"Səhih əl-Buxari" - çətinliklərin açarı

İbn Həcər əl-Əsqəlani “Fəthul-Bari”nin müqəddiməsində yazır:

وهي ما ذكره الإمام القدوة أبو محمد بن أبي جمرة في اختصاره للبخاري ، قال : قال لي من لقيته من العارفين ، عمن لقي من السادة المقر لهم بالفضل : أن صحيح البخاري ما قرئ في شدة الا فرجت ، ولا ركب به في مركب فغرق ، قال : وكان مجاب الدعوة ، وقد دعا لقارئه رحمة الله تعالى.

İmam və öndər Əbu Muhəmməd ibn Əbi Həmzə “Buxari”nin ixtisarı əsərində (Buxarinin kitabını müxtəsər şəkildə toplayıb – red.) deyir: “Görüşdüyüm arif şəxslərdən biri mənə öz görüşdüyü və fəzilətli olduqlarını iqrar etdiyi böyük şəxslərdən belə nəql etdi ki, hansı çətinlikdə Səhihi-Buxari oxunubsa, o çətinlik həll olub. Hansı qayığın içərisinə (Səhihi-Buxarı) qoyulubsa, o qayıq batmayıb.” Əbu Muhəmməd ibn Əbu Həmzə deyir: “(Buxari) duası qəbul olunan şəxs idi, o, kitabını oxuyan üçün dua etmişdir.”

 

Fotoşəkil: İbn Həcər əl-Əsqəlani, Hədyu əs-sari müqəddimə Fəth əl-bari, səhifə 15; təhqiq: Əbdül-Qədir Şeybə əl-Həmid (Əmir Sultan ibn Əbdül-Əziz Ali Səudun yardımı ilə çap edilmişdir, 1421 h./2001 m.)

В этом разделе