Hicr surəsi, 29 ayənin qısa təfsiri - Allah Adəmə (ə) öz ruhundan üfürdü?

عن محمد بن مسلم، قال: سألت أبا جعفر عليه السلام عن قول الله عز وجل: ونفخت فيه من روحي كيف هذا النفخ؟ فقال: إن الروح متحرك كالريح، وإنما سمي روحا لأنه اشتق اسمه من الريح، وإنما أخرجه على لفظ الروح لأن الروح مجانس للريح، وإنما أضافه إلى نفسه لأنه اصطفاه على سائر الأرواح كما اصطفى بيتا من البيوت، فقال: بيتي، وقال لرسول من الرسل: خليلي، وأشباه ذلك، وكل ذلك مخلوق مصنوع محدث مربوب مدبرا 

Muhəmməd ibn Muslim deyir: “İmam Baqirdən (ə) Allahın bu kəlamı barədə soruşdum: “Ona (Adəmə) Öz ruhumdan üfürdüyüm zaman ...” (Hicr surəsi, 29) (Dedim ki,) Bu üfürmə necə bir şeydir?” O, buyurdu: “Ruh da külək kimi hərəkət edəndir. (Ruh) ona görə “ruh” adlandırılıb ki, çünki onun adı “rih” (külək) sözündən götürülüb. Ruh və külək (hərəkət baxımından) həmcins olduqlarına görə (Allah bu ayədə) məhz “ruh” sözündən istifadə etmişdir. (Allahın) Onu Özünə nisbət verməsi yalnız onu digər ruhlardan üstün bilib seçdiyinə görədir. Necə ki evlərdən birli olan (Kəbə) evini (digər evlərdən üstün bilib) seçərək (ona): “Evim...” (Bəqərə surəsi, 125) - demişdir.

Həmçinin necə ki, peyğəmbərlərdən biri olan (İbrahim) peyğəmbərə: “Dostum” (Nisa surəsi, 125) - demişdir və sair. Bunların hamısı xəlq edilmiş, yaradılmış, var edilmiş, qul edilmiş və (Allahın) tədbirinə tabe edilmişlərdir”.

Şeyx Səduq, “ət-Tovhid”, bab 27, səhifə 171, hədis 3. 

 

(c) t.me/imamrza_xadimi

 

  

В этом разделе