Aişə İmam Əlini (ə.s) öldürmək istəyirdi!

Müxaliflər möminlər anası Aişənin Cəməl döyüşünə məhz “islah etmək” və “vəhdət yaratmaq” üçün çıxdığını iddia edirlər. Bu iddianı batil edəcək bir çox dəlillər vardır ki, onlardan biri də əhli-sünnə alimi Bəlazurinin “Ənsabul-əşraf” kitabında nəql etdiyi aşağıdakı rəvayətdir:

حدثني أحمد بن إبراهيم الدروقي حدثنا أبو النضر حدثنا إسحاق بن سعيد عن عمر بن سعيد حدثني سعيد بن عمرو عن ابن حاطب قال : " أقبلت مع علي يوم الجمل إلى الهودج ، وكأنه شوك قنفذ من النبل ، فضرب الهودج ، ثم قال : إن حميراء إرم هذه أرادت أن تقتلني كما قتلت عثمان بن عفان . فقال لها أخوها محمد : هل أصابك شيء ؟ فقال : مشقص في عضدي ، فأدخل رأسه ، ثم جرها إليه فأخرجه"

Mənə Əhməd ibn İbrahim əd-Daurəqi nəql edib dedi: bizə Əbun-Nadr nəql edib dedi: bizə İshaq ibn Səid Əmr ibn Səiddən nəql edib dedi: mənə Səid ibn Əmr, İbn Hatibdən nəql edib dedi:

Cəməl günü Əli ilə birlikdə (Aişənin) kəcavəsinə yaxınlaşdım. Kəcavəyə (o qədər ox batmışdı ki,) oxlardan kirpiyə oxşayırdı. Əli kəcavəyə vurdu. Sonra dedi: “Bu İrəmin Hümeyrası Osmanı öldürdüyü kimi məni də öldürmək istədi.” Bu vaxt Aişənin qardaşı Muhəmməd ona dedi: “Sənə bir şey toxunubmu (ox dəyibmi)?” Aişə dedi: “Qoluma bir mişqas batıb”. Muhəmməd başını kəcavədən içəri salıb onu çəkdi, sonra başını çıxardı. ”

 

Fotoşəkil: Əhməd ibn Yəhya əl-Bəlazuri. “Ənsabul-əşraf”, c.3, səh.972

HƏDİSİN SƏNƏDİ:

Hədisin sənədi səhihdir. Ravilər aşağıdakılardır:

1. Əhməd ibn İbrahim əd-Daurəqi:

Siqə, imam, hafiz hesab olunur. İbn Həcər, Əbu Yəla və başqaları onu siqə bilmişlər. (Bax: http://library.islamweb.net/hadith/RawyDetails.php?RawyID=407)

Müslimin, Əbu Davudun, Tirmizinin və başqalarının ravisidir. Zəhəbinin “Siyəri-əlamin-nubəla” kitabından tərcümeyi-halı ilə tanış ola bilərsiniz: http://library.islamweb.net/newlibrary/display_book.php?ID=2174&bk_no=60&flag=1

2. Əbun-Nadr:

Haşim ibn əl-Qasim əl-Leysi. Siqə, mühəddislərin imamı, hafiz hesab olunur. Əbu Hatim, Yəhya ibn Məin, əl-İcli və başqaları onu siqə bilmişlər. Tərcümeyi-halı ilə tanış ola bilərsiniz: http://library.islamweb.net/newlibrary/display_book.php?ID=1656&bk_no=60&flag=1

3. İshaq ibn Səid:

İshaq ibn Səid ibn Əmr ibn Səid ibn əl-As ibn Səid ibn əl-As ibn Üməyyə ibn Əbdüş-Şəms.

Siqədir. Yəhya ibn Məin, Nəsai, Zəhəbi və İbn Həcər onu siqə bilmişlər. Tərcümeyi-halı ilə buradan tanış ola bilərsiniz: http://library.islamweb.net/hadith/RawyDetails.php?RawyID=944

Qeyd etmək lazımdır ki, rəvayətin sənədində İshaq ibn Səidin rəvayəti Əmr ibn Səiddən nəql etdiyi qeyd olunmuşdur. Lakin, bu, xətadır. Çünki, İshaq ibn Səidin Əmr ibn Səid adlı şəxsdən hədis nəql etməsi sübuta yetməmişdir. Rəvayətin sənədində “ibn” (ابن) sözünün yerinə yanlışlıqla “an” (عن) sözü yazılmışdır. Buna əsasən əslində rəvayətin sənədi belə olmalıdır:

“İshaq ibn Səid ibn Əmr ibn Səid, Səid ibn Əmrdən, o da İbn Hatibdən nəql edib dedi...”

