İbn Useyminin fətvalarının toplandığı “Məcmu əl-Fətava” kitabının 1-ci cildində 102-ci sualda deyilir:
سئل الشيخ - أعلى الله درجته في المهديين: من المعلوم أن الليل يدور على الكرة الأرضية والله عز وجل ينزل إلى السماء الدنيا حين يبقى ثلث الليل الآخر، فمقتضى ذلك أن يكون كل الليل في السماء الدنيا فما الجواب عن ذلك؟
"Şeyxə belə bir sual verildi (Allah hidayət edicilər arasında onun məqamını yüksəltsin): Məlumdur ki, gecə yer kürəsi üzərində dövr edir. Allah - əzzə və cəll - də gecənin son üçdə bir hissəsində dünya səmasına enir. Bu isə o anlama gəlir ki, Allah bütün gecəni dünya səmasında qalmalıdır. Bunun cavabı nədir?"
Bunun ardınca İbn Useymin bir sıra şeylər qeyd edərək yazır ki, insan gərək Allahın sifətləri ilə bağlı “niyə”, “necə” və s. kimi suallar verməsin və s.
Daha sonra gəlib sualın “cavabına” çatır və deyir:
وهذا الذي يقول: إن الله ينزل إلى السماء الدنيا حين يبقى ثلث الليل الآخر كل ليلة، فيلزم من هذا أن يكون كل الليل في السماء الدنيا؛ لأن الليل يدور على جميع الأرض، فالثلث ينتقل من هذا المكان إلى المكان الآخر.
جوابنا عليه أن نقول: هذا سؤال لم يسأله الصحابة رضوان الله عليهم ولو كان هذا يرد على قلب المؤمن المستسلم لبينه الله ورسوله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ونقول: ما دام ثلث الليل الأخير في هذه الجهة باقيا فالنزول فيها محقق، ومتى انتهى الليل انتفى النزول ونحن لا ندرك كيفية نزول الله ولا نحيط به علما ونعلم أنه سبحانه ليس كمثله شيء، وعلينا أن نستسلم وأن نقول: سمعنا، وآمنا، واتبعنا، وأطعنا هذه وظيفتنا.
(Sual verənin) dediyi bu söz ki var: Allah hər gecənin son üçdə bir hissəsində dünya səmasına enir, bu isə Allahın bütün gecəni dünya səmasında qalmasını gərəkli edir; çünki gecə bütün yer üzərində dövr edir və gecənin üçdə biri bir məkandan digər məkana keçir – bu suala cavabımız belədir ki:
"Bu sualı səhabələr (ridvanullahi əleyhim) Allah Rəsulundan soruşmamışlar, əgər bu sual təslim olmuş möminin qəlbinə gələn bir (sual) olsaydı, onda Allah və Rəsulu (sallallahu əleyhi və səlləm) onu açıqlayardılar. Biz deyirik ki, gecənin son üçdə bir hissəsi bu cəhətdə (yerin müəyyən bir hissəsində) mövcud olduğu müddətdə həmin yerdə nazil olma da baş tutur. Gecə bitdikdə, nazil olma da aradan qalxır. Biz Allahın nazil olmasının necəliyini dərk etmirik və bizim elmimiz Onu əhatə etmir. Biz bilirik ki, Onun kimi heç bir şey yoxdur. Bizə vacib olan budur ki, təslim olaq və deyək ki, “eşitdik, iman gətirdik, tabe olduq və itaət etdik.” Bizim vəzifəmiz budur."
Fotoşəkil: Muhəmməd ibn Salih əl-Useymin, Məcmə əl-fətava, c.1, s.218-219, sual №102; nəşr: Dar əl-Vətən, ər-Riyad, Səudiyyə Ərəbistanı; təhqiq: Fəhd ibn Nasir ibn İbrahim əs-Suleyman