»»»

Osman əl-Xəmis və "Əlini söyən məni söymüşdür" hədisi

Bismillahir-Rəhmanir-Rəhim.

Sələfilərin sevimlisi Osman əl-Xəmis guya Şeyx Ticani əs-Səmaviyə rədd olaraq yazdığı "Kəşf əl-cani Muhəmməd ət-Ticani fi kutubihi əl-ərbəə" kitabında səhifə 86 və 87-də yazır:

قال التيجاني 134وقد قال رسول الله: من سبّ عليا فقد سبني ومن سبني فقد سب الله ومن سب الله أكبه الله على منخريه في النار
قلت : وهذا أيضاً كذب على رسول الله (ص) ، فإن الحديث غير صحيح ولا ثابت عند أهل السنة فقد أخرجه الحاكم في مستدركه 3/121
:وفيه ثلاث علل
أبو إسحاق السبيعي مدلس مشهور وقد عنعن ولم يصرح بالسماع
محمد بن سعد العوفي ضعفه الخطيب والذهبي وقال الدارقطني لا بأس به
أبو عبد الله الجدلي ثقة إلاّ أنه شيعي جلد ، وهذا الحديث في نصرة بدعته
وقد تقرر عند علماء الحديث أن المبتدع إذا روى حديثا في نصرة بدعته رد وإن كان ثقة
فهل مثل هذا الحديث يقال عنه ثابت عند أهل السنة؟

ət-Ticani (səhifə 134-də) deyir: Peyğəmbər (səlləllahu əleyhi və alihi səlləm) demişdir: Kim Əlini söyürsə, məni söymüş olur. Məni söyən də Allahı söymüş olur. Kim Allahı söyərsə, o üzü aşağı oda atılar.
Cavab: Bu da Peyğəmbərin (s) adından deyilən yalandır. Bu hədis əhli-sünnəyə görə səhih deyildir. Hədisi əl-Hakim "əl-Müstədrək" kitabında (c.3, s.121) qeyd etmişdir. Amma sənədində üç problem var:
1. Əbu İshaq əs-Səbii: Bu rəvayətçi məşhur müdəllisdir. Hədisi "anana" ilə rəvayət etmişdir. Hədisi eşitdiyini açıq bəyan etməmişdir.
2. Muhəmməd bin Saad əl-Avfi: Bu rəvayətçini əl-Xətib və əz-Zəhəbi "zəif" hesab etmişdir. Daraqutni isə "la bəsə bihi" (onda problem yoxdur) demişdir.
3. Əbu Abdullah əl-Cədəli: Bu rəvayətçi etibarlıdır(siqa). Ancaq qatı şiədir. Bu hədis isə onun bidətinə kömək üçündür. Hədis alimlərinə görə əgər rəvayətçi bidətinə dəstək üçün rəvayət edərsə, etibarlı olsa belə, hədisi rədd olunur.

 

Fotoşəkil: Osman əl-Xəmis, Kəşf əl-cani Muhəmməd ət-Ticani fi kutubihi əl-ərbəə, s.86-87

Bizim cavabımız:

Bu hədis düşməni, Əhli-beytin (ə.s), xüsusən də Əli (ə.s)-ın fəzilətlərinin nəql edildiyi hədisləri xüsusi bir həvəslə zəiflətməyə çalışır. "Səqəleyn" hədisi kimi mütəvatir bir hədisə "zəifdir" deyən bir şəxsdən hər şey gözləmək olar.

Osman əl-Xəmisin irad bildirdiyi hədis budur:

أخبرنا أحمد بن كامل القاضي ثنا محمد بن سعد العوفي ثنا يحيى بن أبي بكير ثنا إسرائيل عن أبي إسحاق عن أبي عبد الله الجدلي قال : دخلت على أم سلمة رضي الله عنها فقالت لي : أيسب رسول الله صلى الله عليه و سلم فيكم فقلت معاذ الله أو سبحان الله أو كلمة نحوها فقالت : سمعت رسول الله صلى الله عليه و سلم يقول : من سب عليا فقد سبني

