əl-Atiqi əl-Bağdadidir.

əz-Zəhəbi onu bü cür vəsf edib: "İmam, mühəddis, siqə (etibarlı) şəxsidir." (Siyər əlam ən-nubəla, c.17, s.603)

3. Əbu Bəkr: O, Muhəmməd b. əl-Həsən b. Abdan əs-Seyrəfidir.

Xətib əl-Bağdadi yazır: Ubeydullah b. Əhməd b. Osman əs-Seyrəfi ondan rəvayət etdi və onun barəsində soruşuldu. Mən dedim: O siqədir? Cavab verdi: Siqədən də üstündür. (Tarixi Bağdad, c.2, s.619, №598)

4. əl-Xuldi: O, Cəfər b. Muhəmməd b. Nasir Abu Muhəmməd əl-Bağdadi.

Xətib əl-Bağdadi onu siqə və düzdanışan, həmçinin fəzilətli şəxslərdən olduğunu bildirmişdir. (Tarixi Bağdad, c.8, s.145)

əz-Zəhəbi dedi: şeyx, imam, nümunəvi şəxs, muhəddis və sufilərin şeyxidir. (Siyər əlam ən-nubəla, c.15, s.559)

İbn əl-Cəvzi də onun siqə və doğrudanışan olduğunu bildirmişdir. (əl-Muntəzəm tarixul-mulk vəl-umam, c.4, s.198)