قراءة القرآن على المحتضر والقبر :
17 - ذهب الحنفية والشافعية والحنابلة إلى ندب قراءة سورة يس عند المحتضر ، لقول النبيّ صلى الله عليه وسلم : « اقرءوا يس على موتاكم » ، أي من حضره مقدّمات الموت.
كما ذهبوا إلى استحباب قراءة القرآن على القبر ، لما رُوِيَ عن أنس مرفوعاً : « من دخل المقابر فقرأ سورة يس خفف الله عنهم وكان له بعدد من دفن فيها حسنات » ، ولما صح عن ابن عمر أنه أوصى إذا دفن أن يقرأ عنده بفاتحة البقرة وخاتمتها.
وذهب المالكية إلى كراهة قراءة القرآن عند المحتضر وعلى القبر.
“Ölüm ayağında olan kimsəyə və qəbir üzərində Quran oxunması.
Hənəfilər, Şafilər və Hənbəlilər, ölüm ayağında olan kimsənin yanında Yasin surəsinin oxunmasının məndub/təşviq edilən əməl olduğu görüşündədirlər.
Dəlilləri isə Allah Rəsulunun – sallallahu aleyhi və səlləm – bu hədisidir:
“Ölülərinizə Yasin oxuyun” (Əbu Davud, İbn Macə, ən-Nəsai, Əhməd, İbn Hibban) Yəni ölüm ayağında.
Eyni zamanda onlar (Hənəfilər, Şafilər və Hənbəlilər) qəbir üstündə Quran oxunmasının müstəhəb/bəyənilən əməl olduğu görüşündədirlər.
Dəlilləri isə Ənəsdən mərfuan (Peyğəmbərə isnadla) rəvayət edilən bu hədisdir:
“Kim məzarlığıa daxil olar və orada Yasin surəsini oxuyarsa Allah onların əzabını yüngülləşdirər və oxuyan adama da orada dəfn edilənlərin sayı qədər savab var.”
Digər bir dəlilləri İbn Ömərdən səhih olaraq rəvayət edilmiş hadisədir. Belə ki, o öldüyü zaman yanında Bəqərə surəsinin əvvəlinin və son qisminin oxunmasını vəsiyyət etmişdir.
Malikilər isə həm ölüm ayağındakı kimsə yanında, həm də qəbir başında Quran oxunmasının məkruh olduğu görüşündədirlər.”
əl-Mövsuat əl-fiqhiyyə əl-Küveytiyyə, c.33, s.59-60; Küveyt, 1404-1427 (Küveytin Vəqflər və İslami işlər nazirliyi tərəfindən hazırlanmış və nəşr edilmişdir)
Onlayn mənbə 1: islamport, 34/101
Onlayn mənbə 2: al-islam.com, 33/60
Onlayn mənbə 3: kl28.com, 33/60
Fotoşəkil: əl-Mövsuat əl-fiqhiyyə əl-Küveytiyyə, c.33, s.59-60; Küveyt, 1404-1427 (Küveytin Vəqflər və İslami işlər nazirliyi tərəfindən hazırlanmış və nəşr edilmişdir)
Kitabı yükləmək üçün: ÜNVAN