Rəsulullah (s.ə.a.s), Əli (ə.s) və Aişə xanımın bir yataqda yatması barədə

İslam düşmənləri bu hədisi bizə qarşı istifadə edirlər:

برواية ابن أبي عياش عنه قال سألت المقداد عن علي (ع) قال كنا نسافر مع رسول الله (ص) قبل أن يأمر نساءه بالحجاب و هو يخدم رسول الله (ص) ليس له خادم غيره و كان لرسول الله (ص) لحاف ليس له لحاف غيره و معه عائشة فكان رسول الله (ص) ينام بين علي (ع) و عائشة ليس عليهم لحاف غيره فإذا قام رسول الله (ص) من الليل يصلي حط بيده اللحاف من وسطه بينه و بين عائشة حتى يمس اللحاف الفراش الذي تحتهم و يقوم رسول الله (ص) فيصلي

İbn Əbi Əyyaş dedi: Miqdad Əlidən soruşdu, o dedi: "Peyğəmbərlə birlikdə səfərə çıxdım. Hələ hicab ayəsi nazil olmamışdı. Ona xidmət etmək üçün yalnız mən var idim. Aişə də onunla idi. Amma bizim üçümüzə yalnız bir yorğan var idi. Buna görə də üstümüzə bu yorğanı atdıq, Peyğəmbər də bizim ikimizin (Əli və Aişənin) arasında yatdı. Peyğəmbər gecə namazına qalxarkən, əli ilə yorğanın ortasından döşəyə çatana kimi əydi. (yəni aralarında sərhəd çəkdi və namaz qılmağa getdi.

Əllamə Məclisi, Biharul-ənvar, c.101, s.49

Onlayn mənbə 1: al-shia.org

Onlayn mənbə 2: elgadir.com

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

Bu rəvayət Əban ibn Əbi Əyyaş səbəbindən zəifdir.

1. Əllamə Hilli onun "çox zəif" olduğunu bildirib. (Xulasətul-əqval, s.325)

Onlayn mənbə: 1

2. Şeyx Tusi onun "zəif" olduğunu deyib. (Rical ət-Tusi, s.126)

Onlayn mənbə: 1

3. Seyyid Əli əl-Burucerdi onun "zəif" olduğunu deyib. (Təraiful-məqal, c.2, s.7, r.6556)

Onlayn mənbə: 1

4. Şeyx Əli əl-Kurani onun "mətruk" olduğunu deyib. (Mucəm əhədis əl-İmam əl-Mehdi, c.1, s.564)

Onlayn mənbə: 1

5. Muhəmməd Əli əl-Ərdəbili onun "zəif" olduğunu deyib. (Cəmiur-ruvat, c.1, s.9)

Onlayn mənbə: 1

6. Əllamə Əmini onun "yalançı" olduğunu deyib. (əl-Ğədir, c.5, s.277)

Onlayn mənbə: 1, 2

7. İbn əl-Ğədairi onun "zəif" olduğunu deyib. Seyyid Əli b. Əhməd deyib: "məzhəbi xarabdır, lakin sonradan geri dönüb." (Muhəmməd Salih əl-Mazandarani, Şərh Üsuli-Kafi, c.2, s.139)

Onlayn mənbə: 1, 2, 3

NƏTİCƏ:

1. Hədis zəifdir və dəlil kimi Cəfəri məzhəbinə qarşı istifadə olunması mənasız bir işdir.

2. Əgər bu hədisdə təhqir və s. olduğunu hesab edirsinizsə, o zaman əhli-sünnə mənbəsində BU SƏHİH HƏDİSƏ nə deyirsiniz?

В этом разделе