İmam Həsən Əskərinin (ə) Əbu Haşim əl-Cəfəriyə İmam Mehdi (ə.f) barədə xəbər verməsi

Əbu Haşim əl-Cəfəri siqə ravilərdəndir. İmam Həsən əl-Əskəri (əleyhis-səlam) İmam Mehdinin (əccələllahu fərəcəh) varlığını ona xəbər vermişdir. Mərhum Şeyx əl-Kuleyni aşağıdakı rəvayəti səhih sənədlə nəql etmişdir:

مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ إِسْحَاقَ عَنْ أَبِي هَاشِمٍ الْجَعْفَرِيِّ قَالَ: قُلْتُ لِأَبِي مُحَمَّدٍ عليه السلام: جَلَالَتُكَ تَمْنَعُنِي مِنْ مَسْأَلَتِكَ فَتَأْذَنُ لِي أَنْ أَسْأَلَكَ فَقَالَ: سَلْ قُلْتُ: يَا سَيِّدِي هَلْ لَكَ وَلَدٌ؟ فَقَالَ: نَعَمْ فَقُلْتُ: فَإِنْ حَدَثَ بِكَ حَدَثٌ فَأَيْنَ أَسْأَلُ عَنْهُ؟ قَالَ: بِالْمَدِينَةِ.

Məhəmməd ibn Yəhya Əhməd ibn İshaqdan, o da Əbu Haşim əl-Cəfəridən onun belə dediyini nəql edir: Əba Muhəmmədə (əleyhis-səlam) ərz etdim: “Sizin əzəmət və cəlalınız sizə sual verməkdən məni çəkindirir. İcazə verirzinizmi sizə bir sual verim?” Həzrət (əleyhis-səlam) buyurdu: “Buyur, soruş!” Ərz etdim: “Ey mənim ağam, sizin oğlunuz varmı?” Buyurdu: “Bəli, var.” Ərz etdim: “Əgər sizə nəsə olsa, biz suallarımızı harada ondan soruşaq?” Buyurdu: “Mədinədə.”

Əbu Cəfər əl-Kuleyni, Üsul min əl-Kafi, c. 1, s. 328, Nəşr edən: İslamiyyə, Tehran, 2-ci çap, 1362 ş.

Onlayn mənbə 1: al-shia.org

Onlayn mənbə 2: alseraj.net

 

Fotoşəkil: Əbu Cəfər əl-Kuleyni, Üsul min əl-Kafi, c. 1, s. 201, Mənşurət əl-Fəcr, Beyrut, 1-ci çap, 2007

Əllamə Baqir əl-Məclisi rəvayətin səhih olduğunu bildirmişdir.

 

Fotoşəkil: Əllamə Baqir əl-Məclisi, Mirat əl-uqul fi şərh əxbari Ali ər-Rəsul, c. 4, s. 2; Dar əl-Kutub əl-İslamiyyə

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI

1. Məhəmməd ibn Yəhya əl-Əttar

Bu rəvayətin birinci ravisi Məhəmməd ibn Yəhya əl-Əttardır. Bu şəxs şiənin rical alimlərinin nəzərində siqədir. Rical alimlərinin böyüklərindən olan Nəcaşi onun barəsində belə yazır:

محمد بن يحيى أبو جعفر العطار القمي، شيخ أصحابنا في زمانه، ثقة، عين، كثير الحديث

Məhəmməd ibn Yəhya Əbu Cəfər əl-Əttar əl-Qummi öz zamanının şiə almlərinin şeyxidir, siqədir və öz qövmünün böyüklərindəndir. Çoxlu rəvayətlər nəql etmişdir.

Rical ən-Nəcaşi, s. 353, №946 (onlayn link)

2. Əhməd ibn İshaq

İkinci ravi isə Əhməd ibn İshaq əl-Qummidir. Nəcaşi onun barəsində yazır:

أحمد بن إسحاق بن عبد الله بن سعد بن مالك بن الأحوص الأشعري، أبو علي القمي، وكان وافد القميين، وروى عن أبي جعفر الثاني وأبي الحسن عليهما السلام، وكان خاصة أبي محمد عليه السلام.

Əhməd ibn İshaq ibn Abdullah ibn Səd ibn Malik ibn əl-Əhvəs əl-Əşəri Əbu Əli əl-Qummi. Qum camaatının nümayəndəsi idi. İmam Məhəmməd ət-Təqi (əleyhis-səlam) və İmam Əli ən-Nəqidən (əleyhis-səlam) hədis nəql etmişdir. O, İmam Həsən əl-Əskərinin (əleyhis-səlam) xüsusi səhabələrindən olmuşdur.

Rical ən-Nəcaşi, s. 91, №225 (onlayn link)

Şeyx ət-Tusi isə onun barəsində Nəcaşinin dediyini yazır, lakin bir mətləb də əlavə edir:

ورأى صاحب الزمان عليه السلام

O, İmam Zamanı (əleyhis-səlam) görmüşdür.

Şeyx ət-Tusi, Əl-Fehrest, s. 70, №78 (onlayn link)

O, öz Rical kitabında isə belə deyir:

أحمد بن إسحاق بن سعد الأشعري، قمي، ثقة.

Əhməd ibn İshaq ibn Səd əl-Əşəri, Qumludur, siqədir.

Şeyx ət-Tusi, Rical ət-Tusi, s. 397, №5817 (onlayn link)

3. Əbu Haşim əl-Cəfəri

Əbu Haşimin adı Davud ibn Qasim, künyəsi isə Əbu Haşimdir. O, böyük şəxsiyyətlərdən və etimadlı kəslərdən olmuşdur. Nəcaşi onun barəsində deyir:

داود بن القاسم بن إسحاق بن عبد الله بن جعفر بن أبي طالب، أبو هاشم الجعفري رحمه الله كان عظيم المنزلة عند الأئمة عليهم السلام، شريف القدر، ثقة، روى أبوه عن أبي عبد الله عليه السلام.

Davud ibn əl-Qasim ibn İshaq ibn Abdullah ibn Cəfər ibn Əbu Talib Əbu Haşim əl-Cəfəri (rəhiməhullah) İmamların (əleyhimus-səlam) yanında yüksək məqama sahib olmuşdur. O, çox şərəfli, dəyərli və siqə şəxsiyyətlərdən olmuşdur. Onun atası İmam Sadiqdən (əleyhis-səlam) hədis nəql etmişdir.

Rical ən-Nəcaşi, s. 156, №411 (onlayn link)

Şeyx ət-Tusi onun haqqında yazır:

داود بن القاسم الجعفري، يكنى أبا هاشم، من ولد جعفر بن أبي طالب عليه السلام، ثقة جليل القدر.

Davud ibn əl-Qasim əl-Cəfəri. Künyəsi Əba Haşimdir. Cəfər ibn Əbu Talibin (Cəfər Təyyarın) övladlarından olmuşdur, siqə və yüksək dəyərə malik bir şəxsdir.

Rical ət-Tusi, s.375, №5553 (onlayn link)

Göründüyü kimi, bu rəvayətin bütün raviləri şiə tarixinin böyük şəxsiyyətlərindən olmuşdur. Bu barədə son dərəcə fikir birliyi mövcuddur. Dəlalət baxımından da aydın olan budur ki, İmam Həsən əl-Əskərinin (əleyhis-səlam) övladı olmuşdur və o Həzrət (əleyhis-səlam) Əbu Haşimi ona tərəf yönləndirmişdir.

В этом разделе