İmam Həsən Əskərinin (ə) Əbu Haşim əl-Cəfəriyə İmam Mehdi (ə.f) barədə xəbər verməsi (Şeyx Tusi)

Şeyx ət-Tusi İmam Həsən əl-Əskərinin (əleyhis-səlam) Əbu Haşim əl-Cəfəriyə övlad sahibi olacağı barədə xəbər verdiyini əks etdirən bir rəvayət nəql etmişdir:

وَرَوَى سَعْدُ بْنُ عَبْدِ اللَّهِ عَنْ أَبِي هَاشِمٍ الْجَعْفَرِيِّ قَالَ: كُنْتُ مَحْبُوساً مَعَ أَبِي مُحَمَّدٍ عليه السلام فِي حَبْسِ الْمُهْتَدِي بْنِ الْوَاثِقِ فَقَالَ لِي يَا بَا هَاشِمٍ إِنَّ هَذَا الطَّاغِيَ أَرَادَ أَنْ يَعْبَثَ‏ بِاللَّهِ فِي هَذِهِ اللَّيْلَةِ وَقَدْ بَتَرَ اللَّهُ عُمُرَهُ وَجَعَلَهُ لِلْقَائِمِ مِنْ بَعْدِهِ وَلَمْ يَكُنْ لِي وَلَدٌ وَسَأُرْزَقُ‏ وَلَداً. قَالَ أَبُو هَاشِمٍ فَلَمَّا أَصْبَحْنَا شُغِبَ الْأَتْرَاكُ عَلَى الْمُهْتَدِي فَقَتَلُوهُ وَوَلِيَ الْمُعْتَمِدُ مَكَانَهُ وَسَلَّمَنَا اللَّهُ تَعَالَى‏.

Səd ibn Abdullah, Əbu Haşim əl-Cəfərinin belə dediyini nəql edir: Mən Əba Muhəmməd – yəni, imam Həsən əl-Əskəri - (əleyhis-səlam) ilə birlikdə əl-Muhtədi ibn əl-Vasiqin zindanında həbs olunmuşdum. Mənə belə dedi: “Ey Əba Haşim, bu zalım bu gecə Allahla zarafat etmək qərarına gəlib, lakin Allah onun ömrünü kəsəcək. Onun canişinini onun yerinə otuzduracaq. Mənim də övladım yoxdur, lakin tezliklə mənə də övlad əta olunacaq.” Əbu Haşim deyir: “Səhər olan kimi türklər onu devirib öldürdülər və Mötəmid də onun yerində oturdu. Allah Təala da bizə nicat verdi.”

Şeyx ət-Tusi, Kitab əl-ğeybə, səh. 205; Muəssisə əl-məarif əl-İslamiyyə, 1-ci çap, 1411 h.q; təhqiq: Şeyx İbadullah Tehrani və Şeyx Əli Əhməd Nasehin təhqiqi ilə

Onlayn mənbə 1: http://lib.eshia.ir/
Onlayn mənbə 2: http://shiaonlinelibrary.com/

 

Fotoşəkil: Şeyx ət-Tusi, Kitab əl-ğeybə, səh. 127-128; Mənşurat əl-Fəcr, Beyrut

ALİMLƏRİN HƏDİS BARƏDƏ SÖZLƏRİ:

Şeyx Əhməd əl-Məhvuzi rəvayət barədə deyir:

صحيح ، رجاله ثقات أجلاء عيون الطائفة .
* سعد بن عبد الله : من أعاظم مشايخ الطائفة ثقة عين عظيم جليل القدر بالاتفاق ، والشيخ الطوسي يروي جميع كتبه ورواياته ـ بما فيها هذه الرواية ـ بسند عال قوي جداً ، عن جماعة من مشايخه منهم شيخ الامة ومعلم البشر الشيخ المفيد قدس سره ، عن الشيخ الصدوق قدس سره ، عن والده ومحمد بن الحسن ، عن سعد بن عبد الله القمي .


Səhihdir, raviləri siqədir və şiənin çox hörmətli şəxsiyyətlərindən və öndərlərindəndirlər.

*Səd ibn Abdullah: Yekdil fikrə görə, şiənin böyük şeyxlərindən, etimadlı, öndə gedən, çox dəyərli şəxslərindəndir.

Şeyx Tusi onun bütün yazı və rəvayətlərini - bu rəvayət də daxil olmaqla - yüksək və çox güclü sənədlərlə bir qrup şeyx və alimlərdən, o cümlədən ümmətin şeyxi və bəşərin müəllimi Şeyx əl-Müfiddən, o da Şeyx əs-Səduqdan, o da atasından, o da Məhəmməd ibn Həsəndən, o da Səd ibn Abdullah əl-Qummidən rəvayət etmişdir.

