İmam Rza (ə.s)-ın övladı barədə şübhə

İslam düşmənləri bu rəvayəti bizə qarşı istifadə edirlər:

İmam Rzaya oğlu olduqda dedilər: “Bizim aramızda heç vaxt rəngi dəyişən (qara) İmam olmamışdı.” İmam Rza: “Bu həqiqətən mənim oğlumdur” dedi. (“əl Kafi” c.1,səh 322)

CAVAB:

Rəvayətin sənədi aşağıdakı kimidir:

...علي بن إبراهيم، عن أبيه، وعلي بن محمد القاساني جميعا، عن زكريا بن يحيى بن النعمان الصيرفي قال

Əli b. İbrahim - İbrahim b. Haşim - Əli b. Muhəmməd əl-Qasani - Zəkəriyya b. Yəhya b. ən-Numan əs-Seyrəfi ...

Şeyx Kuleyni, Üsuli-kafi, c.1, s.322, h.14

Onlayn mənbə: 1, 2

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

Zəkəriyya b. Yəhya b. ən-Numan əs-Seyrəfi adlı ravi məchuldur, rical kitablarında onun barəsində məlumat yoxdur.

Seyyid əl-Xoi bu hədis barədə deyib: sənədi zəifdir. (Misbahul-fuqəha, c.1, s.587)

Onlayn mənbə: 1, 2, 3

NƏTİCƏ:

Rəvayətin sənədi zəifdir.

В этом разделе