Əməvilər tərəfindən Əli adlı uşaqların qətlə yetirilməs

Allah Rəsuluna tənə etmək istəyirdilər, lakin kimin üzərindən? İmam Əlinin üzərindən. Lakin Allah Rəsulu onları belə qoymadı. Buyurdu ki, kim Əli söysə, məni söymüşdür. Məsələni tamamilə aydınlaşdırdı, məsələyə nöqtəni qoydu. Dediyim kimi, onların nifrətləri elə bir həddə çatmışdı ki, adı Əli olan hər bir kəs öldürülürdü.

Adı Əli idisə... Bəni-Üməyyə adı Əli olanı qətlə yetirdi. Bu, Quranda qeyd olunan Fironun əhvalatına bənzəyir. Firon əlinin altında olanlara əmr etmişdi ki, bütün yeni dünyaya gələn oğlan uşaqlarını qətlə yetirsinlər. Bəni-Üməyyə də bunu edirdi. Fironu bu işi etməyə sövq edən şey mülk hərisliyi idi. Mülkünə, hakimiyyətinə görə qorxduğu üçün bunu edirdi. Çünki ona xəbər vermişdilər ki, onun hakimiyyətini aradan aparacaq bir şəxs dünyaya gələcək. O da başlamışdı qarınları yarmağa, uşaqları öldürməyə... Bəni-Üməyyənin etdiyi də bu idi. İstəyirdilər Əli ibn Əbi Talibin (salamullahi-əleyh) adını silib aradan aparsınlar.

O dövrdə Fironun uşaqlara və yeni dünyaya gələn körpələrə etdiyini Bəni-Üməyyə Əhli-Beyt (əleyhim əs-səlam) şiələrinə etmişdir.

Biz bunu açıq-aşkar əz-Zəhəbinin “Siyər əlam ən-nubəla” kitabında görürük. 7-ci cild, səhifə 412-413, deyir:

- 154عُلَيُّ بنُ رَبَاحِ بنِ قَصِيْرِ بن قَشِيْبِ بنِ يثيع

الثِّقَةُ، العَالِمُ، وَاسْمُهُ: عَلِيٌّ، وَإِنَّمَا صُغِّرَ. فَقَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ المُقْرِئُ: كَانَتْ بَنُو أُمَيَّةَ إِذَا سَمِعُوا بِمَوْلُوْدٍ اسْمُهُ عَلِيٌّ، قَتَلُوْهُ، فَبَلَغَ ذَلِكَ رَبَاحاً، فَقَالَ: هُوَ عُلَيٌّ.

154-cü tərcümeyi-hal. Uleyy ibn Rabah. İbn Qasir ibn Quşeyb ibn Yəsi, siqədir, alimdir. Adı Əlidir, lakin sonradan “kiçiltmə babı”na salınmışdır. (Ərəb dilində “Əli” adı kiçiltmə babına salındığı zaman “Uleyy” olur - müt.)

Əbu Əbdür-Rəhman əl-Muqri demişdir: Bəni-Üməyyə bir uşağın adının Əli olduğunu eşidincə, o uşağı öldürürdülər. Bu xəbər Rabaha çatdı. O dedi: “Uşağın adı Uleyydir!”

Rabah Əlinin atasıdır. Elə ki, eşidir Bəni-Üməyyə adı Əli olan uşaqları öldürür, uşağının adını dəyişir və onu Uleyy adlandırır. Sonra Zəhəbi əlavə edərək deyir:

قُلْتُ: عُلَيُّ بنُ رَبَاحٍ وُلِدَ فِي صَدْرِ خِلاَفَةِ عُثْمَانَ، فَلَعَلَّهُ غيِّرَ وَهُوَ شَابٌّ، لَهُ وِفَادَةٌ عَلَى مُعَاوِيَةَ، وَكَانَ مِنْ أَشْرَافِ العَرَبِ.

Deyirəm: Uleyy ibn Rabah Osmanın hakimiyyətinin ortalarında dünyaya gəlib. Bəlkə də adı o gənc olarkən dəyişdirilib. Müaviyənin yanına get-gəli olmuşdur. Ərəblərin ən hörmətli şəxslərindən biri idi.

 

 

 

Deməli, hansı uşağın adı Əli idisə, Bəni-Üməyyə onu qətlə yetirirdi. Eyniylə Fironun etdiyi kimi.

Yəni, o dövrdə şiə müsibətlər yaşayırdı. Əhli-Beytin fəzilətlərini nəql edə bilmirdilər. Şiddətli qorxu var idi... qan axıdılmasından, qətlədən, sürgündən... Yəni, o dövrdə Bəni-Ümməyyə qan tökməklə məşğul idi. Yalnızca həqiqətləri aradan aparmaq istəyirdilər, Əhli-Beyti təhqir etmək, alçaltmaq istəyirdilər. Bununla da İslama təhqir etmiş olurdular.

 

Məqalə "İmam Hüseynin (əleyhis-səlam) inqilabı barədə şübhələr (3-cü veriliş)" məqaləsindən istifadə edilərək hazırlanıb, keçid linki

В этом разделе