Bəqərə surəsi, 189 təfsiri imam Sadiqin (ə) bəyanı ilə

 

عن سعد عن أبي جعفر ع قال‌ سألته عن هذه الآية «لَيْسَ الْبِرُّ بِأَنْ تَأْتُوا الْبُيُوتَ مِنْ ظُهُورِها وَ لكِنَّ الْبِرَّ مَنِ اتَّقى‌ وَ أْتُوا الْبُيُوتَ مِنْ أَبْوابِها» فقال: آل محمد ص أبواب الله و سبيله و الدعاة إلى الجنة و القادة إليها و الأدلاء عليها إلى يوم القيامة

 

Səd belə rəvayət edir: “İmam Əbu Cəfər Baqirdən (ə) Allah-Təalanın “Evlərinizə arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş (pis əməllərdən) çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, nicat tapasınız!” (Bəqərə surəsi, 189) ayəsi barədə soruşdum, belə buyurdu: “Ali-Muhəmməd (ə) Allahın qapıları və yolları, Cənnətə doğru dəvət edənlər və oraya aparan rəhbərlərdir. Onlar Qiyamət günü Cənnətə tərəf yol göstərəcəklər”.

Muhəmməd ibn Məsud, “Təfsirul-Əyyaşi”, cild 1, səhifə 105, hədis 211.

 

 

 

(c) https://t.me/imamrza_xadimi

 


В этом разделе