Tarixu-Təbəridə c.2, səh.580-də və İbn Şəbbənin “Tarixul-Mədinə” kitabındakı c.3, səh.924-930-da gələn hədisdə Ömərin özündən sonra xilafəti altı nəfərlik şuraya tapşırmasından danışılır.
Burada göstərilir ki, şuradakı altı nəfərdən dördü özlərini xilafət işindən geri çəkirlər. Geriyə Əli (əleyhis-səlam) və Osman qalır. Daha sonra göstərilir ki, Əbdür-Rəhman ibn Auf üzünü Əliyə (əleyhis-səlam), Osmana, Zübeyrə və Sədə tutub deyir ki, əgər fərz etsək ki, siz bu şuraya çağırılmamısınız, onda bu camaat içərisində kimi xilafətə daha layiq görərdiniz? Güya İmam deyir ki, Osmanı. Osman deyir ki, Əlini. Zübeyr deyir Əlini, Səd də deyir Osmanı. (Həmin vaxt Təlhə məclisdə olmur).
Həmin vaxt Əbdür-Rəhman İmama müraciət edəndə belə deyir:
فَقَالَ لِعَلِيٍّ : إِنَّكَ تَقُولُ إِنِّي أَحَقُّ مَنْ حَضَرَ بِالأَمْرِ ، لِقَرَابَتِكَ ، وَسَابِقَتِكَ ، وَحُسْنِ أَثَرِكَ فِي الدِّينِ ، وَلَمْ تُبْعِدْ وَلَكِنْ
Əbdür-Rəhman Əliyə dedi: “Sən (Peyğəmbərlə) qohumluğuna, (İslamda) keçmişinə, dində gözəl işlərinə (din üçün etdiyin gözəl işlərə) görə deyirsən ki, “mən xilafətə hamıdan daha layiqəm”. Səhv də deməmisən. Lakin...”
Daha sonra ardı qeyd olunur və deyilir ki, Əbdür-Rəhman ibn Avf İmam Əliyə (əleyhis-səlam) iki xəlifənin sirəsi əsasında xilafət etməyi təklif edir, İmam isə qəbul etmir. Osmana təklif edəndə isə Osman qəbul edir.
وَدَعَا عَلِيًّا فَقَالَ : عَلَيْكَ عَهْدُ اللَّهِ وَمِيثَاقُهُ لَتَعْمَلَنَّ بِكِتَابِ اللَّهِ وَسُنَّةِ رَسُولِهِ وَسِيرَةِ الْخَلِيفَتَيْنِ مِنْ بَعْدِهِ ، قَالَ : أَرْجُو أَنْ أَفْعَلَ وَأَعْمَلَ بِمَبْلَغِ عِلْمِي وَطَاقَتِي ، وَدَعَا عُثْمَانَ فَقَالَ لَهُ مِثْلَ مَا قَالَ لِعَلِيٍّ ، قَالَ : نَعَمْ ، فَبَايَعَهُ ، فَقَالَ عَلِيٌّ : حَبْوَتَهُ حَبْو دَهْرٍ ، لَيْسَ هَذَا أَوَّلَ يَوْمٍ تَظَاهَرْتُمْ فِيهِ عَلَيْنَا ، فَصَبْرٌ جَمِيلٌ وَاللَّهُ الْمُسْتَعَانُ عَلَى مَا تَصِفُونَ ، وَاللَّهِ مَا وَلَّيْتَ عُثْمَانَ إِلا لِيَرُدَّ الأَمْرَ إِلَيْكَ
Əbdür-Rəhman Əlini çağırıb dedi: “Allahı əhdi və peymanı (olaraq öz öhdənə götürürsənmi ki) Allahın kitabı, Onun Rəsulunun sünnəsi və ondan sonrakı iki xəlifənin sirəsi (tutduqları yol) əsasında (davranıb) əməl edəcəksən?” Dedi: “İstəyirəm (iki xəlifənin sirəsi əsasında deyil) öz elmim və bacarığım əsasında davranıb əməl edim”. Əbdür-Rəhman Osmanı çağırıb Əliyə dediklərini ona dedi. Osman dedi: “Bəli, (qəbul edirəm)”. Bundan sonra Əbdür-Rəhman ona beyət etdi. Əli dedi: “Sən daima onun ardınca (onun tərəfində) olmusan. Bu sizin əlbir olub bizə qarşı çıxdığınız birinci gün deyil. “Mənə gözəl səbir gərəkdir. Sizin dediyiniz şey barəsində yalnız Allahdan yardım diləmək lazımdır” (Yusif surəsi, 18). Allaha and olsun, sən Osmanı məhz ona görə xilafət başına gətirdin ki, (daha sonra) işi sənə qaytarsın (özündən sonra səni xəlifə qoysun)”.
