Əhli-sünnə aliminin, Şeyx Müfid (r) barədə rəyi

Əhli-sünnənin böyük alimlərindən olan Şəmsəddin əz-Zəhəbi, Şeyx Müfidin (r) tərcüməyi halında belə yazır:

لشيخ المفيد * عالم الرافضة، صاحب التصانيف، الشيخ المفيد، واسمه: محمد ابن محمد بن النعمان، البغدادي الشيعي، ويعرف بابن المعلم.
كان صاحب فنون وبحوث وكلام، واعتزال وأدب.
ذكره ابن أبي طي في " تاريخ الإمامية "، فأطنب وأسهب، وقال:
كان أوحد في جميع فنون العلم: الأصلين، والفقه، والاخبار، ومعرفة الرجال، والتفسير، والنحو، والشعر. وكان يناظر أهل كل عقيدة مع العظمة في الدولة البويهية، والرتبة الجسيمة عند الخلفاء، وكان قوي النفس، كثير البر، عظيم الخشوع، كثير الصلاة والصوم، يلبس الخشن من الثياب، وكان مديما للمطالعة والتعليم، ومن أحفظ الناس، قيل: إنه ما ترك للمخالفين كتابا إلا وحفظه، وبهذا قدر على حل شبه القوم، وكان من أحرص الناس على التعليم، يدور على المكاتب وحوانيت الحاكة، فيتلمح الصبي الفطن، فيستأجره من أبويه - يعني فيضله - قال: وبذلك كثر تلامذته، وقيل: ربما زاره عضد الدولة، ويقول له: اشفع تشفع. وكان ربعة نحيفا أسمر، عاش ستا وسبعين سنة، وله أكثر من مئتي مصنف...
إلى أن قال: مات سنة ثلاث عشرة وأربع مئة، وشيعه ثمانون ألفا.
وقيل: بلغت تواليفه مئتين ، لم أقف على شئ منها ولله الحمد، يكنى أبا عبد الله.

Şeyx Müfid rafizilərin alimi və çoxlu əsərlər sahibidir. Onun adı Məhəmməd ibn Məhəmməd ibn Nöman Bağdadidir. Şiədir və İbn Müəllim kimi tanınır.

Müxtəlif fənlərə, mövzulara, tədqiqat, araşdırma, kalam elmi və mötəzililiyə və ədəbiyyata sahiblənmiş bir şəxs olub.

İbn Əbi Tey onun barəsində "İmamiyyətinin tarixi" kitabında uzun-uzadı və güclü təriflər yazaraq deyib: 

"O bütün fənlərdə -Üsul, Fiqh, Əxbar, Rical, Təfsir, Nəhv (Ərəb dili və ədəbiyyatı) və şeirdə yeganə idi. 

Ali-Buyyə hakimiyyəti zamanı bütün əqidə əhli ilə əzəmətlə münazirə edirdi. Və xəlifələr yanında uca və ağır məqama sahib idi. Ruhi baxımdan güclü (özünə güvənli), çox yaxşılıq edən, əzəmətli təvazökar, çoxlu namaz qılan və oruc tutan, yumuşaq geyinməyən, mütaliə və təlimdə davamiyyətli, insanların ən hafizəlisi idi. Deyirlər ki, o, müxaliflərin yazdığı hər bir kitabı əzbər bilirdi. Buna görə də öz məzhəbinə atılan şübhələrin həllində güclü və qüdrətli idi. Elm öyrənməyə və öyrətməyə insanların ən hərisi idi. Mədrəsə və sənətçilərin mağazalarını gəzir, istedadlı gəncləri tapır, onları valideynlərindən istəyir (iş adı ilə icarəyə götürür) və onlara elm öyrədirdi. Buna görə də onun şagirdləri çox idi.

Əzduddövlə (Ali-Buyyə) hakimi bir çox hallarda onu ziyarət edir və deyirdi: Şəfaət et, şəfaət ediləsən. O, arıq və enlikürək idi. Yetmiş altı il ömür sürdü. Onun iki yüzdən çox əsəri var idi... O, hicrətin 413-cü ilində vəfat etdi. Cənazəsini 80 min nəfərin iştirakı ilə dəfn edildi."

Deyirlər onun əsərləri iki yüzə çatıb. Mən onun əsərlərini görməmişəm. Allaha həmd olsun. Onun künyəsi Əbu Əbdillah idi.

Şəmsuddin əz-Zəhəbi, Siyəru-əlamin-nubəla, c.17, s.344, əl-Risalə, 1402/1982, təhqiq Şueyb əl-Arnəut

Online Mənbə: islamweb (c.17, s.344)

 

Fotoşəkil: Şəmsuddin əz-Zəhəbi, Siyəru-əlamin-nubəla, c.17, s.344, əl-Risalə, 1402/1982, təhqiq Şueyb əl-Arnəut

Kitabi yükləmək üçün: ÜNVAN