Buna əsasən, İshaq ibn Səid hədisi Əmr ibn Səiddən deyil, Səid ibn Əmrdən nəql etmişdir.

Bu dediyimizə sübut olaraq aşağıdakıları göstərə bilərik:

1) Həqiqətən də İshaq ibn Səidin adı “İshaq ibn Səid ibn Əmr ibn Səid”dir. (إسحاق بن سعيد بن عمرو بن سعيد).

Adın bu şəkildə olması adın “İshaq ibn Səid” hissəsindən sonrakı “ibn” (ابن) sözünün yanlışlıqla “an” sözünə (عن) dəyişdirildiyi fikrini təsdiqləyir.

2) Əhli-sünnə mənbələrində İshaq ibn Sədin Əmr ibn Səid adlı şəxsdən hədis nəql etmiş olması sübuta yetməmişdir. Əhli-sünnənin rical alimləri İshaq ibn Səidin hədis nəql etdiyi şəxslər arasında Əmr ibn Səid adlı şəxsin adını qeyd etməmişlər. Əksinə, onun rəvayət nəql etdiyi şəxslər arasında məhz atası Səid ibn Əmrin adını qeyd etmişlər. Misal üçün, əhli-sünnənin böyük rical alimlərindən olan əl-Mizzinin “Təhzibul-kəmal fi əsmair-rical” kitabına baxaq. Bu kitabda İshaq ibn Səid ibn Əmr ibn Səidin tərcümeyi-halına baxdıqda belə görürük:

روى عن: أبيه سَعِيد بْن عَمْرو الأُمَوِي (خ م د ق) ، وعكرمة بْن خالد المخزومي، ويحيى بْن الحكم بْن أَبي العاص.

Rəvayət nəql etmişdir: atası Səid ibn Əmr əl-Uməvidən (Buxari, Müslim, İbn Davud və İbn Macə), İkrimə ibn Xalid əl-Məxzumidən və Yəhya ibn əl-Həkəm ibn Əbil-Asdan.”

“Təhzibul-kəmal fi əsmair-rical”, c.2, səh.428.

Göründüyü kimi İshaq ibn Səidin rəvayət nəql etdiyi şəxslər arasında Əmr ibn Səid adı qeyd olunmamışdır.

3) Qeyd olunduğu kimi, əhli-sünnə mənbələrində İshaq ibn Səidin Əmr ibn Səiddən deyil, Səid ibn Əmrdən, yəni öz atasından hədis nəql etməsi sübuta yetmişdir. Misal üçün aşağıdakı sənədlərə diqqət yetirək:

İbn Kəsir “Təfsir”ində deyir:

وَقَدْ قَالَ الْإِمَامُ أَحْمَدُ:
حَدَّثَنَا هَاشِمٌ -هُوَ ابْنُ الْقَاسِمِ أَبُو النَّضْرِ-حَدَّثَنَا إِسْحَاقُ بْنُ سَعِيد -هُوَ ابْنُ عَمْرِو بْنِ سَعِيدِ بْنِ الْعَاصِ-حَدَّثَنَا سَعِيدٌ -يَعْنِي أَبَاهُ-عَنْ عَائِشَةَ؛ أَنَّ يَهُودِيَّةً

İmam Əhməd demişdir: bizə Hişam – o, İbn əl-Qasim Əbun-Nadrdır – nəql edib dedi: bizə İshaq ibn Səid – o, İbn Əmr ibn Səid ibn əl-Asdır – nəql edib dedi: bizə Səd – yəni, İshaqın atası – Aişədən nəql edib dedi ki, bir yəhudi qadın...

“Təfsirul-Quranil-Azim”, c.7, səh.146; “Tibə nəşriyyatı”, çap ili: 1999; təhqiq: Sami ibn Muhəmməd Səlamə

Əhməd ibn Hənbəl “Müsnəd”də belə nəql edir:

5682 - حدثنا عبد الله حدثني أبي ثنا أبو النضر حدثنا إسحاق بن سعيد عن أبيه قال : دخل بن عمر

5682 - Bizə Abdullah nəql edib dedi: mənə Əbun-Nadr nəql edib dedi: bizə İshaq ibn Səid atasından nəql edib dedi: İbn Ömər gəlib...

Şüeyb əl-Arnaut haşiyədə deyir: “İsnadı Şeyxeynin şərtinə əsasən səhihdir.”

“Müsnədi-Əhməd”, c.2, səh.94, hədis 5682, “Qurtubə nəşriyyatı”, təhqiq: Şüeyb əl-Arnaut.

Yenə Əhməd ibn Hənbəl “Müsnəd”də belə nəql edir:

5681 - حدثنا عبد الله حدثني أبي ثنا أبو النضر ثنا إسحاق بن سعيد عن أبيه عن بن عمر


5681 - Bizə Abdullah nəql edib dedi: mənə atam nəql edib dedi: bizə Əbun-Nadr nəql edib dedi: bizə İshaq ibn Səid atasından, o da İbn Ömərdən nəql edib dedi...”

