Şeyx Səduqun “Ağamız Əlinin Kəbədə dünyaya gəlməsi” kitabı haqqında

Şeyx Səduq İmam Əlinin Kəbədə dünyaya gəlməsi hadisəsini üç kitabında nəql etmişdir.

Həmçinin Nəcaşi onun bu mövzuya dair “Maulidu-əmiril-muminin aleyhissəlam” (“Möminlərin rəhbərinin doğumu”) adında müstəqil bir kitabı olduğunu qeyd etmişdir (“Ricalun-Nəcaşi”: 392). Seyid ibn Tavus isə həmin kitabı “Maulidu-maulana Əli aleyhissəlam bil-Beyt” (“Ağamız Əlinin Kəbədə dünyaya gəlməsi”) adı ilə qeyd etmişdir.

Seyyid İbn Tavus yazır:

فيما نذكره من تسمية مولانا علي عليه السلام بأمير المؤمنين سماه سيد المرسلين، برجال الجمهور. رأيت ذلك ورويته من كتاب (مولد مولانا علي عليه السلام بالبيت) تأليف أبي جعفر محمد بن بابويه


“Ağamız Əlini “möminlərin əmiri” adlandıran şəxs məhz hz. Peyğəmbər olmuşdur. Bütün alimlər yekdilliklə bu fikirdədirlər. Mən bunu Əbu Cəfər Məhəmməd ibn Babəveyhin (Şeyx Səduqun) “Ağamız Əlinin Kəbədə dünyaya gəlməsi” kitabında da görmüşəm”.

 

Fotoşəkil: Seyyid İbn Tavus, "Əl-Yəqin bixtisasi-maulana Əli bi-imratil-muminin", səh. 191

В этом разделе