Fotoşəkil: Əbu Cəfər ət-Təbəri, Tarix ər-Rusul və əl-Muluk, c.2, s.582-583; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1407/1987
Fotoşəkil: Ömər ibn Şəbbə ən-Numeyri, Tarix əl-Mədinə əl-Munəvvərə, c.3, s.924-930; Məktəbə Seyyid Həbib Mahmud Əhməd, 1399/1979; təhqiq: Fuhəym Muhəmməd Şaltut
Bu rəvayətin ilk mənbəsi İbn Şəbbənin kitabıdır, ona görə onun nəql etdiyi ravilər silsiləsini araşdıracağıq.
Əvvəla, İbn Şəbbənin rəvayətinin tam silsiləsini öyrənək.
وَحَدَّثَنَا مُحَمَّدٌ ، قال : حَدَّثَنَا مُوسَى بْنُ عُقْبَةَ ، قال : حَدَّثَنَا نَافِعٌ ، أَنَّ عَبْدَ اللَّهِ بْنَ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُ
Və bizə Muhəmməd rəvayət etdi və dedi: bizə Musa ibn Uqbə rəvayət etdi və dedi: Nafe bizə Abdullah ibn Ömərdən (radiallahu anh) rəvayət etdi...
Diqqət etdinizsə, raviləri sadalamağa Muhəmməddən başlayır və önündə “VƏ” bağlayıcısı işlədir. Bu o deməkdir ki, rəvayətin tam sənədini bilmək üçün bundan öncəki rəvayətin sənədinə baxmaq lazımdır. Baxırıq:
حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ الْمُنْذِرِ ، قال : حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُلَيْحٍ ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ ،
Bizə İbrahim ibn əl-Munzir rəvayət etdi və dedi: Muhəmməd ibn Fuləyh bizə Musa ibn Uqbədən nəql etdi...
Deməli, tam sənəd belədir:
Bizə İbrahim ibn əl-Munzir rəvayət etdi və dedi: bizə Muhəmməd ibn Fuləyh rəvayət etdi və dedi: bizə Musa ibn Uqbə rəvayət etdi və dedi: Nafe bizə Abdullah ibn Ömərdən (radiallahu anh) rəvayət etdi...
Əvvəla onu deyək ki, sənədin İbrahim ibn əl-Munzirdən Musa ibn Uqbəyə qədər olan hissəsi eynilə Səhih əl-Buxaridə keçən bir rəvayətin sənədidir.
حدثنا إبراهيم بن المنذر حدثنا محمد بن فليح عن موسى بن عقبة وموسى بن عقبة ...
Bizə İbrahim ibn əl-Munzir rəvayət etdi və dedi: Muhəmməd ibn Fuləyh bizə Musa ibn Uqbədən nəql etdi...
Onu da nəzərə alsaq ki, Səhih əl-Buxaridə Nafedən, onun da İbn Ömərdən nəql etdiyi çox sayda rəvayətlər var, deməli uzağa getmədən əhli-sünnə alimlərinin dedikləri kimi “Bu rəvayət əl-Buxarinin şərtlərinə əsasən səhihdir” deyə bilərik.
Lakin qəlblərdə heç bir tərəddüd qalmasın deyə, biz ravilərin tərcümeyi-hallarını bir-bir araşdıracağıq.
