Əbül-Qasim ət-Təbərani "Mucəm əl-Kəbir" kitabında yazır:
حدثنا الحسين بن إسحاق التستري ، ثنا أحمد بن يحيى الصوفي ، ثنا عبد الرحمن بن سهل ، حدثني أبي ، عن عبد الله بن عيسى ، عن زيد بن علي ، عن عتبة بن غزوان ، عن نبي الله صلى الله عليه وسلم قال : إذا أضل أحدكم شيئا أو أراد أحدكم عونا وهو بأرض ليس بها أنيس ، فليقل : يا عباد الله أغيثوني ، يا عباد الله أغيثوني ، فإن لله عبادا لا نراهم وقد جرب ذلك
Bizə əl-Hüseyn b. İshaq ət-Tustəri rəvayət etdi, bizə Əhməd b. Yəhya əs-Sufi rəvayət eti, bizə Əbdür-Rəhman b. Səhl rəvayət edib dedi ki, mənə atam, Abdullah b. İsadan, o da Zeyd b. Əlidən, o da Utbə b. Ğəzvandan Allahın Nəbisinin - sallallahu aleyhi və səlləm - belə dediyini rəvayət etmişdir:
"Sizdən biri yol yoldaşının olmadığı bir çöldəykən bir şeyi itirər və ya köməyə ehtiyacı olarsa belə desin: Ey Allahın qulları mənə yardım edin! Ey Allahın qulları mənə yardım edin! Çünki, Allahın elə qulları var ki, biz onları görmürük."
(Tabərani deyir:) "Bu, təcrübədən keçirilmişdir."
Əbül-Qasim ət-Təbərani, əl-Mucəm əl-Kəbir, c.17, s.117; Məktəbətul-Ulum vəl-Hikəm - Mosul, 1404/1983; təhqiq: Həmdi b. Əbdil-Məcid əs-Sələfi
Qeyd: Göründüyü kimi, Əbül-Qasim ət-Təbərani hədisi rəvayət etməklə kifayətlənmir, bu əməlin təcrübədən keçirildiyini qeyd edir. Nə üçün bəziləri bu əmələ şirk deyir? Bu əməli təcrübədən keçirənlər müşrik oldular?
Onlayn mənbə 1: islamport, 17/117, №290
Onlayn mənbə 2: islamport, 12/44
Onlayn mənbə 3: islamweb, 17/117-118
Fotoşəkil: Əbül-Qasim ət-Təbərani, əl-Mucəm əl-Kəbir, c.17, s.117-118; Məktəbətu İbn Teymiyyə - Qahirə; təhqiq: Həmdi b. Əbdil-Məcid əs-Sələfi
Kitabı yükləmək üçün: ÜNVAN