Bizə Əhməd b. Kamil əl-Qazi xəbər verdi: bizə Muhəmməd b. Sad əl-Avfi rəvayət etdi: bizə Yəhya b. Əbi Bəkr rəvayət etdi: bizə İsraildən, o da Əbu İshaqdan rəvayət etdi ki, Əbu Əbdullah əl-Cədəli belə dedi: "Ümmü Sələmənin yanına gəldim. O məndən: "Aranızda Allahın Rəsulunu (s) söyürlər?",-deyə soruşdu. Mən "SübhanAllah və ya "Allah eləməsin",-dedim. O dedi: "Allah Rəsulundan (s) belə eşitmişəm: "Əlini söyən kəs şübhəsiz ki, məni söymüş olar".

"Müstədrək əla əs-səhiheyn" kitabının əz-Zəhəbinin "ət-Təlxis"i ilə birgə nəşrində deyilir:

هذا حديث صحيح الإسناد و لم يخرجاه و قد رواه بكير بن عثمان البجلي عن أبي إسحاق بزيادة ألفاظ

Bu hədisin sənədi səhihdir, lakin onlar (Buxari və Müslüm, bu hədisi öz kitablarına) daxil etməyiblər.

تعليق الذهبي قي التلخيص : صحيح

əz-Zəhəbi "ət-Təlxis"də deyib: Səhihdir.

əl-Hakim ən-Nisaburi, əl-Müstədrək əla əs-Səhiheyn, c.3, s.130, hədis 4615; Darul-kutubil-İlmiyyə - Beyrut

Hədisin mənbəsini orijinal səhifələrdən görmək üçün: BURAYA TIQLAYIN

1. "Hörmətli" Osman əl-Xəmis gözlərini şeytan torundan təmizləyərək, bu hədisdən sonra gələn 4616 nömrəli hədisə də baxsa idi, görərdi ki, Əbu İshaq hədisi Əbu Abdullah əl-Cədəlidən eşitdiyii açıq şəkildə bəyan edir və Şeyx ət-Ticaninin gətirdiyi hədis də məhz bu 4616 nömrəli hədis idi. Osman əl-Xəmis isə 4615 nömrəli hədisin ravilərinə irad bildirmişdir.

حدثنا أبو جعفر أحمد بن عبيد الحافظ بهمدان ثنا أحمد بن موسى بن إسحاق التيمي ثنا جندل بن والق ثنا بكير بن عثمان البجلي قال : إسحاق التميمي يقول : سمعت أبا عبد الله الجدلي يقول : ... سمعت أبا قالت : فإني سمعت رسول الله - صلى الله عليه وآله وسلم - يقول : من سب عليا فقد سبني ، ومن سبني فقد سب الله - تعالى

Əbu Cəfər Əhməd b. Ubeyd əl-Hafiz bizə Həmədanda rəvayət etdi (və dedi), Əhməd b. Musa b. İshaq ət-Teymi bizə rəvayət etdi (və dedi), Cəndəl b. Valiq bizə rəvayət etdi (və dedi), Bukeyr b. Osman əl-Bəcli bizə rəvayət etdi və dedi: Eşitdim Əbu İshaq ət-Təmimi dedi: Əbu Abdullah əl-Cədəlinin belə dediyini eşitdim ... Ümmü Sələmə dedi: Rəsulullahın (s) belə dediyini eşitdim: "Əlini söyən, məni söymüşdür. Məni söyən də Allahı söymüşdür."

(Hədisi görmək üçün BURAYA TIQLAYIN)

Cəlaluddin əs-Suyuti və Abdur-Rauf əl-Munavi bu hədisin səhih olduğuna hökm etmişdirlər.

Hədisin mənbəsini orijinal səhifələrdən görmək üçün: BURAYA TIQLAYIN

Məsələ tam aydın olması üçün qısa şəkildə qeyd edirik:

1. 4615 nömrəli hədisin mətni bu cürdür: "Əlini söyən kəs şübhəsiz ki, məni söymüş olar".

2. 4616 nömrəli hədisin mətni isə bu cürdür: "Əlini söyən, məni söymüşdür. Məni söyən də Allahı söymüşdür."

