İmam Həsən Əskərinin (ə) Məhəmməd ibn Əli ibn Bilala İmam Mehdi (ə.f) barədə xəbər verməsi

Məhəmməd ibn Əli ibn Bilal deyir ki, İmam Həsən əl-Əskəri (ə) ona iki dəfə öz oğlunun olduğu barədə xəbər verib. Mərhum Şeyx əl-Kuleyni və Şeyx əl-Müfid belə bir rəvayət nəql ediblər:

عَلِيُّ بْنُ مُحَمَّدٍ عَنْ مُحَمَّدِ بْنِ عَلِيِّ بْنِ بِلَالٍ قَالَ: خَرَجَ إِلَيَّ مِنْ أَبِي مُحَمَّدٍ قَبْلَ مُضِيِّهِ بِسَنَتَيْنِ يُخْبِرُنِي بِالْخَلَفِ مِنْ بَعْدِهِ ثُمَّ خَرَجَ إِلَيَّ مِنْ قَبْلِ مُضِيِّهِ بِثَلَاثَةِ أَيَّامٍ يُخْبِرُنِي بِالْخَلَفِ مِنْ بَعْدِه.‏

Əli ibn Məhəmməd, Məhəmməd ibn Əli ibn Bilalın belə dediyini nəql edir: İmam Həsən əl-Əskəri (ə) vəfatından iki il əvvəl mənə özündən sonra olan canişini barəsində xəbər vermişdi. Sonra vəfatından üç gün əvvəl də canişini barəsində mənə ondan xəbər yetişdi.

Əbu Cəfər əl-Kuleyni, Üsul min əl-Kafi, c. 1, s. 328, Nəşr edən: İslamiyyə, Tehran, 2-ci çap, 1362 ş. (onlayn link: 1, 2)
Şeyx Müfid, Əl-İrşad, c. 2, s. 348, Nəşr edən: Dar əl-Mufid, Beyrut, 2-ci çap, 1414 h.q/1993 m; Muəssisətu Al əl-Beytin (ə) təhqiqi ilə (onlayn link: 1)

 

Fotoşəkil: Əbu Cəfər əl-Kuleyni, Üsul min əl-Kafi, c. 1, s. 201, Mənşurət əl-Fəcr, Beyrut, 1-ci çap, 2007

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI

1. Əli ibn Məhəmməd

علي بن محمد بن إبراهيم بن أبان الرازي الكليني المعروف بعلان يكنى أبا الحسن. ثقة، عين. له كتاب أخبار القائم [عليه السلام].

Əli ibn Məhəmməd ibn İbrahim ibn Əban Ər-Razi əl-Kuleyni. Əlan adı ilə tanınmışdır, künyəsi isə Əbul-Həsəndir. O, siqə və tanınmış şəxsiyyətlərdəndir. “Əxbar əl-Qaim” adlı kitabı da mövcuddur.

Rical ən-Nəcaşi, s. 261, №682 (onlayn link)

2. Məhəmməd ibn Əli ibn Bilal

Şeyx Tusi onun barəsində yazır:

محمد بن علي بن بلال، ثقة.

Məhəmməd ibn Əli ibn Bilal siqədir.

Rical ət-Tusi, s. 401, №5886 (onlayn link)

Beləliklə, rəvayət səhihdir.

В этом разделе