Hədis rəvayət etməzdən qabaq mahnı oxuyan əhli-sünnə imamı

Şəmsuddin əz-Zəhəbi "Siyər əlamun-nubəla" kitabında yazır:

إبراهيم بن سعد ع.
ابن إبراهيم بن صاحب رسول الله - صلى الله عليه وسلم - عبد الرحمن بن عوف . الإمام الحافظ الكبير أبو إسحاق القرشي الزهري العوفي المدني
وكان ثقة صدوقا ، صاحب حديث. وثقه الإمام أحمد.....
............
وروى أحمد بن سعد بن أبي مريم ، عن يحيى بن معين قال : ثقة حجة.
وقال أحمد العجلي : مدني ، ثقة.
وقال أبو حاتم: ثقة.
............
قلت : كان ممن يترخص في الغناء على عادة أهل المدينة ، وكأنه ليم في ذلك ، فانزعج على المحدثين ، وحلف أنه لا يحدث حتى يغني قبله ، فيما قيل.

İbrahim b. Sad b. İbrahim b. Abdur-Rəhman b. Auf (Peyğəmbər s.ə.a.s səhabəsi), Əbu İshaq əl-Quraşi əz-Zuhri əl-Əvfi əl-Mədini. Kutubi-sittədə rəvayətləri var. İmamdır, böyük hafizdir.....

O, siqa və səduqdur. Hədis sahibidir. İmam Əhməd onun siqa hesab edib...

Əhməd b. Sad b. Əbi Miram, Yəhya b. Məindən onun belə dediyini rəvayət etdi: siqa şəxsdir, höccətdir.

Əhməd əl-İcli dedi: Mədinəlidir, siqa şəxsdir.

Əbu Hatim dedi: siqa şəxsdir......

Mən (əz-Zəhəbi) deyirəm: O, Mədinə camaatının adəti olaraq mahnı oxumağı (ğinanı) caiz bilirdi. Onu tənqid etdikdə, mühəddislərə acıqlanaraq and içdi ki, hədisdən qabaq mahnı oxumamış onu rəvayət etməyəcək.

Şəmsuddin əz-Zəhəbi, Siyər əlamun-nubəla, c.8, s.304-306; Muəssisətur-risalə, Beyrut, 1417/1996; təhqiq: Şueyb əl-Arnaut

Onlayn mənbə 1: islamweb.net

Onlayn mənbə 2: kl28.com

Onlayn mənbə 3: wikisource

 

Şəmsuddin əz-Zəhəbi, Siyər əlamun-nubəla, c.8, s.304-306; Muəssisətur-risalə, Beyrut, 1417/1996; təhqiq: Şueyb əl-Arnaut

Kitabı yükləmək üçün: ÜNVAN