1. İbrahim ibn əl-Munzir ibn Abdullah ibn əl-Munzir ibn Abdullah ibn Xalid ibn Hizam əl-Qurəşi əl-Əsədi əl-Hizami Əbu İshaq əl-Mədəni.
Ondan əl-Buxari (əs-Səhih əsərində), ən-Nisai, ət-Tirmizi və İbn Macə rəvayət nəql etmişlər.
Əz-Zəhəbi yazır:
إبراهيم بن المنذر بن عبد الله بن المنذر بن المغيرة بن عبد الله بن خالد بن حزام بن خويلد بن أسد, الإمام الحافظ الثقة أبو اسحاق القرشي المدني.
سمع من : سفيان بن عيينة ، والوليد بن مسلم ، وعبد الله بن وهب ، ومعن بن عيسى ، ومحمد بن فليح ، وأبي ضمرة أنس بن عياض ، وابن أبي فديك ، وخلق كثير . وأكبر شيوخه سفيان.
حدث عنه البخاري وابن ماجة و أخرج له الترمذي و النسائي بواسطة ...
قال صالح جزة: صدوق.
İbrahim ibn əl-Munzir...: imam, hafiz, siqə, Əbu İshaq əl-Qurəşi əl-Mədəni.
Süfyan ibn Uyeynədən, əl-Vəlid ibn Müslimdən, Abdullah ibn Vəhbdən, Mən ibn İsadan, Muhəmməd ibn Fuləyhdən, Əbi Zəmrə Ənəs ibn Əyyazdan, İbn Əbi Fudəykdən və bir çox şəxslərdən (hədis) eşitmişdir.
Buxari və İbn Macə ondan hədis nəql etmiş, Tirmizi və Nəsai bir vasitə ilə onun hədislərini (öz kitablarında) gətirmişlər.
Saleh Cəzirə demişdir: doğru danışandır.
Siyər əlam ən-nubəla, c.10, s.689-691, №255
İbn Həcər deyir:
وقال النسائي ليس به بأس وقال صالح بن محمد صدوق وقال أبو حاتم صدوق...و قال الخطيب أما المناكير فقلما توجد في حديثه الا أن يكون عن المجهولين ومع هذا فإن يحيى بن معين وغيره من الحفاظ كانوا يرضونه ويوثقونه... وقال الدارقطني ثقة وذكره بن حبان في الثقات... وقال بن وضاح لقيته بالمدينة وهو ثقة.
Nəsai demişdir: “Onda bir problem yoxdur.” Saleh ibn Muhəmməd demişdir: “Doğru danışandır.” Əbu Hatəm demişdir: “Doğru danışandır.”... Xətib demişdir: “Münkər hədislərə gəlincə, onun hədisləri arasında çox az belə hədis vardır; yalnız məchul şəxslərdən nəql etdiyi (hədislər arasında beləsi) ola bilər. Lakin bununla belə Yəhya ibn Məin və digər hafizlər ondan razılıq edirdilər və onu siqə hesab edirdilər.” Darəqutni demişdir: “Siqədir.” İbn Hibban onu siqələrin cərgəsində qeyd etmişdir. İbn Vaddah demişdir: “Onunla Mədinədə görüşdüm və o siqədir.”
Təhzib ət-Təhzib, c.1, s.166, №300
2. Muhəmməd ibn Fuləyh ibn Suleyman əl-Əsləmi (əl-Xuzai də deyilib), Əbu abdullah əl-Mədəni
Ondan əl-Buxari (əs-Səhih əsərində), ən-Nisai və İbn Macə rəvayət nəql etmişlər.
İbn Həcər deyir:
روى عن أبيه وموسى بن عقبة وهشام بن عروة ويونس بن يزيد... قال ابن أبي حاتم عن أبيه ثنا معاوية بن صالح عن ابن معين قال فليح ليس بثقة ولا ابنه. قال أبي كان ابن معين يحمل على محمد قلت فما قولك فيه قال ما به بأس ليس بذاك القوي وذكره ابن حبان في الثقات... وقال الدارقطني ثقة.
