Bismillahir-rəhmanir-rəhim.
Əziz oxucular, bu kiçik məqalədə Hz.Əliynin (ə.s) fəzilətini kiçiltmək xatirinə İbn Teymiyyənin necə gülünc vəziyyətə düşdüyünün şahidi olacaqsınız.
İbn Teymiyyə Mənzilət hədisi barədə danışarkən yazır:
الْقَائِلِ: " هَذَا بِمَنْزِلَةِ هَذَا، وَهَذَا مِثْلُ هَذَا " هُوَ كَتَشْبِيهِ الشَّيْءِ بِالشَّيْءِ، وَتَشْبِيهُ الشَّيْءِ بِالشَّيْءِ يَكُونُ بِحَسَبِ مَا دَلَّ عَلَيْهِ السِّيَاقُ لَا يَقْتَضِي الْمُسَاوَاةَ فِي كُلِّ شَيْءٍ أَلَا تَرَى إِلَى مَا ثَبَتَ فِي الصَّحِيحَيْنِ مِنْ قَوْلِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَدِيثِ الْأُسَارَى لَمَّا اسْتَشَارَ أَبَا بَكْرٍ، وَأَشَارَ بِالْفِدَاءِ، وَاسْتَشَارَ عُمَرَ فَأَشَارَ بِالْقَتْلِ. قَالَ: " سَأُخْبِرُكُمْ عَنْ صَاحِبَيْكُمْ . «مَثَلُكَ يَا أَبَا بَكْرٍ كَمَثَلِ إِبْرَاهِيمَ إِذْ قَالَ: {فَمَنْ تَبِعَنِي فَإِنَّهُ مِنِّي وَمَنْ عَصَانِي فَإِنَّكَ غَفُورٌ رَحِيمٌ} (سُورَةُ إِبْرَاهِيمَ: 36) ، وَمَثَلُ عِيسَى إِذْ قَالَ: {إِنْ تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِنْ تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ} (سُورَةُ الْمَائِدَةِ: 118) ، وَمَثَلُكَ يَا عُمَرُ مَثَلُ نُوحٍ إِذْ قَالَ: {رَبِّ لَا تَذَرْ عَلَى الْأَرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًا} (سُورَةُ نُوحٍ: 26) ، وَمَثَلُ مُوسَى إِذْ قَالَ: {رَبَّنَا اطْمِسْ عَلَى أَمْوَالِهِمْ وَاشْدُدْ عَلَى قُلُوبِهِمْ فَلَا يُؤْمِنُوا حَتَّى يَرَوُا الْعَذَابَ الْأَلِيمَ} » (سُورَةُ يُونُسَ: 88).
فَقَوْلُهُ لِهَذَا: مَثَلُكَ كَمَثَلِ إِبْرَاهِيمَ، وَعِيسَى، وَلِهَذَا: مِثْلُ نُوحٍ، وَمُوسَى - أَعْظَمُ مِنْ قَوْلِهِ: «أَنْتَ مِنِّي بِمَنْزِلَةِ هَارُونَ مِنْ مُوسَى» ; فَإِنَّ نُوحًا، وَإِبْرَاهِيمَ، وَمُوسَى، وَعِيسَى أَعْظَمُ مِنْ هَارُونَ، وَقَدْ جَعَلَ هَذَيْنِ مِثْلَهَمْ، وَلَمْ يُرِدْ أَنَّهُمَا مِثْلُهُمْ فِي كُلِّ شَيْءٍ لَكِنْ فِيمَا دَلَّ عَلَيْهِ السِّيَاقُ مِنَ الشِّدَّةِ فِي اللَّهِ، وَاللِّينِ فِي اللَّهِ.
Bir kəsin «Bu, onun nisbəti kimidir», «bu, onun misalı kimidir» ifadələri bir şeyin digər şeylə müqayisəsi üçündür. Bir şeyin digər şeylə müqayisəsi onların hər yöndən eyni olması mənasına gəlməz. Belə ki, «Səhiheyn»də (əl-Buxari və Müslimin «Səhih»lərində) yazılmış Peyğəmbər (s) sözlərinə bax. Hansı ki, əl-Usarinin hədisində (Bədr döyüşündə əsirlər məsələsi gündəmə gəldikdə) Peyğəmbər (s) Əbu Bəkrlə məsləhətləşdi və Əbu Bəkr onların fidyə qarşılığında bağışlanmaları fikrində olduğunu bəyan etdi. Sonra Ömərlə məsləhətləşdi, o isə öldürülmələri fikrində olduğunu bildirdi. Bu zaman Peyğəmbər (s) dedi: Sizə dostlarınız barədə xəbər verəcəm: «Ya Əbu Bəkr, sənin misalın – «Kim mənə tabe olsa, o, məndəndir. Kim də mənə asi olsa, (bilsin ki,) Sən Bağışlayansan, Rəhmlisən.» (İbrahim surəsi, 36) - deyən İbrahim kimidir. Sənin misalın – «Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!» (Maidə surəsi, 118) - deyən İsa kimidir. Ya Ömər, sənin misalın isə «Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!» (Nuh surəsi, 26) - deyən Nuh kimidir. Sənin misalın – «Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, üzücü əzabı görməyincə iman gətirməsinlər.» (Yunus surəsi, 88) - deyən Musa kimidir.» İbrahim, İsa, həmçinin Nuh və Musa ilə müqayisə «Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir» ifadəsindən daha əzəmətlidir. Çünki Nuh, İbrahim, Musa və İsa Harundan üstündürlər. Peyğəmbər (s) Əbu Bəkr və Öməri onlarla müqayisə etmiş, lakin heç zaman onların bütün məsələlərdə eyni olmalarını qəsd etməmişdir. Sadəcə onların Allah yolunda ciddilik və yumşaqlıqlarını müqayisə etmişdir.
İbn Teymiyyə əl-Harrani, Minhac əs-sünnə ən-nəbəviyyə, c.7, s.330-331; 1406/1986; təhqiq: Muhəmməd Rəşad Səlim
Onlayn mənbə 1 Onlayn mənbə 2 Onlayn mənbə 3 Onlayn mənbə 4
Fotoşəkil: İbn Teymiyyə əl-Harrani, Minhac əs-sünnə ən-nəbəviyyə, c.7, s.330-331; 1406/1986; təhqiq: Muhəmməd Rəşad Səlim
Kitabı yükləmək üçün: ÜNVAN
İbn Teymiyyə aşiqlərinə suallarımız:
1. İbn Teymiyyənin «Səhih əl-Buxari» və «Səhih Müslim»də olduğu iddia etdiyi rəvayəti həmin kitablardan bizə göstərə bilərsinizmi?
2. Əgər o rəvayət bu günkü «Səhih»lərdə var idisə, indi niyə yoxdur? Əgər heç bir zaman olmayıbsa, İbn Teymiyyənin belə deməyinin səbəbi nədir?
3. İbn Teymiyyə məktəbinin özünəlayiq davamçılarından olan Osman əl-Xəmisin eynilə bu rəvayəti İbn Teymiyyənin üslubu ilə qeyd etdiyini əvvəlki məqaləmizdə təqdim etmişdik. Həmçinin o rəvayətin zəif olduğunu alimlərin rəyləri ilə birlikdə təqdim etmişdik. Oxumaq üçün BURAYA TIQLAYIN. Sual bundan ibarətdir ki, mütəvatir Mənzilət hədisinə qarşı zəif bir hədisi dəlil kimi istifadə etməyin nə mənası var?