Muhəmməd ibn Əli əş-Şəvkani
وذهبت العترة والشافعي في أحد قوليه إلى أن التثويب بدعة ، قال في البحر : أحدثه عمر ، فقال ابنه : هذه بدعة. وعن علي عليه السلام حين سمعه : لا تزيدوا في الأذان ما ليس منه
“İtrət (Peyğəmbərin ailəsi, nəsli) və Şafei təsvibin* bidət olduğunu demişlər. [Bəzzar] “əl-Bəhr” kitabında “bunu Ömər ortaya çıxarmışdır”, - demiş, oğlu isə, “bu, bidətdir”, - demişdir. Həmçinin, Əlinin bu cümləni eşitdiyi zaman belə dediyini nəql olunmuşdur: “Azana ondan olmayan bir şeyi artırmayın!”
______________________________________
* Təsvib: “Həyyə ələl-fəlah” cümləsindən sonra “əs-səlatu xəyrun minən-nəum” (“namaz yatmaqdan daha xeyirlidir”) cümləsinin iki dəfə təkrarlanması. [Tərc.]
Fotoşəkil: Muhəmməd ibn Əli əş-Şəvkani, “Neylül-əvtar min əsrari-müntəqal-əxbar”, c.3, səh.215-216; “Daru-İbn əl-Cəvzi”, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Muhəmməd Sübhi ibn Həsən Həllaq
Göründüyü kimi, Əhli-beyt (əleyhimussəlam) təsvibi bidət hesab etmişdir, lakin əhli-sünnə onlara zidd mövqedə durur.