 

Fotoşəkil: Şeyx Əhməd əl-Məhvuzi, Viladəy əl-Qaim əl-Mehdi (əleyhis-səlam) bi ər-rivayat əs-səhihə və əs-sərihə, səhifə 20

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:

Şeyx ət-Tusinin Səd ibn Abdullaha qədər olan sənədi bu tərtiblədir:

1-ci sənəd:

- Əshabımızdan bir qrupu (onlardan Şeyx Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Numan əl-Mufid, Hüseyn ibn Ubeydullah, Əhməd ibn Əbdun və başqaları, Əl-Fehrest, Şeyx Tusi, s. 61)

- Məhəmməd ibn Əli ibn Hüseyn ibn Babəveyh,

- atası (Əli ibn Hüseyn) və Məhəmməd ibn Həsən,

- Səd ibn Abdullah

2-ci sənəd:

- Hüseyn ibn Ubeydullah və İbn Əbu Ceyyid

- Əhməd ibn Məhəmməd ibn Yəhya Əttar,

- atası (Muhəmməd ibn Yəhya),

- Səd ibn Abdullah

Mərhum Ayətullah Seyid əl-Xoi Şeyx ət-Tusinin Səd ibn Abdullaha qədər olan sənədləri haqqında belə deyir:

وطريق الصدوق إليه: أبوه، ومحمد بن الحسن - رضي الله عنهما - والطريق كطريق الشيخ إليه صحيح.

Əs-Səduqun ona (Səd ibn Abdullaha) olan təriqi atası və Muhəmməd ibn Həsən (Allah onlardan razı olsun) vasitəsilədir. Bu təriq də Şeyx ət-Tusinin (Səd ibn Abdullaha olan) təriqi kimi səhihdir.

Seyid əl-Xoi,Mucəm rical əl-hədis, c.9, s.83, №5058 (onlayn link)

Buna əsasən də Şeyxin Səd ibn Abdullaha qədər olan sənədi səhihdir və bu şəxslərin siqə (güvənilən) olmasında şəkk yoxdur.

Səd ibn Abdullah və ondan sonrakı ravinin tərcümeyi-halına baxaq:

1. Səd ibn Abdullah əl-Qummi

Nəcaşi onun barəsində deyir:

شيخ هذه الطائفة وفقيهها ووجهها...

O, şiənin böyük alimi, fəqihi və tanınmış simalarındandır…

Rical ən-Nəcaşi, s. 177, №467 (onlayn link)

Şeyx ət-Tusi onun barəsində belə deyir:

جليل القدر، ثقة.


O, çox dəyərli alim və siqə şəxslərdəndir.

Şeyx ət-Tusi, Əl-Fehrest, s. 135, №316 (onlayn link)

2. Əbu Haşim əl-Cəfəri

Bu şəxsin adı Davud ibn Qasımdır, Əbu Haşim isə künyəsidir. O, böyük şəxsiyyətlərdən və etimadlı kəslərdən olmuşdur. Nəcaşi onun barəsində deyir:

داود بن القاسم بن إسحاق بن عبد الله بن جعفر بن أبي طالب، أبو هاشم الجعفري رحمه الله كان عظيم المنزلة عند الأئمة عليهم السلام، شريف القدر، ثقة، روى أبوه عن أبي عبد الله عليه السلام.

Davud ibn Qasim ibn İshaq ibn Abdullah ibn Cəfər ibn Əbu Talib Əbu Haşim əl-Cəfəri. İmamların (əleyhimus-səlam) yanında çox yüksək məqama sahib olmuşdur. O, çox şərəfli, dəyərli və siqə şəxsiyyətlərdəndir. Onun atası İmam Sadiqdən (əleyhis-səlam) hədis nəql etmişdir.

Rical ən-Nəcaşi, səhifə 156, ravi №411 (onlayn link)

Şeyx ət-Tusi onun haqqında yazır:

داود بن القاسم الجعفري، يكنى أبا هاشم، من ولد جعفر بن أبي طالب عليه السلام، ثقة جليل القدر.

O, Cəfər ibn Əbu Talibin (Cəfər Təyyarın) övladlarından olmuşdur, siqə və yüksək dəyərə malik bir şəxsdir.

Şeyx ət-Tusi, Əl-Fehrest, səhifə 124, ravi №276 (onlayn link)

Bu rəvayətin sənədi də səhihdir. Bu rəvayət İmam Həsən əl-Əskərinin (əleyhis-səlam) Həzrət Mehdinin (əccəlallahu fərəcəh) dünyaya gəlməsindən əvvəl onun dünyaya gəlməsi ilə bağlı xəbər verdiyini sübur edir.

В этом разделе