Şüeyb əl-Arnaut haşiyədə deyir: “İsnadı Şeyxeynin şərtinə əsasən səhihdir.”

“Müsnədi-Əhməd”, c.2, səh.94, hədis 5681; “Qurtubə nəşriyyatı”, təhqiq: Şüeyb əl-Arnaut.

Həmçinin, İbn Davud özünün “Sünən”ində belə nəql edir:

حدثنا إسحاق بن الجراح الأذنى حدثنا أبو النضر حدثنا إسحاق بن سعيد عن أبيه عن أم خالد


4024 - Bizə İshaq ibn əl-Cərrah əl-Uzna nəql edib dedi: bizə Əbun-Nadr nəql edib dedi: bizə İshaq ibn Səid atasından, o da Ümmü-Xaliddən nəql edib dedi...

“Sünəni-İbn Davud”, 4024-cü hədis. Bəzi “Şamilə” nüsxəsində: c.12, səh.58, hədis 4026. “Səhihi-İbn Davud və daifu-İbn Davud” (əl-Əlbani), c.3, səh.502, hədis 4024.

Həmçinin, “Müsnəd-Əhməd” kitabında gələn başqa bir hədisin sənədi belədir:

5680 - حَدَّثَنَا أَبُو النَّضْرِ، حَدَّثَنَا إِسْحَاقُ بْنُ سَعِيدٍ، عَنْ أَبِيهِ، عَنِ ابْنِ عُمَرَ

5680 – Bizə Əbun-Nadr nəql edib dedi: bizə İshaq ibn Səid atasından, o da İbn Ömərdən nəql edib dedi:...

Bunun ardınca kitabın mühəqqiqi haşiyədə deyir:

إسناده صحيح على شرط الشيخين. إسحاق بن سعيد: هو ابن عمرو

“İsnadı şeyxeynin şərtinə əsasən səhihdir. İshaq ibn Səid, ibn Əmrdir.”

“Müsnədi-Əhməd”, c.9, səh.492; “Risalə müəssisəsi”, çap ili: 2001; təhqiq: Şüeyb əl-Arnaut, Adil Murşid və başqaları

Yəni, İshaq ibn Səid həmin “İshaq ibn Səid ibn Əmr”dir. Buna əsasən, onun atası Səid ibn Əmr olmuş olur.

4) “İbn” (ابن) sözü asanlıqla “an” (عن) sözünə dəyişdirilə bilər.

Bu deyilənlərdən sonra sənədin düzgün formasının “İshaq ibn Səid ibn Əmr ibn Səid, Səid ibn Əmrdən..” şəklində olması barədə heç bir şübhə qalmır.

Bu deyilənlərə əsasən, həmçinin aşağıda qeyd olunacaq iradın da nə qədər əsassız olduğu hörmətli oxucu üçün aydın olur. Belə ki, müxaliflərdən biri hədisin sənədinə irad tutmaq istəyərək demişdir:

عمرو بن سعيد إما أن يكون هو جد إسحاق بن سعيد ، وهو المتبادر ؛ لأنه إسحاق بن سعيد بن عمرو بن سعيد ، وعلى ذلك فالإسناد منقطع ؛ لأن وفاة الجد كانت سنة 70 "التهذيب" (8/34) ، ووفاة الحفيد الراوي عنه كانت سنة 170 "التهذيب" (1/204) ، فبين وفاتيهما مائة سنة ، فلا يمكن أن يكون قد سمع منه ، وعلى ذلك فالإسناد منقطع ضعيف .
وإما أن يكون غيره ، فهو مجهول لا يعرف ، وعليه فالإسناد ضعيف أيضا.

Əmr ibn Səid (barədə iki ehtimal verilə bilər. Birinci ehtimal budur ki) o, İshaq ibn Səidin babasıdır. İlk baxışdan nəzərə çarpan da elə budur. Çünki, İshaq ibn Səidin əsl adı belədir: İshaq ibn Səid ibn Əmr ibn Səid. Buna əsasən, sənəd qırıqdır. Çünki, baba Əmr ibn Səid 70-ci ildə vəfat etmişdir (“Təhzib”, 8/34), nəvə İshaq ibn Səid isə 170-ci ildə vəfat etmişdi (“Təhzib”, 1/204). Onların vəfatları arasıda yüz il fərq vardır. Buna əsasən, İshaq ibn Səid Əmr ibn Səiddən hədis eşidə bilməz. Belə olunca hədisin sənədi qırıq və zəif olur.

