Əhli-sünnə alimləri: "Heç bir səhabə barəsində Əlinin barəsində gəldiyi kimi əla sənədlərlə hədis gəlməmişdir."

Məşhur əhli-sünnə alimi, "Səhih əl-Buxari"nin ən məşhur şərhçisi olan İbn Həcər əl-Əsqəlani yazır:

قال أحمد ، وإسماعيل القاضي ، والنسائي ، وأبو علي النيسابوري : لم يرد في حق أحد من الصحابة بالأسانيد الجياد أكثر مما جاء في علي رضي الله عنه ، وكأن السبب في ذلك أنه تأخر ووقع الاختلاف في زمانه وخروج من خرج عليه فكان ذلك سببا لانتشار مناقبه من كثر من كان بَيّنَها من الصحابة ردا على من خالفه ، فكان الناس طائفتين ، لكن المبتدعة قليلة جداً ، ثم كان من أمر علي ما كان ، فنجمت طائفة أخرى حاربوه ، ثم اشتد الخطب فتنقصوه واتخذوا لعنه على المنابر سنةً ، ووافقهم الخوارج على بغضه وزادوا حتى كفروه.

Əhməd, İsmayıl əl-Qazı, Nəsai və Əbu Əli ən-Nişapuri demişlər ki, heç bir səhabə barəsində Əlinin barəsində gəldiyi kimi əla sənədlərlə hədis gəlməmişdir.

Sanki bunun səbəbi Əlinin vaxtında ixtilafın düşməsinə və bəzi qrupların ona qarşı çıxmasına qayıdır. Belə ki, ola bilər bu amil bir çox səhabənin Əlinin müxaliflərinə cavab olaraq onun barəsində gələn fəzilətli hədisləri yaymasına səbəb olmuşdur.

Əlinin zamanında camaat iki dəstəyə bölünmüşdü. Amma bidətçilər az idilər. Sonra müəyyən hadisələr baş verdi və nəticədə Əli ilə müharibə aparan başqa bir dəstə meydana çıxdı. Sonra vəziyyət bir qədər də gərginləşdi; bu şəxslər Əlini təhqir etməyə başladılar, minbərlərdən ona lənət oxumağı özləri üçün bir adətə çevirdilər. Xəvariclər də onların yolu ilə gedərək Əliyə nifrət bəslədilər; hətta bir qədər də irəli gedərək onu kafir adlandırmağa başladılar.

 

İbn Həcər əl-Əsqəlani, "Fəthul-bari bi-şərhu Səhihul-Buxari", c.2, s.1679; çap: "Beytul-Əfkar", Səudiyyə Ərəbistanı

В этом разделе