“O atasından, Musa ibn Uqbədən, Hişam ibn Urvədən, Yunus ibn Yəziddən... (hədis) rəvayət etmişdir... İbn Əbi Hatəm atasından, o Müaviyə ibn Salehdən, o da (Yəhya) ibn Məindən nəql edərək deyir: “Nə Fuleyh, nə də oğlu siqə deyildir.” (Sonra deyir: ) Atam dedi ki, “Yəhya ibn Məin Muhəmməd barədə pis danışırdı.” Mən atama dedim: “Onun barəsində sənin fikrin nədir?” Dedi: “Onda bir problem yoxdur. Bu (İbn Məinin dedi), güclü nəzər deyildir.” İbn Hibban onu siqə şəxslərin cərgəsində qeyd etmişdir... Darəqutni demişdir: “Siqədir.”
Təhzib ət-Təhzib, c.9, s.406, №661
Zəhəbi deyir:
قال أبو حاتم: ما به بأس. وليس بذاك القوى... ووثقه بعضهم، وهو أوثق من أبيه. وقال معاوية بن صالح، عن ابن معين: ليس بثقة.
Əbu Hatəm demişdir: “Onda bir problem yoxdur. Amma elə də güclü deyil. Bəziləri onu siqə bilmişlər. O atasından daha güvənilirdir (siqədir). Müaviyə ibn Saleh İbn Məindən nəql etmişdir ki: “Siqə deyildir.”
Mizan əl-İtidal, c.4, s.10, №8063
İbn Həcər əl-Əsqəlani isə deyir:
“Səduqdur (doğru danışandır), (amma bəzən hədisdə) xətaya (vəhmə) yol verib.”
Təqrib ət-Təhzib: c.1, s.502, №6219
Barəsində “səduqdur, amma vəhmə yol verib” sözünün deyildiyi şəxsin hədisinin höccət olması ilə bağlı Əbdül-Əziz ibn Bazın dediyi sözlərlə bu linkdə tanış ola bilərsiniz. (Səudiyyə Ərəbistanı fətva və elmi araşdırmalar sədrliyi)
3. Musa ibn Uqbə ibn Əbi Əyyaş əl-Qurəşi əl-Əsədi, Əbu Muhəmməd əl-Mədini. Zubeyr ibn Əvvam ailəsinin azad etdiyi kölədir (Ümmü Xalidin azad etdiyi kölə olması da deyilib).
Kutubi-Sittənin (Səhih əl-Buxari, Səhih Müslim, Sünən ət-Tirmizi, Sünən Əbi Davud, Sünən ən-Nəsai və Sünən İbn Macənin) ravisidir.
İbn Həcər əl-Əsqəlani yazır:
وروى عن أم خالد ولها صحبة وجده لأمه أبي حبيبة مولى الزبير وحمزة وسالم ابني عبد الله بن عمر وسالم أبي الغيث والأعرج ونافع بن جبير بن مطعم وأبي سلمة بن عبد الرحمن ونافع مولى بن عمرو...
O Ümmi Xaliddən (ki, Ümmi Xalid səhabədir), ana tərəfdən babası Zübeyrin azad etdiyi kölə Əbu Həbibədən, Həmzədən, Salim ibni Abdullah ibn Ömərdən, Salim Əbi əl-Ğiyasdan, əl-Ərəcdən, Nafe ibn Cubeyr ibn Mutamdan, Əbi Sələmə ibn Əbdür-Rəhmandan və İbn Ömərin adaz etdiyi kölə - Nafedən... (hədis) rəvayət etmişdir.
Təhzib ət-Təhzib, c.10, s.360, №638
Əz-Zəhəbi deyir:
موسى بن عقبة ابن أبي عياش ، الإمام الثقة الكبير... وكان بصيرا بالمغازي النبوية ، ألفها في مجلد ، فكان أول من صنف في ذلك... قال ابن سعد : كان ثقة قليل الحديث ، كذا هنا ، وقال في موضع آخر وهو أشبه : كان ثقة ثبتا ، كثير الحديث... إبراهيم بن المنذر عن معن قال : كان مالك إذا قيل له : مغازي من نكتب ؟ قال : عليكم بمغازي موسى بن عقبة فإنه ثقة... وقال أحمد ، ويحيى ، وأبو حاتم ، والنسائي : موسى ثقة.
