Allah-Təala Qurani-Kərimin “Əbəsə” surəsinin ilk ayələrində varlı şəxsə xüsusi diqqət ayıraraq yanına gəlmiş kor şəxsə qaşqabaq sallayan və ondan üz döndərən şəxsi məzəmmət edir. Bəs məzəmmət edilən şəxs kimdir? Bəziləri bunun Peyğəmbərə (s) aid olduğunu iddia etmişlər. Bəs doğrudanmı bu məzəmmət Peyğəmbərə (s) aiddir?
عَبَسَ وَتَوَلَّىٰ
“O qaşqabağını töküb üzünü çevirdi”.
أَنْ جَاءَهُ الْأَعْمَىٰ
“Yanına bir korun gəlməsinə görə”.
(Əbəsə surəsi, 1-2)
عَنِ الصَّادِقِ (عَلَيْهِ السَّلاَمُ): أَنَّهَا نَزَلَتْ فِي رَجُلٍ مِنْ بَنِي أُمَيَّةَ، كَانَ عِنْدَ النَّبِيِّ (صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ) فَجَاءَ ابْنُ أُمِّ مَكْتُومٍ، فَلَمَّا رَآهُ تَقَذَّرَ مِنْهُ وَ عَبَّسَ وَجْهَهُ وَ جَمَعَ نَفْسَهُ، وَ أَعْرَضَ بِوَجْهِهِ عَنْهُ، فَحَكَى اللَّهُ سُبْحَانَهُ ذَلِكَ عَنْهُ وَ أَنْكَرَهُ عَلَيْهِ
İmam Sadiq (ə) buyurub: “Bu ayə Bəni-Uməyyədən olan bir kişinin haqqında nazil olub. O, Peyğəmbərin (s) yanında idi. O zaman İbn Ümmü-Məktum gəldi. O kişi İbn Ümmü-Məktumu görən kimi ondan iyrəndi, üzünü turşutdu, özünü geri çəkdi və üzünü ondan çevirdi. Allah-Təala bunu onun haqqında söyləyib və onu bu hərəkətinə görə məzəmmət edib”.
Seyid Haşim Bəhrani, “Təfsirul-Burhan”, cild 8, səhifə 212, hədis 2.
(c) t.me/imamrza_xadimi