Aişə İmam Həsənin (ə) Peyğəmbərin (s) yanında dəfn olunmasına icazə vermədi (İbn Əbdül-Bərr)

İbn Əbdül-Bərr Aişənin İmam Həsənin (əleyhissəlam) dəfninə mane olmasını tarixdə qətiyyətlə qəbul olumuş bir fakt kimi belə nəql edir:

لما مات الحسن أرادوا أن يدفنوه في بيت رسول الله صلى الله عليه وسلم , فأبت ذلك عائشة وركبت بغلة وجمعت الناس, فقال لها ابن عباس: كأنك أردت أن يقال: يوم البغلة كما قيل يوم الجمل؟! قالت: رحمك الله, ذاك يوم نسي. قال: لا يوم أذكر منه على الدهر.

“Həsən vəfat etdikdə onu Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) evində dəfn etmək istədilər. Lakin Aişə bunu qəbul etmədi. Bir qatıra minib camaatı ətrafına topladı. İbn Abbas ona dedi: “Deyəsən o günə “cəməl (dəvə) gün” deyildiyi kimi, bu günə də “qatır günü” deyilməsini istəyirsən!”. Aişə dedi: “Allah sənə rəhmət etsin, o bir gün idi, daha unudulub gedib”. İbn Abbas dedi: “(Xeyr), tarix boyunca o gün kimi yadda qalan gün yoxdur!”

 

Fotoşəkil: İbn Əbdül-Bərr, “Bəhcətül-məcalis və ənisul-mucalis”, c.1, səh.100; “Darul-kutubil-ilmiyyə”, Beyrut.

İbn Əbdül-Bərr bu kitabının əvvəlində kitabını xeyli tərifləyərək belə demişdir:

وقد جمعت في كتابي هذا من الأمثال السائرة والأبيات النادرة والحكم البالغة والحكايات الممتعة في فنون كثيرة وأنواع جمة من معاني الدين والدنيا ما انتهى إليهي حفظي ورعايتي وضمته روايتي وعنايتي ليكون لمن حفظه ووعاه وأتقنه وأحصاه زينا في مجالسه وأنسا لمجالسه.

“Mən bu kitabda yaddaşımın tutumu və bacarığımın həcmi çərçivəsində çoxlu elm və fənlərə aid dini və dünyəvi geniş yayılmış məsəllər, nadir beytlər, gözəl hikmətli sözlər və maraqlı hekayələr toplamışam. Qoy bu məsəllər, beytlər, hikmətli sözlər və hekayələr onları yadda saxlayıb dərk edənlər üçün məclislərinin zinəti, tək zamanlarının munisi olsun.”

 

Fotoşəkil: İbn Əbdül-Bərr, “Bəhcətül-məcalis və ənisul-mucalis”, c.1, səh.36; “Darul-kutubil-ilmiyyə”, Beyrut.