Əhli-sünnə alimi Şihabuddin ən-Nuveyri yazır:
وقال أبو قتادة وأبو بكر بن حفص: سم الحسن ابن علي رضي الله عنهما: سمته امرأته جعدة بنت الأشعث بن قيس الكندي. قال: وقالت طائفة كان ذلك منها بتدسيس معاوية إليها وما بذل في لها ذلك، وكان لها ضرائر وأنه وعدها بخمسين ألف درهم، وأن يزوجها من يزيد، فلما فعلت وفى لها بالمال، وقال: حبنا ليزيد يمنعنا من الوفاء لك بالشرط الثاني.
Əbu Qətadə və Əbu Bəkr ibn Həfs demişlər: Həsən ibn Əlini zəhərlə öldürdülər. Onu həyat yoldaşı Cədə bint əl-Əşəs ibn Qeys əl-Kindi zəhərlədi. Bir qrup demişdir ki, Cədə bu işi Müaviyənin göstərişi ilə, müəyyən şeylər qarşılığında etmişdi. (Bir yandan) Cədənin günüləri var idi (və onları qısqanırdı, Müaviyə də bu amildən istifadə etmişdi), (bir yandan da) Müaviyə ona 50 min dirhəm pul və onu oğlu Yezidlə evləndirmək vəd etmişdi. Cədə işi yerinə yetirdikdə, Müaviyə pul məsələsində vədinə əməl etdi. İkinci vədə gəldikdə isə, “oğlumuz Yezidə olan sevgimiz, sənə verdiyimiz ikinci şərtə əməl etməyimizə mane olur”, dedi.
Şihabuddin ən-Nuveyri, Nihayətul-arəb, c.20, s.201; "Darul-kutubil-ilmiyyə" - Beyrut, 1424/2004