Musa ibn Uqbə: İbn Əbi Əyyaş, böyük siqə imamdır... Peyğəmbərin apardığı qəzavatlara (döyüşlərə) yaxşı bələd idi. Onları bir cilddə toplamışdır. O bu mövzuda kitab yazan ilk şəxsdir.. İbn Səd (bir yerdə) demişdir: “Az hədis nəql edən siqə şəxs olmuşdur.” Burada belə demişdir. Başqa bir yerdə isə xəta edərək demişdir: “Siqə, səbt və çox hədis nəql edən şəxs olmuşdur.” İbrahim ibn əl-Munzir Mən (ibn İsadan) nəql edir ki: “Malikə deyildikdə ki, Peyğəmbərin qəzəvatları barədə kimin (nəql etdiyi rəvayətləri) yazaq, deyirdi: Musa ibn Uqbənin nəql etdiklərini yazın! Həqiqətən də o siqədir.” Əhməd, Yəhya, Əbu Hatəm və Nəsai demişlər: “Musa siqədir.”
Siyər əlam ən-nubəla, c.6, s.114-118
Həmçinin, İbn Həcər də onun siqə olduğunu söyləmişdir. (Bax: “Təqrib ət-Təhzib, c.2, s.226.)
4. Nafe Əbu Abdullah əl-Mədini (əslinin Məğribdən (Əlcəzair, Mərakeş, Tunis əraziləri) olduğu deyilmişdir, həmçinin Nisaburdan və ya digər regionlardan olması deyilmişdir), Abdullah ibn Ömər ibn əl-Xəttabın azad etdiyi kölədir.
Kutubi-Sittənin (Səhih əl-Buxari, Səhih Müslim, Sünən ət-Tirmizi, Sünən Əbi Davud, Sünən ən-Nəsai və Sünən İbn Macənin) ravisidir.
Əz-Zəhəbi yazır:
الإمام المفتي الثبت ، عالم المدينة... روى عن ابن عمر وعائشة وأبي هريرة... قال البخاري : أصح الأسانيد : مالك ، عن نافع ، عن ابن عمر ... قال عبيد الله بن عمر : بعث عمر بن عبد العزيز نافعا مولى ابن عمر إلى أهل مصر يعلمهم السنن... قال ابن سعد : كان ثقة ، كثير الحديث وقالالعجلي والنسائي : مدني ثقة وقال ابن خراش : ثقة نبيل.
O, İbn Ömərdən, Aişədən, Əbi Hureyrədən... (hədis) rəvayət etmişdir. Buxari demişdir: “Bütün sənədlərin ən səhihi Malikin Nafedən, onun da İbn Ömərdən nəql etdiyi (sənəddir)”... Ubeydullah ibn Ömər demişdir: Ömər ibn Əbdül-Əziz İbn Ömərin azadlısı olan Nafeni Misir camaatı üçün göndərdi ki, onlara sünnələri öyrətsin... İbn Səd demişdir: “Siqə və çoxlu hədis nəql edən olub.” Əl-İcli və ən-Nəsai demişlər: “Mədinəli və siqə şəxsdir.” İbn Xəraş demişdir: “Siqə və görkəmli şəxsdir.”
Siyər əlam ən-nubəla, c.5, səh. 95
Bu şəxs isə əhli-sünnə nəzdində məşhur səhabə olduğu üçün haqqında tənqid söyləmək qəbul edilməzdir.
Nəticə:
Bu rəvayət daha öncə də qeyd etdiyimiz kimi, əl-Buxarinin şərtlərinə əsasən səhihdir. Ancaq Muhəmməd ibn Fuleyh haqqında müxtəlif fikirləri nəzərə alsaq, rəvayətin sənədi ən azı həsən dərəcəsindədir. İbn Fuleyh haqqında deyilən bəzi iradlar əsla və əsla rəvayətin zəifliyinə dəlil ola bilməz, ən pis halda həsən dərəcəsində olar ki, bu da dəlil gətirmək üçün kifayətdir.