2. Muhəmməd b. Səd əl-Avfinin zəif olduğuna işarə edən Osman əl-Xəmis nə üçün digər mənbələrdə bu ravinin olmadığını nəzərə almır görəsən? Bundan əlavə, əz-Zəhəbi bu ravini zəif hesab etməklə bərabər, onun rəvayətini səhih hesab etmişdir. Demək ki, hədisin mətni səhihdir. Əhli-beyt (ə.s) barədə fəzilət hədislərini bəzi hallarda çox gülünc səbəblərdən rədd edən əz-Zəhəbi kimi bir şəxs belə hədisi səhih hesab edir.

Bundan əlavə, Əhməd b. Hənbəlin "Fəzail əs-səhabə" kitabında bu hədis başqa bir sənədlə də qeyd edilmişdir.

Abdullah b. Əhməd b. Hənbəl - Əhməd b. Hənbəl - Yəhya b. Əbi Bukeyr - İsrail - Əbi İshaq - Əbi Abdullah əl-Cədəli: ...

Mühəqqiq Vəsiyullah b. Muhəmməd Abbas da hədisin səhih olduğunu bildirmişdir. Burada Yəhyadan rəvayət edən Muhəmməd b. Səd əl-Avfi yox, əhli-sünnənin məşhur imamı Əhməd b. Hənbəldir.

Müqayisə etməyiniz üçün Osman əl-Xəmisin irad bildirdiyi sənədlə "Fəzail əs-səhabə"də qeyd edilən sənədi bir yerdə qeyd edirik:

Əhməd b. Kamil əl-Qazi - Muhəmməd b. Sad əl-Avfi -Yəhya b. Əbi Bəkr - İsraildən - Əbu İshaq - Əbu Əbdullah əl-Cədəli ...

Abdullah b. Əhməd b. Hənbəl - Əhməd b. Hənbəl - Yəhya b. Əbi Bukeyr - İsrail - Əbi İshaq - Əbi Abdullah əl-Cədəli: ...

3. Əbu Abdullah əl-Cədəli sözsüz ki, siqa ravidir. Bəs görəsən bu hədisdə onun bidətini dəstəkləyən nə var? Hz.Əli (ə.s)-ı söyməyin Rəsulullahı (s.ə.a.s) söymək olduğunu bildirən hədis hansı bidətə dəstəkdir? Bəlkə əksinə? Hz.Əlini (ə.s) minbərlərdən söymək kimi bidət və günah sahiblərinə qarşı olduğuna görə kimlərəsə sərf etmir?

Əziz oxucu, sonda bu hədisi səhih hesab edən bəzi əhli-sünnə alimlərinin siyahısını təqdim edir və nəticə çıxarmağı sizin öhdənizə buraxırıq.

1. əl-Hakim ən-Nisaburi və əz-Zəhəbi (mənbəni görmək üçün tıqlayın)

2. əş-Şəvkani (mənbəni görmək üçün tıqlayın)

3. Hafiz əl-Heysəmi (mənbəni görmək üçün tıqlayın)

4. Vəsiyullah b. Muhəmməd Abbas (mənbəni görmək üçün tıqlayın)

5. Hüseyn Səlim Əsəd (mənbəni görmək üçün tıqlayın)

6. əl-Huveyni, Mustafa əl-Ədəvi və Ümmü Şueyb (mənbəni görmək üçün tıqlayın)

7. Şueyb əl-Arnaut və Həmzə Zeyn (mənbəni görmək üçün tıqlayın)

Biz sadəcə 11 alimin adını qeyd etdik. Bu şəxslərin arasında həm klassik, həm də müasir alimlər, həmçinin sələfilər də var. Ehtiyac olarsa, daha da artırmaq mümkündür.

Dəyərli əhli-sünnə məzhəbli yoldaşardan bir daha düşünmələrini xahiş edirik. Sizin üçün bu cür böyük hədis ustadlarının sözü qiymətlidir, yoxsa işi-gücü şiə əleyhinə çıxış edən və yazılar yazan birinin?

В этом разделе