(İkinci ehtimal isə budur ki) Əmr ibn Səid başqa bir şəxsdir. Belə olunca da bu şəxs məchul olur və kimliyi bilinmir. Buna əsasən də sənəd yenə zəif sayılır.

http://islamqa.info/ar/193186

Bu iddianın batilliyi açıq-aşkar ortadadır. Qeyd etdiyimiz kimi, İshaq ibn Səidin Əmr ibn Səid adlı şəxsdən hədis nəql etməsi sübuta yetməmişdir. Əksinə, atası Səid ibn Əmrdən hədis nəql etməsi sübuta yetmişdir. Əgər onun Əmr ibn Səid adlı şəxsdən nəql etməsi sübuta yetmiş olsaydı, o zaman bu, rical kitablarında qeyd olunmalıydı. Lakin biz bunun əksini görürük. İshaq ibn Səidin hədis nəql etdiyi şəxslər arasında ümumiyyələ Əmr ibn Səid adlı şəxs qeyd olunmamışdır.

Elə isə hədisin sənədinin doğru forması “İshaq ibn Səid ibn Əmr ibn Səid, Səid ibn Əmrdən...” şəklindədir. Yanlışlıqla “ibn” sözü “an” sözünə dəyişdirilmişdir.

Elə isə gəlin İshaq ibn Səidin atası olan Səid ibn Əmrin əhli-sünnə yanında hansı məqama sahib olduğuna nəzər salaq:

4. Səid ibn Əmr:

Səid ibn Əmr ibn Səid ibn əl-As ibn Səid ibn əl-As ibn Üməyyə əl-Qurəşi. Buxari, Müslim, Əbu Davud, Nəsai və İbn Macə ondan hədis nəql etmişlər. Nəsai, İbn Həcər və başqaları onu siqə bilmişlər. Daha öncə də qeyd edildiyi kimi, onun nəql etdiyi hədisi Əlbani və Şüeyb əl-Arnaut səhih hesab etmişlər. Tərcümeyi-halı ilə İbn Həcərin “Təqribut-təhzib” kitabında (səh. 385, ravi 2383, başqa nüsxədə: səh. 239, ravi 2370) tanış ola bilərsiniz: http://shamela.ws/browse.php/book-8609#page-165

5. İbn Hatib:

Muhəmməd ibn Hatib ibn əl-Haris. Səhabədir. Tərcümeyi-halı ilə “Təqribut-təhzib” kitabında tanış ola bilərsiniz (səh.473, ravi 5800): http://shamela.ws/browse.php/book-8609#page-399

İbn Hatibin həmin Muhəmməd ibn Hatib olduğunun sübutu kimi Bəlazurinin “Ənsabul-əşraf” kitabında nəql oluna bu hədisi göstərə bilərik:

حَدَّثَنِي عَبَّاسُ بْنُ هِشَامٍ الْكَلْبِيُّ ، عَنْ وَحَدَّثَنِي عَبَّاسُ بْنُ هِشَامٍ الْكَلْبِيُّ ، عَنْ أَبِيهِ ، عَنْ خَالِدِ بْنِ سَعِيدٍ ، عَنْ أَبِيهِ ، عَنْ مُحَمَّدِ بْنِ حَاطِبٍ الْجُمَحِيِّ ، وَكَانَ قَدْ شَهِدَ الْجَمَلَ مَعَ عَلِيٍّ ، قَالَ : قَالَ لِي عَلِيٌّ : يَا ابْنَ حَاطِبٍ ، " هَلْ فِي قَوْمِكَ جِرَاحٌ ؟ قُلْتُ : أَيْ وَاللَّهِ . قَالَ : مُرْهُمْ بِالسَّمْنِ فَإِنِّي لَمْ أَرَ عَلُولا مِثْلَ السَّمْنِ لِلْجُرْحِ".

Mənə Abbas ibn Hişam əl-Kəlbi atasından, o Xalid ibn Səiddən, o atasından, o da Muhəmməd ibn Hatibdən – o Əli ilə birgə Cəməldə iştirak etmişdi – nəql edib dedi: Əli mənə dedi: “Ey İbn Hatib! Sənin qövmün arasında yarası olanlar var?” Dedim: “Bəli, Allaha and olsun ki, (var).” Dedi: “Onlara yağ apar. Mən yara üçün yağdan daha yaxşı məlhəm görməmişəm.”

“Ənsabul-əşraf”: c.3, səh.972

Elə isə hədis sənəd baxımından səhihdir. Bununla bir daha sübuta yetir ki, möminlər anası Aişə müxaliflərin iddia etdiyi kimi sülh və s. məqsədlərlə deyil, İmam Əmirəl-möminini (əleyhis-səlam) öldürmək üçün döyüşə qatılmışdı.