Əhli-sünnənin məşhur hədis və rical alimi Yəhya ibn Səid əl-Qəttan barədə mötəbər sənədlə aşağıdakı rəvayət nəql edilir:
نَا مُحَمَّد بن مُحَمَّد بن سُلَیْمَان الباغندی قَالَ حَدثنِی مُحَمَّد بن بشار بنْدَار قَالَ سَمِعت یحیى بن سعید یَقُول وَقلت لَهُ عَن ثِقَة فَقَالَ لَا تقل عَن ثِقَة لَو حققت لَک مَا حدثتک إِلَّا عَن أَرْبَعَة بن عون وَشعْبَة ومسعر وَهِشَام الدستوَائی.
“Bizə Məhəmməd ibn Məhəmməd ibn Süleyman əl-Bağəndi nəql edib dedi: mənə Məhəmməd ibn Bəşşar Bəndər nəql edib dedi: Yəhya ibn Səidə (əl-Qəttana) dedim: “Mənə siqə şəxsdən hədis nəql et”. Dedi: “Siqə şəxsdən demə, əgər sənə ancaq siqə şəxsdən hədis nəql edəsi olsam, onda ancaq dörd nəfərdən - Avn, Şubə, Misər və Hişam əd-Dəstvaidən nəql etməli olaram”.
Ömər ibn Şahin, “Tarixu-əsmais-siqat”, səh.270; "Darus-sələfiyyə" - Küveyt, 1404/1984; təhqiq: Sübhi əs-Samirrai
Şeyx Abdullah ibn Yusuf əl-Cudai 2 nömrəli haşiyədə deyir:
أخرجه ابن شاهين في " الثقات " (ص: 270) بإسناد جيد.
İbn Şahin "əs-Siqat" əsərində (səh.270) ceyyid (yaxşı) sənədlə rəvayət etmişdir.
Abdullah ibn Yusuf əl-Cudai, "Təhrir ulumul-hədis", c.1, s.224; "Müəssisətur-rəyyan" - Beyrut, 1424/2003
Sələfilərin (vəhhabilərin) şiə rical elmi barədə saxta, əvvəli-axırı kəsilmiş, mənası təhrif edilmiş sitatlardan ibarət paylaşımlarına tez-tez rast gəlmək olur. Digər tərəfdən Əhli-beytin fəzilətlərinə dair əhli-sünnə hədislərini, yaxud öz əleyhlərinə olan hədisləri zəiflətmək ötrü 1-2 alimdən "filan ravi zəifdir", "filan ravi xəta edərdi" kimi sitatlar gətirib qəbul etmirlər. Onlara öz alimlərindən sitat gətirərək demək istəyirik ki, rical elmi ilə oynamayın, əks təqdirdə Peyğəmbərin (s) sünnəsindən əlinizdə heç nə qalmaz. Bu, böyük bir elm sahəsidir və hər yerindən duran özündən qaydalar tərtib edə bilməz. Birini bilirsiz, beşini bilmirsiz. "Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!. (Ənbiya, 7)