»»»

"Təfsir İbn Kəsir" kitabında Muaviyə ilə bağlı təhrif

Bismillahir-Rəhmanir-Rəhim.

Əziz oxucular, yəqin ki, dəfələrlə əhli-xilafın saytlarında, kitablarında Muaviyənin "möminlərin dayısı" adlandırıldığının şahidi olmusunuz. Bu mövzuya İbn Kəsirin "Təfsir əl-Quran əl-Əzim" kitabında da toxunulmuşdur. Ancaq əhli-sünnənin imamlarından olan İmam əş-Şafeinin sözləri bəzi nüsxələrdə təhrif edilmişdir.

İbn Kəsir "Əhzab" surəsinin 6-cı ayəsinin təfsirində yazır:

وهل يقال لمعاوية وأمثاله : خال المؤمنين ؟ فيه قولان للعلماء. ونص الشافعي على أنه لا يقال ذلك

Muaviyə və onun kimilərə möminlərin dayısı deyilə bilər? Bu mövzuda alimlərin iki görüşü var. Şafeinin dəqiq cavabı budur ki, "belə demək olmaz."

İbn Kəsir, Təfsir əl-Quran əl-Əzim, Əhzab surəsi, 6-cı ayə

Onlayn mənbə: kl28.com

 

Fotoşəkil: İbn Kəsir, Təfsir əl-Quran əl-Əzim, c.3, s.1634; Əhzab surəsi, 6-cı ayə; Dar əl-kitab əl-hədis

Ancaq təəssüflər olsun ki, bir çox nəşrlərdə və saytlarda İmam Şafeinin cavabında "لا" inkar hissəciyi çıxarılaraq təhrif edilmiş və guya onun müsbət cavab verdiyi əks etdirilmişdir.

وهل يقال لمعاوية وأمثاله : خال المؤمنين ؟ فيه قولان للعلماء. ونص الشافعي على أنه يقال ذلك

Muaviyə və onun kimilərə möminlərin dayısı deyilə bilər? Bu mövzuda alimlərin iki görüşü var. əş-Şafeinin dəqiq cavabı budur ki, "belə deyilir".

Bu təhrifi bir çox nüsxədə açıq-aydın görmək mümkündür.

 

Fotoşəkil: İbn Kəsir, Təfsir əl-Quran əl-Əzim, s.1482; Dar ibn Həzm, 1420/2000

Kitabı yükləmək üçün: ÜNVAN

____________________________

 

Fotoşəkil: İbn Kəsir, Təfsir əl-Quran əl-Əzim, c.6, s.381; Dar Teybə - ər-Riyad, 1420/1999

Kitabı yükləmək üçün: ÜNVAN

____________________________

Eyni hal Dar Teybə nəşriyyatı tərəfindən 2002-ci il nəşrində də təkrarlanmışdır.

 

Onlayn ünvan: islamweb, c.6, s.381

____________________________

Türk dilinə tərcümədə təhrif edilmiş nüsxədən istifadə edildiyinə görə, burada da təhridən qaçmaq mümkün olmamışdır.

 

Onlayn mənbə: vesiletunnecat.com

____________________________

Sələfilərin kl28.com saytında isə dəyişiklik edilməmiş və İmam əş-Şafeinin sözləri düzgün verilmişdir.

 

Onlayn mənbə: kl28.com

____________________________

Səudiyyə Ərəbistanı Krallığının İslam Məsələləri, Vəqflər, Dəvət və İrşad Nazirliyinin nəzarətində olan al-islam.com saytında da İmam əş-Şafeinin sözləri olduğu kimi qeyd edilmişdir.

 

Onlayn mənbə: quran.al-islam.com

Ümumiyyətlə internet saytlarda İbn Kəsirin təfsirinin təhrif edilməmiş nüsxəsinin tapılması çox müşkül məsələdir.

В этом разделе