İbn Həzm: "Bir dəstə səhabə heç bir şəri üzr olmadan Əliyə beyət etmədilər"

“Rəsailu-İbn Həzm əl-Əndəlusi” kitabında İbn Həzmin belə dediyi qeyd olunur:

وتأخر عن بيعته قوم من الصحابة بغير عذر شرعي ، إذ لا شك في إمامته.

“Bir dəstə səhabə heç bir şəri üzr olmadan Əliyə beyət etmədilər; ona görə (“şəri üzr olmadan” deyirik) ki, Əlinin imamlığında heç bir şübhə yox idi.”

Kitabın mühəqqiqi “heç bir şəri üzr olmadan” sözünün qarşısında qeyd yaradaraq haşiyədə belə yazır:

(5) في هامش النسخة: عذرهم أمر الفتنة واختلاف الناس وعدم استقرار الأمر لعلي وعدم الوصية أو الشورى، والله أعلم، قال أبو عبد الله رحمه الله تعالى بدهلي سنة 1355.

“(Kitabın orijinal) nüsxə(si)nin haşiyəsində belə yazılıb: Onların üzrləri belə idi: fitnə baş  verib, camaat ixtilafdadır, Əlinin hakimiyyəti istiqrar tapmayıb, Əli vəsiyyət və ya şura yolu ilə hakimiyyətə gəlməyib. Allah daha yaxşı bilər. Bunu Əbu Abdullah (Allah ona rəhmət etsin) 1355-ci hicri ilində Dehlidə demişdir”.

 

Fotoşəkil: “Rəsailu-İbn Həzm əl-Əndəlusi”, c.2, s.138; “əl-Müəssəsətül-ərəbiyyə”, 1987; təhqiq: İhsan Abbas

Deyirik: İbn Həzm “bir dəstə səhabə heç bir şəri üzr olmadan Əliyə beyət etmədilər”, - deyir və kitabın haşiyəsində: “Onların üzrləri belə idi: fitnə baş  verib, camaat ixtilafdadır, Əlinin hakimiyyəti istiqrar tapmayıb, Əli vəsiyyət və ya şura yolu ilə hakimiyyətə gəlməyib” – yazılır. Bu o deməkdir ki, bu sadalanan üzrlərin  heç biri şəri üzr deyildir. Elə isə, sual verərək deyirik: görəsən, İbn Ömər və başqaları kimi Əliyə beyət etməyənlərin hökmü nədir?