İmam Əli (ə.s)-ın Abdullah ibn Abbası və qardaşı Ubeydullahı lənətləməsi

İslam düşmənləri bu rəvayəti bizə qarşı istifadə edirlər:

“Bu dünyada kor olanlar orada da kor olacaqdır” ayəsi baradə əl Kəşşi yazır: “Möminlərin Əmiri Əli (r.a) Abdullah ibn Abbası, qardaşı Ubeydullahı lənətləyərək dedi: “Ey Allah! Filankəsin oğlanlarını lənətlə,onların gözünü kor et,necə ki, onların qəlblərini kor etmisən.Onların gözünün korluğunu qəlblərinin korluğuna işarə et.” (“Rical əl Kəşşi” səh 52)

CAVAB:

Rəvayətin sənədi aşağıdakı kimidir:

و روى محمد بن عيسى العبيدي، عن محمد بن سنان، عن موسى بن بكر الواسطي، عن الفضيل بن يسار، قال

Muhəmməd b. İsa əl-Ubeydi - Muhəmməd b. Sinan - Musa b. Bəkr əl-Vasiti - əl-Fazil b. Yəsar ...

Rical əl-Kəşşi, c.2, s.113, №180

Onlayn mənbə: 1

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

Seyyid əl-Xoi deyib:

وهي ضعيفة بالارسال: أولا لجهالة طريق الكشي إلى محمد بن عيسى بن عبيد، وبمحمد بن سنان وموسى بن بكر الواسطي ثانيا

Bu rəvayət mursəl olmaqla zəifdir. Birincisi, əl-Kəşşi ilə Muhəmməd b. İsa b. Ubeyd, ikincisi isə Muhəmməd b. Sinan ilə Musa b. Bəkr əl-Vasiti (arasındakı irsal) səbəbindən.

Seyyid əl-Xoi, Mucəm ricalul-hədis, c.11, s.255

Onlayn mənbə: 1

Muhəmməd Əli əl-Ərdəbili deyib:

عبد الله بن العباس (ل. ى) كان محبا لعلى عليه السلام وتلميذه وحاله في الجلالة والاخلاص لأمير المؤمنين أشهر من أن يخفى وقد ذكر الكشي أحاديث تتضمن قدحا فيه وهو اجل من ذلك (صه) ما ذكره الكشي من الطعن فيه خمسة أحاديث كلها ضعيف السند والله أعلم بحاله

Abdullah b. Abbas: O, imam Əli (ə.s)-ı sevirdi və imamın a.s tələbəsi idi. İmam (ə.s)-a bağlılıq və sədaqəti heç kəsdən gizli deyildir. Əllamə Kəşşi r.a onun təhqir edildiyi haqqında bəzi rəvayətlər nəql etmişdir. Amma onun məqamı bundan ucadır. Bunlar 5 rəvayətdir və onların hamısı zəifdir.

Muhəmməd Əli əl-Ərdəbili, Cəmiur-ruvat, c.1, s.494

Onlayn mənbə: 1

NƏTİCƏ:

Rəvayətin sənədi zəifdir.

В этом разделе