»»»İbn Teymiyyə

İbn Teymiyyə və «Mən kimin mövlasyımsa, Əli də onun mövlasıdır» hədisi

Əziz oxucu, bu kiçik məqalədə siz «Şeyxul-İslam» İbn Teymiyyənin sırf şiəyə cavab yazmaq xatirinə İmam Əli (ə.s)-ın barəsindəki səhih və mütəvatir rəvayətləri necə heç saydığının şahidi olacaqsınız. Hətta iş o yerə çatmışdır ki, İbn Teymiyyə məktəbinin nümayəndələrindən olan sələfi hədis ustadı Nasiruddin əl-Albani İbn Teymiyyənin sözləri qarşısında təəccübünü gizlədə bilməmiş və bu hədislərin səhihliyini isbat etmək üçün 14 səhifə yazı yazmalı olmuşdur.