Cəfər açıq aşkar fasiq, utanmaz, şərəbxor idi

İslam düşmənləri bu rəvayəti bizə qarşı istifadə edirlər:

Cəfər (İmam Həsən əl Əsgərinin qardaşı) açıq aşkar fasiq, utanmaz, şərəbxor idi. Onda kişilikdən az əlamət qalmışdı və o dəyərsiz biridir.”(“əl Kafi” c.1,səh 504)

CAVAB:

Bu rəvayəti azərbaycan dilinə çevirən şəxs bunu şəxsiyyəti naməlum olan əl-Musəvinin müəllifi olduğu idda edilən, lakin böyük ehtimalla Osman əl-Xəmis və ya onun kimiləri tərəfindən qələmə alınan, şiələrə qarşı böhtan və iftiralarla dolu olan "Lillah summəlit-tarix" kitabından götürmüşdür.

"Lillah summəlit-tarix" kitabının müəllifi belə yazır:

ولقبوا جعفراً بجعفر الكذاب، فسبوه وشتموه مع أنه أخو الحسن العسكري فقال الكليني: (هو معلن الفسق فاجر، ماجن شريب للخمور، أقل ما رأيته من الرجال، وأهتكهم لنفسه، خفيف قليل في نفسه) أصول الكافي 1/504.
فهل في أهل البيت سلام الله عليهم شريب خمر ؟! أو فاسق ؟ أو فاجر ؟

Onlar (yəni, şiələr) Cəfəri yalançı adlandırmış və təhqir etmişlər. Halbuki, o, əl-Həsən əl-Əskərinin qardaşıdır. əl-Kuleyni dedi: Cəfər açıq-aşkar fasiq, utanmaz, şərəbxor, gördüyün isanların ən alçağı, səviyyəsiz, yüngül xasiyyət və dəyərsiz biridir.” (“əl Kafi” c.1,səh 504) Doğrudanmı əhli-beyt arasında şərabxor, fasiq, əxlaqsız şəxs var?

Bəs görəsən rəvayətin əsli necədir?

الحسين بن محمد الاشعري ومحمد بن يحيى وغيرهما قالوا: كان أحمد بن عبيد الله بن خاقان على الضياع والخراج بقم فجرى في مجلسه يوما ذكر العلوية ومذاهبهم وكان شديد النصب فقال:
...................................
فقال له بعض من حضر مجلسه من الأشعريين: يا أبا بكر فما خبر أخيه جعفر؟ فقال: ومن جعفر فتسأل عن خبره؟ أو يقرن بالحسن جعفر معلن الفسق فاجر ماجن شريب للخمور أقل من رأيته من الرجال وأهتكهم لنفسه، خفيف قليل في نفسه

əl-Həsən b. Muhəmməd əl-Əşəri və Muhəmməd b. Yəhya və digərləri dedilər: Əhməd b. Abdullah b. Xaqan Qum şəhərinin əmlak və xərac məsələlərinə cavabdeh şəxs idi. Bir gün onun məclisində Ələvilərdən və məzhəblərdən söz açıldı. O özü nasibi (Əhli-beytə nifrəti olan şəxs) idi. O dedi:
............................(Atasının zamanındakı bir məclisdən söz açır)............................
Məclisinə davam edən Əşəri məzhəbindən biri ondan soruşdu: Ya Əbu Bəkr! Onun (İmam Rzanın) qardaşı Cəfər haqqında nə bilirsən? Cavab verdi: "Cəfər kimdi ki, onun haqqında məlumat almaq istəyəsən və ya Həsən ilə müqayisə edəsən? Cəfər açıq-aşkar fasiq, utanmaz, şərəbxor, gördüyün insanların ən alçağı, səviyyəsiz, yüngül xasiyyət və dəyərsiz biridir."

Şeyx Kuleyni, Üsuli-kafi, c.1, s.504, h.1

Onlayn mənbə: 1, 2, 3

Ey insaflı oxucu. Bu rəvayətin harasında şiələr Cəfəri nədəsə ittiham edib? Nə üçün müəllif həqiqəti gizlədərək insanların fikrini yayındırır? Nə üçün hələ də sələfilər bu cür insanlara inanır?

Rəvayətin əvvəlindən də göründüyü kimi hadisəni danışan nasibi bir şəxs olan Əhməd b. Abdullahdır. Bundan əlavə, Cəfərə bu sözləri deyənlərin də şiələr və şiəliklə ilə heç bir əlaqəsi yoxdur.

Digər bir məslə bundan ibarətdir ki, İmam Həsən əl-Əskəri (ə.s)-ı qardaşının yalançı və fasiq olmasının İmamət anlayışına, Əhli-beyt (ə.s) anlayışına nə aidiyyatı var? Bəyəm kimsə 14 nəfərdən başqa kiminsə məsumiyyətinə inanır?

Həzrət Nuhun (ə) öz doğmaca övladı Kənan Həzrət Nuha (ə) iman gətirməmişdi və kafir idi. O həmin gəmiyə minmədi və dəryada qərq olan məqamda Həzrət Nuh (ə) Allaha munacat etdi. Oğluna- (onun) gəmiyə minməsini istədi. “Nuh” surəsinin 42-ci ayəsi bu haqda danışır; “Gəmi onları dağlar kimi (yüksək) dalğaların içi ilə apardığı zaman Nuh (gəmidən) aralı olan oğlunu haraylayıb dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!”

45, 46-cı ayələrdə isə belə buyurulur: “Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi: “Ey Rəbbim! Oğlum mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!” (Allah) buyurdu: “Ey Nuh! O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. (Və ya sənin Məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı tövsiyə edirəm (məsləhət görürəm)”.

Gördüyümüz kimi Allah Nuhun (ə) oğlu kafir olduğu və pis iş tutduğu üçün onu (övladı) atanın ailəsindən saymır və gəmiyə minməsini təmin etmir.

В этом разделе